“Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu çərçivəsində plenar sessiya keçirilib
30.05.2013 [03:58]
Mayın 29-da Azərbaycan-ABŞ Forumu rəsmi açılış mərasimindən sonra işini “ABŞ-Azərbaycan münasibətləri: Gələcəyə birgə baxış” mövzusunda plenar sessiya ilə davam etdirib.
AzərTAc xəbər verir ki, Forumun əhəmiyyətinə toxunan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycanın ABŞ-dakı sabiq səfiri Yaşar Əliyev bildirib ki, bu tədbir iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verəcək. Səfir Forumda müxtəlif mövzularla bağlı faydalı fikir mübadiləsinin aparılacağını diqqətə çatdırıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təməlində Ulu öndər Heydər Əliyevin xidmətlərinin durduğu Azərbaycan-ABŞ münasibətlərinin artıq strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb, buna misal olaraq, iki ölkə arasında indiyədək 76 dövlətlərarası sazişin bağlandığını deyib. Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatı və beynəlxalq bazara çıxarılmasında ABŞ-ın dəstəyini yüksək qiymətləndirən Z.Əsgərov məhz bu amil nəticəsində ölkəmizin hazırda Avropanın əsas enerji təchizatçılarından birinə çevrildiyini qeyd edib. O, eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda çox yaxşı qarşılıqlı əlaqələri olduğunu da bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Milli Məclis sədrinin birinci müavini deyib ki, Xocalı soyqırımı ilə bağlı ABŞ-ın 12 ştatı tərəfindən qətnamə qəbul olunması münaqişə barədə əsl həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Alman Marşal Fondunun Transatlantik Akademiyasının aparıcı mütəxəssisi, ABŞ Senatının sabiq üzvü Riçard Luqar ölkəmizə səfərlərini və Ulu öndər Heydər Əliyev ilə görüşünü xatırlayıb. O zaman enerji təhlükəsizliyi ilə bağlı regionda yaranmış ağır vəziyyətin aradan qaldırılması üçün görkəmli siyasətçi Heydər Əliyevin çox müdrik seçiminə heyran qaldığını bildirib, bu gün həmin seçimin Azərbaycanın taleyində oynadığı həlledici roldan danışıb.
Riçard Luqar 2005-ci ildə o zamankı senator, hazırkı Prezident Barak Obama ilə Azərbaycana səfərini də xatırladıb. “Bu gün Azərbaycanda olmaq mənim üçün xüsusi bir xoşbəxtlikdir” - deyən keçmiş senator forumun uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-ABŞ münasibətlərinin tarixinə toxunub, müasir dövrdə əlaqələrimizin yüksək səviyyəyə çatmasını əlamətdar hal kimi dəyərləndirib. Xarici işlər naziri ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə möhkəmlənməsinə dair çoxsaylı misallar gətirərək, Azərbaycanın və ABŞ-ın sülhməramlı qüvvələrinin dünyanın qaynar nöqtələrində birgə fəaliyyətindən danışıb.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütövlükdə regiondakı sabitlik üçün təhlükə mənbəyi olduğunu əsaslandırıb.
Azərbaycana dördüncü dəfə səfər etdiyini vurğulayan konqresmen Maykl Törner Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticələrindən danışaraq deyib: “Bu gün Azərbaycana göndərilən nümayəndələrin sayı bir çox Senat və Konqres tədbirlərində iştirak edənlərin sayından çoxdur. Bir qədər əvvəl cənab Prezident nailiyyətlər haqqında danışarkən məni heyrətləndirdi - xarici borcun azlığı, işsizliyin aşağı olması və gələcəyə baxışla bağlı Onun fikirləri çox dəyərlidir. O, demokratik dəyərlərə sadiqliyi ilə bağlı fikirlərini söylədi, iqtisadiyyatın şaxələndirilməsi məsələsinə toxundu. Prezident İlham Əliyev iqtisadiyyatın enerji amilindən asılılığının azalması, eyni zamanda, enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlığımızdan danışdı. Mən Azərbaycanın gördüyü işləri çox yüksək qiymətləndirirəm”.
Qədim neft ölkəsi Azərbaycanın hazırda Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını deyən konqresmen Ted Po təmsil etdiyi Texas ştatının da ABŞ-ın əsas neft hasilatçısı olduğunu söyləyib. Azərbaycan və Texas neftçilərinin əlaqələrinin genişləndirilməsinin hər iki ölkə üçün faydalı cəhətlərindən danışan Ted Po münasibətlərimizin digər sahələrinə də toxunub.
ABŞ-ın keçmiş energetika naziri Bill Riçardson çıxışında enerji məsələləri ilə məşğul olanların Azərbaycanın dəyərini gözəl başa düşdüklərini vurğulayıb. O, qeyd edib ki, Azərbaycana münasibətdə həm respublikaçılar, həm də demokratlar partiyası eyni mövqedədir. Çünki, Azərbaycan beynəlxalq məsələlərdə həmişə ədalətli mövqe tutur. Keçmiş nazir deyib: “Azərbaycan bizi 11 sentyabr hadisələrindən sonra dəstəkləyən ilk ölkə olub. İnsan alveri, narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə Azərbaycan çox əhəmiyyətli rol oynayır. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xüsusi nüfuzu var. Biz ABŞ Konqresində Azərbaycana daha çox diqqət yetirməliyik. Zənnimcə buradan bu fikirlə qayıtmalıyıq ki, Azərbaycan dostdur, strateji tərəfdaşdır. Azərbaycan strateji coğrafi mövqedə yerləşir, regionun müxtəlif sahələrində əsas oyunçudur. Həm coğrafi, həm siyasi, həm də iqtisadi baxımdan bu ölkə çox dinamik şəkildə müasirləşir və təkcə ABŞ-Azərbaycan münasibətləri üçün deyil, eyni zamanda, bütün dünya üçün mühüm və strateji rol oynayır”.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Forumda ABŞ-ın 42 ştatından nümayəndənin iştirak etməsini Birləşmiş Ştatlarda ölkəmizlə münasibətlərə verilən böyük önəmin göstəricisi kimi dəyərləndirib. Səfir qeyd edib ki, biz son 20 il ərzində strateji tərəfdaşlıq qura bilmişik. Bizim əməkdaşlığımız həm enerji şaxələndirilməsi, eyni zamanda, Kosovoda, İraqda və Əfqanıstanda tərəfdaşlığımıza xidmət edib. Biz terrorçuluqla, beynəlxalq sülhə təhdidlə mübarizədə, kütləvi qırğın silahlarının yayılmaması məsələlərində, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT Minsk qrupunun tərkibində sıx əməkdaşlıq edirik. Bizim Azərbaycan ilə əməkdaşlığımızın parlaq gələcəyi var. ABŞ-ın Azərbaycan ilə bağlı baxışı aydındır.
Konqresmen Qreqori Miks Azərbaycan-ABŞ münasibətlərinin digər ölkələrə də nümunə kimi qiymətləndirib. Konqresmen deyib: “Bəziləri xəbərlərə baxanda deyirlər ki, demokratlar və respublikaçılar heç bir məsələdə razılığa gələ bilmirlər. Amma bu Forum göstərir ki, demokratlar və respublikaçılar bu məsələdə - Azərbaycan-ABŞ münasibətləri məsələsində bir mövqedən çıxış edirlər. Artıq burada qeyd olundu, biz tərəfdaşıq, dostuq. Bundan əlavə, biz regiona və digərlərinə nümunəyik. Biz dünyaya nümunə göstəririk ki, demokratiya nədən ibarətdir. Bu, onun göstəricisidir ki, sərmayələr xalqın rifahına, təhsilin inkişafına yönəlsə, ölkənin gələcəyi uğurlu olacaqdır. Bu, Azərbaycanın etdikləridir. Azərbaycan gənc nəslinə sərmayə qoyubdur. Yoxsulluğun səviyyəsinin azalmasını təmin edirsinizsə və ən yoxsul təbəqələrin qayğılarını nəzərə alırsınızsa gələcək təmin olunur. Mən sizi salamlayıram və təbrik edirəm. İlk olaraq, müstəqilliklə bağlı təbriklərimi çatdırıram. Yaşasın Azərbaycan, yaşasın ABŞ-Azərbaycan münasibətləri”.
ABŞ Konqresinin üzvü Mişel Qrişəm əməkdaşlıq məsələlərində qadınların rolunu qeyd edib və bugünkü tədbirdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün faydalı müzakirələrin aparılacağına əminliyini bildirib.
Prezident İlham Əliyevin çıxışının yaratdığı xoş təəssüratdan danışan konqresmen Ruben Hinoyosa deyib: “Prezident İlham Əliyevin söylədikləri məni heyrətləndirdi. O, bu ölkənin güclü cəhətlərini xatırlatdı, enerji və qaz haqqında danışdı. Eyni zamanda, Prezidentin enerjidən asılılığın azaldılması ilə bağlı fikirləri çox dəyərlidir. Cənab Prezident çox düzgün qeyd etdi ki, insan kapitalı başlıca sərvətdir”.
Konqresmen Stiv Stokmən təmsil etdiyi Texas ştatı ilə Azərbaycan arasında əlaqələrin daha da sıx olmasını arzulayıb. O deyib: “Mən çox istərdim ki, Hyustondan Bakıya birbaşa təyyarə reysi olsun. Mən sizi Texasa dəvət etmək istəyirəm. Bizim birgə dəyərlərimiz, birgə baxışlarımız var. Bu da bizim ölkələrimizin firavanlığı və çiçəklənməsidir. Xüsusilə qeyd etmək istərdim ki, sizin ölkəniz sülh və sabitliyi təşviq edən ölkədir”.
Konqresmen Cim Braydnştayn Oklahoma ştatı ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərindən danışyıb. O, ölkəmizin müxtəlif regionlarda sülhyaratma prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
ABŞ-ın Hava Qüvvələrinin generalı, sabiq nəqliyyat komandanı Dankn Maknab Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu və iki ölkə arasındakı əlaqələrin qarşılıqlı etimada, dostluğa əsaslandığını bildirib.
Bakını dünyanın ən gözəl şəhərləri ilə müqayisə edən konqresmen Şeyla Cekson Li deyib: “Mən evə döndüyümdə məndən soruşacaqlar ki, Las-Veqasda, Vyanada, Barselonada idiniz? Xeyr, mən Bakıda idim.
Mən ABŞ-Azərbaycan dostluq qrupunun üzvüyəm. Eyni zamanda, qürurla demək istəyirəm ki, Hyustonun sakiniyəm. Mən əmin edə bilərəm ki, SOCAR Hyustonda bir çox şirkətlərin yaxın dostudur. Hyustonda yerləşən şirkətlərdən 30-40-ı bu gün Bakıda iş görür. Biz təkcə sərmayə qoymuruq. Biz, eyni zamanda, qarşılıqlı sərmayələrin qoyuluşunu təşviq edirik. Zənnimcə, bizim dostluğumuzun təməlində duran amil demokratiya və sülhün qorunmasıdır.
Siz çox mürəkkəb regionda yaşayırsınız. Xəritəyə baxdıqda, biz bir daha şahid oluruq ki, siz çox cəsarətli bir ölkəsiniz. Siz dünyəvi, demokratik və azad müsəlman ölkəsisiniz. Mən fərəhlənirəm ki, sizin kimi ölkəni dəstəkləmək imkanı əldə etmişəm. Azərbaycan XXI əsrin ölkəsidir. Azərbaycan və ABŞ-ın çox mühüm dostluğu var. XXI əsrdə və ondan sonra da bizim dostluğumuz yaşayacaqdır. Allah köməyiniz olsun”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

