/ / Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Milli Assambleyada və Senatda görüşlər keçirib
Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Milli Assambleyada və Senatda görüşlər keçirib
25.05.2013 [09:47]
Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransaya səfəri çərçivəsində mayın 23-də Milli Assambleyada və Senatda bir sıra görüşlər keçirib.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyeva Milli Assambleyanın Avropa məsələləri komissiyasının sədri xanım Daniel Orua ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Xanım D.Orua Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, eyni zamanda, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirib, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərini yüksək dəyərləndirib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa strukturları ilə əməkdaşlığın ölkəmizin xarici siyasətində mühüm yer tutduğunu vurğulayıb. Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramında və enerji layihələrində fəal iştirak etdiyini diqqətə çatdıran Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Görüşdə digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sonra Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon tərəfindən Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə işçi nahar verilib.
Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Ambruaz Düpon dostluq qrupları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Fransada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirləri yüksək qiymətləndirib.
Mehriban xanım Əliyeva da ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlığın inkişafı baxımından bu cür görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, Fransada Azərbaycanın zəngin mədəniyyətini tərənnüm edən layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın növbəti görüşü Senatın sədri Jan- Piyer Bel ilə olub.
Jan-Piyer Bel Azərbaycanın birinci xanımının Fransa-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib, onu Fransanın həqiqi dostu adlandırıb və Fransa mədəniyyətinin Azərbaycanda təbliğinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib. Fransa Senatının sədri ölkələrimizin bütün sahələrdə əməkdaşlığının inkişaf etdiyini xüsusi qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında parlament diplomatiyasının önəmini vurğulayıb.
Mehriban xanım Əliyeva Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönələn səylərini yüksək qiymətləndirib.
Azərbaycanın birinci xanımı bundan sonra da parlamentlərarası əlaqələrin inkişaf edəcəyinə, Fransa Senatında ölkəmizin dostlarının sayının artacağına əminliyini ifadə edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın Frankafoniya məsələləri üzrə naziri, Fransa Prezidentinin Frankafoniya üzrə xüsusi təmsilçisi xanım Yamina Benqiqi ilə görüşüb.
Xanım Y.Benqiqi bildirib ki, Fransa hakimiyyəti Azərbaycanın birinci xanımını ölkənin yaxşı dostu kimi tanıyır və onun Azərbaycan mədəniyyətinin dünyada və Fransada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirləri alqışlayır. Bu baxımdan son bir neçə ayda Parisdə və ölkənin ayrı-ayrı regionlarında Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin uğurlu olduğunu diqqətə çatdıran Yamina Benqiqi Fransa mədəniyyətinin və dilinin Azərbaycanda təbliğinə, o cümlədən Bakıda fransız liseyinin yaradılmasına verdiyi dəstəyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Mehriban xanım Əliyeva Fransanın Azərbaycan üçün önəmli tərəfdaş olduğunu, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyini vurğulayıb. Azərbaycanın Fransada tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib, Bakıda fransız liseyinin tikilməsi ilə bağlı layihənin uğurla başa çatdırılacağına əminliyini ifadə edib.
Günün sonunda Fransanın Frankafoniya məsələləri üzrə naziri Yamina Benqiqinin adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56

