“Azərbaycan dövləti heç zaman qarşıdurmaların yaranmasına imkan verməyəcək”
23.05.2013 [01:50]
“Dünyada müəyyən qüvvələr var ki, onlar bu və ya digər ölkələrdə kütləvi ixtişaşların və qarşıdurmaların olmasını istəyirlər”. Bunu “Publika.Az”-a eksklüziv açıqlamasında Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Dünyada baş verən kütləvi qarşıdurmalarla bağlı məsələlərə toxunan PA rəhbərinin müavini N.Məmmədov söyləyib ki, bir sıra ölkələrdə qarşıdurma yarananda, həmin qüvvələr də öz məqsədlərinə nail olurlar və beləliklə də öz planlarını həyata keçirməyə çalışırlar. Onun sözlərinə görə, Azərbaycan dövləti heç zaman bu cür hallara imkan verməyəcək və ölkəmizdə bu cür hallar baş tutmayacaq: “Azərbaycan xalqı düzgün yolun hansı olduğunu yaxşı bilir, Prezidentin xalqı çox düzgün yolla apardığını görür və bunun başqa altenativi olmadığını bilir. Ona görə də bizim üçün Prezidentlə xalqın birliyi ən böyük faktordur. Bu faktor isə Azərbaycanın daimi inkişafını və bu yolda irəliləməsini təmin edəcək”.
N.Məmmədov həmçinin qeyd edib ki, indi dünyanın bir çox ölkələrində, istər Avropa, istərsə də digər ərazilərdə yüzlərlə, minlərlə insanlar küçələrə və meydanlara çıxaraq etiraz aksiyaları keçirirlər: “Bu aksiyalar zamanı onlarla adam həbs olunur, zədələr alır. Hətta ölüm halları da olur. İndi dünyada baş verən bu cür hadisələr heç də yaxşı proseslərdən xəbər vermir. Şükürlər olsun ki, indi Azərbaycanda bu cür hallar mövcud deyil. İndi Azərbaycanda dövlət başçısı və dövlət üçün ən vacib məsələ ölkədə xalqla dövlətin bir-birinə bağlılığıdır və şükürlər olsun ki, Azərbaycanda Prezident və xalq bir yerdədir”.
Azərbaycanın dünyada artan nüfuzunun əhəmiyyətinə də toxunan N.Məmmədov deyib ki, son illər ölkəmizin bir sıra sahələrdə əldə etdiyi nailiyyətlər Ümummilli lider Heydər Əliyevin qoyduğu yolun uğurlu davamıdır. Onun sözlərinə görə, Azərbaycan son 10 ildə bütün sahələrdə böyük uğurlar əldə edib: “İndi Azərbaycan beynəlxalq aləmdə regionun lider dövləti kimi nüfuz qazanıb. Bunu dünyanın hər yerində qəbul edirlər. Sadə bir nümunə göstərim ki, son bir neçə ildə Azərbaycanın Cənubi Amerika ölkələri ilə əlaqələrinin inkişafı sürətlənib. Azərbaycan kiçik dövlət olsa belə, ancaq dünyada gedən beynəlxalq geosiyasi və geostrateji proseslərə güclü təsir edə bilir, bu proseslərdə iştirak edərək öz sözünü deyə bilir. Beləliklə də, Azərbaycan dünyada gedən maraqlar uğurunda mübarizə prosesində öz payına sahib çıxa bilir. Bunu bacarmaq çox asan məsələ deyil. Azərbaycan bunu ilk növbədə iqtisadi əməkdaşlıq sahəsində edib və böyük uğurlar qazanıb. Bizim üçün ən vacib olan məsələ də məhz Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşı olmasıdır. Şükürlər olsun ki, indi bu istiqamətdə heç bir problem mövcud deyil və görülən işlər uğurla davam etdirilir. Hazırda Azərbaycanda əhalinin yaşayış səviyyəsi yüksəkdir. Eyni zamanda Azərbaycan siyasi sahədə də çox böyük uğurlar əldə edib. İndi Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzv dövlət kimi dünyada gedən bütün proseslərdə iştirakı ölkəmizin siyasi sahədə əldə etdiyi ən böyük nailiyyətlərdən biri hesab olunur. Azərbaycan digər sahələrdə, o cümlədən mədəniyyət sahəsində də böyük nailiyyətlər əldə edib. Azərbaycan və onun paytaxtı olan Bakı şəhəri artıq dünya səviyyəsində beynəlxalq tədbirlərin təşkil olunduğu ən böyük və tanınmış məkana çevrilib. İndi Azərbaycanda hər ay onlarla beynəlxalq tədbir keçirilir. Hətta elə olub ki, Azərbaycanda bir gündə iki beynəlxalq tədbir keçirilib. Bu ilin iyun ayının sonlarında isə Bakıda Dünya Svilizasiyalararası Dialoq Forumunun keçirilməsi gözlənilir. Bütün bunların hər biri Azərbaycanın beynəlxalq aləmdə tutduğu yüksək yerin göstəricisidir. Bu nöqtey-nəzərdən də qeyd edə bilərəm ki, beynəlxalq təşkilatların da Azərbaycana mövqeyi çox müsbətdir. Düzdür, müxtəlif vaxtlarda bəzi təşkilatların tənqidi rəyləri ola bilər. Bunu da təbii qəbul etmək lazımdır. Çünki Azərbaycanı istəməyən və ölkəmizin inkişafına qısqanc yanaşanlar da var. Bu təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində baş verir. Hətta elə ölkələr var ki, orada bizdən 10 dəfə artıq bu proseslər baş verir, ancaq həmin dövlətlər buna əhəmiyyət belə, vermirlər. Belə hallara reaksiya verməmək artıq bizə də lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

