Öz gözündə tiri görməyən Ştrasserə və Löninqə BMT-dən salamlar
27.04.2013 [09:42]
Aprelin 25-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasının iclası olub. İclasda Almaniya hökumətinin insan haqları üzrə müvəkkili Markus Löninq başda olmaqla bu ölkənin nümayəndə heyəti BMT-nin üzvü olan 100-ə yaxın ölkə qarşısında cavab verməli olub. AFR hökuməti hər cəhətdən ən uğurlu və qabaqcıl ölkələrdən biri olan Almaniyada insan haqlarına necə hörmət və riayət olunmasını beynəlxalq birliyə izah etməli idi.
Məlum olduğu kimi, universal dövri icmal Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Şurasının BMT-nin üzvü olan 193 dövlətin hər birində insan haqlarına necə riayət edilməsinin yoxlanılması, bu haqlara riayət məsələsində vəziyyətin real yaxşılaşdırılmasına yönəlmiş yeni və nadir mexanizmdir.
Həmin mexanizmə uyğun olaraq, hər 4,5 ildə bir dəfə BMT-nin üzvü olan bütün dövlətlərdə insan haqlarına riayət edilməsinin vəziyyəti nəzərdən keçirilir (hər biri 14 dövləti əhatə edən 3 sessiyada 42 dövlət hər il universal dövri icmalı müzakirə edir). Adətən bu sessiyalar yanvar-fevral, may-iyun və oktyabr-noyabr aylarında keçirilir. Hər icmalın nəticəsi xüsusi məruzə və ya “yekun sənəd” şəklində tərtib edilir, həmin sənəddə sessiyada müzakirə olunan dövlətə verilmiş, o cümlədən qəbul edilmiş tövsiyələr öz əksini tapır.
Universal dövri icmal 3 əsas bölmədən ibarətdir - insan haqlarına riayət edilməsinin vəziyyətinin icmalı, tövsiyə və öhdəliklərin yerinə yetirilməsi barədə təqdim edilmiş informasiya, habelə əvvəlki icmaldan sonra keçən dövr ərzində həmin ölkədə insan haqlarının vəziyyəti.
Aprelin 25-i Almaniya nümayəndə heyəti üçün sözün həqiqi mənasında “qara cümə axşamı” olmuşdur. 97 dövlətin nümayəndələri Almaniya nümayəndə heyətinin üzvlərini nəinki həyəcanlanmağa, həm də öz həyatlarının ən gərgin 3,5 saatını yaşamağa məcbur ediblər.
Türkiyənin BMT-dəki nümayəndəsi Oğuz Dəmiralp isə şuranın iclasında özünü Almaniyada insan haqlarına riayət edilməsi uğrunda əsl mübariz kimi göstərib. Dəmiralp çıxışında vurğulayıb ki, Almaniyada əcnəbilərə münasibətdə düşmənçiliyin artması bu ölkədə yaşayan 3 milyon türk üçün ciddi təhlükə doğurur. Türkiyə Respublikası ümid edir ki, AFR sağçı-ekstremist qruplaşmalara qarşı mübarizəni əsaslı şəkildə gücləndirəcək.
Cənab Löninq Türkiyə nümayəndəsinin bu mövqeyinə əvvəlcədən hazırlanmış standart frazalarla münasibət bildirərək, deyib ki, Almaniya nasistlər tərəfindən təşkil edilmiş bu cür qətllərin bir daha heç vaxt təkrarlanmaması üçün əlindən gələni edəcək. Buna baxmayaraq, Almaniyanın bir nömrəli hüquq müdafiəçisi alman müstəntiqlərinin yol verdiyi məşum səhvləri etiraf etməli və öz ölkəsi adından Türkiyədən və BMT-dən dönə-dönə üzr istəməli olub. Almaniya ilə dost ölkələr Böyük Britaniya və Fransa da Almaniya hökumətindən tələb ediblər ki, bu ölkədə irqçilik və əcnəbilərə münasibətdə düşmənçilik təzahürlərinə qarşı səmərəli mübarizəyə başlasınlar.
Rusiya Federasiyasının BMT-dəki nümayəndələrinin bəyanatı da kəskin olub. Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Qoltyayev AFR-in hakimiyyət orqanlarını açıq-aşkar irqçilikdə ittiham edərək Almaniya polisi tərəfindən güc tətbiq edilməsində ifrata varmaq yolu ilə hakimiyyətdən sui-istifadə olunduğuna diqqəti cəlb edib. Onun fikrincə, Almaniya öz təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən səlahiyyətlərin aşılması hallarını daha diqqətlə təhqiq etməlidir. Rusiya nümayəndəsi onu da vurğulayıb ki, Almaniyada yaşayan milli azlıqların vəziyyəti Moskvanı narahat edir, bu insanlar dövlət səviyyəsində ayrı-seçkiliyin qurbanları olur.
Nikaraqua nümayəndə heyətinin rəhbəri yoxsulluq məsələsinə toxunub. Onun sözlərinə görə, Almaniya Federativ Respublikasında minlərlə baxımsız uşaq vardır. Manaqua nümayəndəsi federal hökuməti həmin gənclər üçün perspektiv imkanlar yaratmağa çağırıb.
Şimali Koreya, Kuba və Belarus nümayəndələri də Almaniyada vəziyyəti tənqid ediblər. Səudiyyə Ərəbistanı və Pakistan Berlin hökumətinə müraciət edərək dini birliklərə daha tolerant münasibəti təmin etməyə çağırıblar. Məsələn, həmin ölkələrin nümayəndələri bildiriblər ki, dini rəmzlərdən istifadə edilməsinə heç bir məhdudiyyət qoyulmadan icazə verilməlidir.
BMT-nin İnsan Haqları Şurası iclasda qeyri-hökumət hüquq-müdafiə təşkilatları tərəfindən söylənilib və dinlənilmiş bütün etirazlar əsasında növbəti həftəyə qədər Almaniya üçün öz tövsiyələrini hazırlayacaq. Merkel hökuməti isə mürəkkəb seçim qarşısındadır - BMT-nin İnsan Haqları Şurasının tövsiyələrinə riayət etmək, yoxsa əvvəlki mövqeyində qalmaq?
Bu məqalənin sonunda dərin təəssüflə qeyd etməyə məcburam ki, faşist Almaniyası üzərində Qələbənin növbəti ildönümü və Böyük Vətən Müharibəsinin başa çatmasının 68-ci ildönümü ərəfəsində vaxtilə blokadada olan Leninqradda, indi isə Almaniyada yaşayan, sağ qalanlarının sayı çox olmayan yəhudi məzhəbli müharibə veteranları və əlilləri üçün öz Vətəninə görə qürur, bütün Avropa xalqları üçün faşizm buxovundan xilas olmağa görə təşəkkür günü deyil, həm də AFR-in müxtəlif federal əyalətlərinin dövlət və sosial orqanları tərəfindən hər gün, mütəmadi antisemitizm təzahürlərindən müdafiə olunmamaq və zəiflik günü olub.
Məsələn, Böyük Vətən Müharibəsi illərində 60.000-dən çox vətəndaşını itirib və indiyə qədər AFR hakimiyyət orqanları tərəfindən üzrxahlıq, peşmançılıq və kompensasiya görməmiş Azərbaycanda Böyük Vətən Müharibəsi veteranları və iştirakçıları dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar, öz dövləti tərəfindən təzyiq obyekti deyillər. Məlum olduğu kimi, bu il Azərbaycan Prezidenti Böyük Vətən Müharibəsi iştirakçılarına, müharibədə həlak olub və ya sonradan vəfat etmiş döyüşçülərin dul qadınlarına, həmçinin arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 9 milyon manatdan artıq birdəfəlik maddi yardım ayırıb. Bu, Almaniya hakimiyyət orqanları üçün fantastik məbləğdir!
Almaniyada yaşayan rusiyalı pensiyaçıların bəxti o qədər də gətirməyib. Bu insanlar SSRİ-də halal zəhmətlə qazandıqları cüzi hərbi və ya əmək pensiyasını uzun illərdir ki, Almaniya şəhərlərinin yerli büdcələrinə ödəməyə məcburdurlar. Yerli hakimiyyət orqanları bu insanların qocalığa görə sosial müavinətindən təxminən 150-300 avro çıxırlar. Bu məbləğ onların Rusiyadan aldıqları pensiyadır. Bunun üçün həmin insanlar yaxınlıqdakı Rusiya nümayəndəliklərinə gedərək öz keçmiş vətənlərindəki pensiyanı orada rəsmiləşdirməyə məcbur olurlar. Lakin bu insanlar bunu etməsələr də həmin məbləğ onlardan çıxılır.
Veteranların və əlillərin əksəriyyətinin yaşı 80-i çoxdan keçib, lakin bu fakt da alman məmurlarını çəkindirmir. Bu praktikanı qanunazidd hesab edərək müqavimət göstərməyə çalışan qocalar isə dərhal minimum yaşayış müavinətindən, tibbi sığortadan, mənzil haqqına görə güzəştdən məhrum edilir və çox ehtimal ki, dolanışıq üçün vəsaitləri olmadan küçəyə atılacaqlar. Bu hərəkətləri BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının kobudcasına pozulması kimi qiymətləndirmək olar. Buna baxmayaraq, alman məmurlar öz siyasətini davam etdirir.
Maraqlıdır ki, Böyük Vətən Müharibəsi başa çatandan sonra Almaniya hökuməti uzun illər boyu bütün dünyada Holokost qurbanlarına böyük məbləğdə təzminat ödəmişlər. İndi isə bu ölkədə yaşayan yəhudi məzhəbli rusiyalı pensiyaçılar Almaniya büdcəsinə bir növ “pensiya təzminatları” ödəməyə məcburdurlar.
Almaniya hakimiyyət orqanları Cenevrədə təqdim etdikləri milli məruzədə, əlbəttə, xəcalətlərindən bu fakt barədə susublar. Onlar ümid edirdilər ki, başqa ölkələr ömrünün ahıl çağını Vətəndən uzaqlarda, dünyada ən tox və ən demokratik ölkədə qarşılamağı qərara almış bədbəxt və zəif qocaların öz ömürlərini hansı vəziyyətdə başa vurmaları ilə maraqlanmayacaqlar. Amma belə olmadı...
Harri Murey,
Almaniya İnsan Haqları Liqasının Köln bölməsinin rəhbəri
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40

