Konstitusiya dəyişir, Minsk qrupunun ləğvi üçün müraciət edilir...
23.01.2025 [10:11]
Ermənistan Azərbaycanın tələblərini yerinə yetirəcəkmi?
Post-müharibə dövrünün ən mühüm reallığı kimi çıxış edən sülh prosesi məntiqi nəticəyə yaxınlaşmaqdadır. Azərbaycanın ortaya qoyduğu mövqe isə açıq və bəllidir - əbədi sülhün formalaşması üçün isə ən vacib şərt Ermənistanın uzun illərdir ki, davam edən əsassız iddialarından geri çəkilməsi, paralel olaraq ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı mövqeyini açıqlamasıdır. İrəvan yalnız rəsmi şəkildə Konstitusiyasında dəyişiklik etməklə sülh prosesinin ardıcıllığını təmin edə bilər - bu, gələcək kataklizmlərin yaranması ehtimalını da indidən aradan qaldırmış olur. Ermənistan Konstitusiyasını dəyişmədikcə bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının hər an eskalasiyaya çevrilmə təhlükəsi var. Beləliklə, yaxın zamanda bu dəyişikliyin edilməsi perspektivi sülhü də yaxınlaşdıran amil kimi çıxış edəcək. Eyni zamanda, artıq tarixi qovuşmuş “münaqişə” ilə bağlı hansısa vasitəçi qurumun mövcudluğunun saxlanılması da məntiqsizdir - o baxımdan, İrəvan sülhün əldə edilməsi üçün mühüm şərtlərdən biri olan Minsk qrupunun ləğvi ilə bağlı rəsmi müraciət etməlidir. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla postmünaqişə mərhələsində təmaslar davam edir. Burada bir neçə istiqamət var. Xarici işlər nazirləri daha çox sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparırlar, mütəmadi şəkildə görüşlər keçirilir: “Ötən il bir neçə belə görüş olub. Görüşlərarası təmaslar davam edir. Hazırda növbəti görüşün yeri və vaxtı barədə konkret razılaşma yoxdur. Güman edirik ki, 2025-ci ildə də bu proses davam edəcək. Saziş layihəsinin preambul hissəsi və 17 maddədən 15-i razılaşdırılıb. İki maddə hələ ki, tam razılaşdırılmayıb. Danışıqlar davam edir. Azərbaycan ictimaiyyəti də bilir ki, sülh sazişinin mətnindən başqa burada digər ciddi və açıq məsələ var. Bu da Ermənistanın konstitusiyasında və bir sıra normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcudluğudur. Bu istiqamətdə Ermənistandan ciddi və əməli addımlar gözləyirik. Bəyanatları və mesajların hamısını eşidirik və real addımlarda ciddi çatışmazlıq görürük”.
Konstitusiya dəyişir - əsassız iddialar çıxarılacaqmı?
Diqqət yetirsək, Ermənistan rəsmiləri zaman-zaman sülhün vacibliyi və ya İrəvanın sülhü dəstəkləməsi barədə bəyanatlar versə də, nəticə etibarı ilə bu açıqlamalar manipulyasiyadan uzağa getmir. Çünki bu ölkə real sülh prosesinə yaxınlaşmır, sadəcə onun “ətrafında” fırlanır. Bunun faktoloji sübutu var - məsələn, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yanvarın 14-də keçirilən mətbuat konfransında bildirib ki, “bizim vəzifəmiz odur ki, 2026-cı il parlament seçkilərinə qədər yeni Konstitusiyanın mətni olsun”. Onun sözlərinə görə, “məxməri inqilab”dan dərhal sonra yeni konstitusiya məsələsi qaldırılıb, hətta konsepsiya yaradılıb, amma iş məntiqi nəticəyə gəlməyib. “Yeni nazir kimi mən hesab edirəm ki, xalqın bəyənə və ya rədd edə biləcəyi yeni konstitusiya layihəsi hazırlamaq lazımdır”, - Qalyan deyib.
Nazir hesab edir ki, hazırkı konstitusiyada sosial əhəmiyyətli suallara cavab yoxdur. Amma nazir “İstiqlal Bəyannaməsi”nə istinadın yeni konstitusiyada qalıb-qalmayacağı sualına cavab verməyib: “Mətn üzərində qrup işləyir. Tezliklə komissiya işini bərpa edəcək. Nəticədə əsas qərarı xalq verəcək”.
Göründüyü kimi, konstitusiya dəyişikliyi haqda danışan ölkə rəsmisi bu gün ən vacib sayılan məsələyə toxunmur - bu da onu göstərir ki, Ermənistan yalnız vizual xarakterli “sülhpərvərlik” daşıyıcısıdır. Alt qatda isə onlar öz iddi?larından geri çəkilmək istəmirlər. Minsk qrupu ilə bağlı qərar zamanıdır...
Bu fakt isə onu göstərir ki, Ermənistan özünün konstitusiya manipulyasiyasını davam etdirir - Azərbaycanın tələbi ilə bağlı açıq mətn səsləndirilmir. Halbuki, baş nazir Nikol Paşinyan 2024-cü ildə tamamilə yeni Konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratmaq barədə sərəncam imzalamışdı. Sonradan yaranan komissiya fəaliyyət göstərmədi. Yenə də ortada fikir var, iradə və qətiyyət isə yoxdur...
Eyni vəziyyət ATƏT-in Minsk qrupu ilə bağlı da yaşanmaqdadır. Məsələn, bir neçə gün öncə, Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazmışdı ki, “Ermənistan ATƏT-ə Minsk qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir”. N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu demişdi.
Axı, nəzərdən keçiriləsi hansı məsələ var? Ermənistan özü də başa düşür ki, real olaraq ATƏT-in Minsk qrupu aktuallığını itirib. Sadəcə olaraq, bu məsələnin “əldən çıxarılmaması” yenə də revanşist maraqlara əsaslanır - Ermənistan düşünür ki, hansısa dayaq və ya dəstəklə gələcəkdə siyasi situasiyanı dəyişmək imkanı qazana. Həmin vaxt yenidən Minsk ?rupunu dövrəyə salma kimi ehtimallara “inanır”. Növbəti eskalasiya arzusu - İrəvan özünə ziyan vurur...
Beləliklə, üzdə bu kimi “sülhə xidmət edən” açıqlamalar verən, yanaşmalar sərgiləyən Ermənistan alt qatda yenə də özünün destruktiv fəaliyyətini davam etdirir - silahlanır, bölgədə təhdid yaratmaqda davam edir, regional nəqliyyat kommunikasiyalarının açılmasına mane olur, nəhayət ki, sülhdən yayınır. Bəzi məqamlarda, Ermənistan cəmiyyətinin bəzi kəsimləri hətta ABŞ ilə bağlanan strateji sazişi ölkənin “növbəti eskalasiya arzusu” kimi dəyərləndirir. Bu, olduqca böyük bir təhlükədir.
Paralel olaraq nəzərə alsaq ki, Ermənistan KTMT-dəki fəaliyyətini hələ tam yekunlaşdırmayıb, həmin saziş daha böyük miqyaslı eskalasiyaya yolaçma təhlükəsi formalaşdırır. Ermənistanın sərhəd bölgələrində Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam verilməməsi bir daha onu göstərir ki, İrəvan heç də iddia etdiyi kimi sülh uğrunda çalışmır, kənar qüvvələri prosesə daxil etmək niyyətindədir. Bir sözlə, Ermənistan hakimiyyəti dildə sülh haqqında danışsa da, bu istiqamətdə əməli fəaliyyət ortaya qoymur. Onların sülhü gecikdirməsi isə ölkə daxilindəki digər qruplar üçün fürsətə çevrilir. Məsələn, ötən il bəzi “mitinq”lərlə yadda qalan Baqrat Qalstanyan müəyyən pauzadan sonra yenidən ortaya çıxıb. O, yanvarın 11-də müraciət yayıb. Hakimiyyət orqanlarının sülh gündəmini şərh edən arxiyepiskop bunu yalan adlandırıb. “Sülh məhv və bataqlıq deyil, okean sülhü, qalib sülh deməkdir. Müqəddəs Miladdan sonra bu ilk görüşlə biz mübarizəmizin yeni mərhələsinə başlayırıq və əminəm ki, bu mərhələdə biz əsl sülhü təmin edəcək yekun qələbəyə nail olacağıq”.
Göründüyü kimi, Ermənistan hakimiyyətinin yaratdığı qeyri-müəyyən durum həm bölgəyə, həm də Ermənistanın özünə ziyan vurmaqdadır. Bunun aradan qaldırılmasının isə tək yolu var - bütün iddiaları kənara qoyaraq səmimi şəkildə sülhü imzalamaq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

