/ / Azərbaycan Tibb Universitetində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
03.05.2013 [13:21]
Mayın 2-də Azərbaycan Tibb Universitetində (ATU) xalqımızın Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə əklil qoyub və gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov unudulmaz şəxsiyyət, dərin zəka sahibi Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin himayədarı olduğunu, bu sahədə çalışanlara, xüsusilə səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərdiyini xatırladıb.
Rektor bildirib ki, adı tarixdə əbədiləşən dünya şöhrətli siyasətçi Heydər Əliyevin ölkəmizin dövlət müstəqilliyi bərpa edildikdən sonra iki dəfə ATU-da olması, müəllim və tələbələr qarşısında proqram xarakterli çıxışı və gələcək həkimlərə dəyərli məsləhətlər verməsi universitetin tarixində silinməz izlər qoyub.
Ə.Əmiraslanov diqqətə çatdırıb ki, Ulu öndərin səyi nəticəsində 1998-ci ildə ATU-nun 11 mərtəbəli yeni tədris binası tikilib istifadəyə verilib. Azərbaycanda səhiyyənin inkişafı, universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi və ölkəmizdə tibb kadrlarının hazırlanması məhz Ulu öndərin adı ilə bağlıdır.
ATU-nun stomatoloji və onkoloji klinikalarının Ümummilli lider Heydər Əliyevin böyük qayğısı sayəsində yaradıldığını diqqətə çatdıran rektor vurğulayıb ki, Onun layiqli davamçısı Prezident İlham Əliyevin dəstəyi ilə inşa olunmuş universitetin çoxprofilli terapevtik klinikası ən müasir avadanlıqla təchiz olunaraq əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir.
Ulu öndərin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Ə.Əmiraslanov bildirib ki, artıq universitetin cərrahiyyə klinikasının tikintisi başa çatmaq üzrədir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Azərbaycanın hər guşəsində, bütün idarə və müəssisələrdə, eləcə də azərbaycanlıların yaşadıqları xarici ölkələrdə böyük təntənə ilə qeyd olunmaqdadır. Bu tədbirlər tarixi şəxsiyyət olan Heydər Əliyevin misilsiz xidmətlərinə qədirbilən xalqımız tərəfindən verilən qiymətin, sonsuz ehtiram və sevginin, inamın təzahürüdür.
Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ilk dövrdə (1969-1983-cü illər) Azərbaycanın sürətli inkişaf və tərəqqi mərhələsi yaşadığını deyib. Qeyd edib ki, məhz o illərdə xalqımızın milli ruhu formalaşıb, özünü ifadə etmək qüdrəti yüksəlib.
YAP Sədrinin müavini vurğulayıb ki, Ulu öndər Heydər Əliyev Özünün ardıcıl və məqsədyönlü dövlətçilik və siyasi fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmaqla bərabər, həm də XX əsrin dünya siyasətində silinməz izlər qoymuş tarixi şəxsiyyətdir.
Ulu öndərin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında müstəsna xidmətlərindən danışan Əli Əhmədov deyib ki, ölkəmizdə azərbaycançılıq ideologiyasının formalaşması, Azərbaycanın dinamik və sürətli iqtisadi inkişafını təmin edən neft strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi sayəsində mümkün olub. Azərbaycan bu gün Onun qurduğu fundament üzərində sürətlə inkişaf edir. Bu gün də Ulu öndərin müəyyənləşdirdiyi siyasətə xalqın böyük etimadı var. Çünki bu siyasət Vətənə və xalqa xidmət edir.
Digər çıxış edənlər də Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən, elmə və təhsilə, xüsusilə səhiyyə sahəsinə göstərdiyi qayğıdan danışıblar.
Çıxış edənlər Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış mühüm mərhələ kimi qiymətləndiriblər. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlər Onu tarixdə və qədirbilən xalqımızın yaddaşında əbədi yaşadacaq.
Xəbər lenti
Hamısına baxGündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54

