/ / Azərbaycan Milli Sülh Komitəsinin qərarı ölkəmizdə obyektiv ictimai fikri ifadə edən düzgün qərardır
Azərbaycan Milli Sülh Komitəsinin qərarı ölkəmizdə obyektiv ictimai fikri ifadə edən düzgün qərardır
20.06.2013 [00:33]
Azərbaycanın Xalq yazıçısı adını daşıyan, cəmiyyətdə kifayət qədər nüfuzu olan və sözünə hörmətlə yanaşılan Maqsud İbrahimbəyov kimi ziyalının rəhbərlik etdiyi təşkilatın belə bir mövqe ortaya qoyması bir çox cəhətdən əhəmiyyətli və təqdirəlayiqdir
Məlum olduğu kimi, bu ilin oktyabr ayında Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Hər bir vətəndaş prezident seçkiləri kimi ölkənin siyasi taleyində əhəmiyyətli rol oynayan bir kampaniya zamanı seçimində kifayət qədər ciddi yanaşmalar nümayiş etdirir. Çünki prezident seçkiləri, namizədin kim olması, kimin ölkəyə rəhbər seçilməsi məsələsi hər bir vətəndaşın maraqları ilə əlaqədardır. Bu gün seçkilərin keçirilməsinə xeyli müddət qalmasına baxmayaraq, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti seçki ilə əlaqədar öz qənaətini və rəyini formalaşdırıb və dövlət başçısı İlham Əliyevin namizədliyi barədə xalqımızın mütləq əksəriyyətinin qənaəti artıq reallıq olaraq hər kəsə məlumdur. Ona görə də ölkəmizdə fəaliyyət göstərən, ictimai rəyi izləyən və bununla hesablaşan bir çox təşkilatlar, o cümlədən, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Ağsaqqallar Şurası, Gənclər Təşkilatları Milli Şurası və bir sıra vətəndaş cəmiyyəti institutları qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul ediblər. Bu təşkilatlardan biri də Xalq yazıçısı Maqsud İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Milli Sülh Komitəsidir. Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Sülh Komitəsinin plenmunun iyunun 18-də keçirilən iclasında yekdilliklə qarşıdan gələn seçkilərdə dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəkləməsi qərara alınıb.
Təbii ki, Azərbaycan Milli Sülh Komitəsinin, həmçinin, digər vətəndaş cəmiyyəti institutlarının qarşıdan gələn prezident seçkilərində dövlətimizin başçısı cənab İlham Əliyevin namizədliyini dəstəkləməsi və ölkəmizin gələcək 5 ildə məhz Onun rəhbərliyi ilə inkişaf etməsinin zəruriliyi mövqeyinin ortaya qoyulması heç də təsadüfi deyil. İnsanlar hesab edirlər ki, qarşıdakı beş ildə cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsi bugünkü inkişaf templərinin saxlanılması və təmin edilməsi üçün ən vacib şərtdir. Bu da çox ciddi əsaslara, mövcud həqiqətlərə əsaslanır. Bunun mahiyyətini təşkil edən məntiq Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 10 ildə Azərbaycanın yalnız uğurlu inkişaf yolu ilə addımlaması, müasirləşməsi, eyni zamanda, inteqrasiyasını müvəffəqiyyətlə tamamlaması, beynəlxalq aləmin güclü, suveren və güclü aktoru kimi özünü təsdiq etməsidir. Belə ki, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir. Dövlətin iqtisadi imkanları güclü və effektiv xarici siyasət kursu həyata keçirilməsini də şərtləndirib və ötən 10 ildə Azərbaycan Respublikası beynəlxalq mövqelərini kifayət qədər gücləndirib. Prezident İlham Əliyevin bu gün bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomen siyasi liderə çevrilməsi də məhz bu reallıqlarla şərtlənir. Hazırda dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Azərbaycan dünyanın ən mühüm təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi mühüm qlobal məsələlərin həllində birbaşa iştirak edir. Əlbəttə ki, sadalanan bütün faktları təhlil etdikdə belə bir nəticə hasil olur ki, ötən 10 ildə Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi, beynəlxalq nüfuzunun sürətlə artması, dinamik iqtisadi inkişaf magistralına çıxması, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkili dövlətimizin başçısı İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri sayəsində mümkün olub. Ona görə də, cəmiyyətdə böyük əksəriyyət bu fikirdədir ki, xalqın inamını doğrultmuş dövlət başçısının uğurla davam etdirdiyi islahatlar hələ uzun illər Azərbaycanın möhkəmləndirilməsi və gücləndirilməsinə, ölkənin iqtisadi qüdrətinin artırılmasına xidmət edəcək. Ona görə də, bu gün cəmiyyətimizin qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevi alternativsiz namizəd olaraq görməsi tam məntiqə uyğundur. Şübhəsiz ki, Azərbaycanın Xalq yazıçısı adını daşıyan, cəmiyyətdə kifayət qədər nüfuzu olan və sözünə hörmətlə yanaşılan Maqsud İbrahimbəyov kimi bir ziyalının rəhbərlik etdiyi təşkilatın belə bir mövqe ortaya qoyması bir çox cəhətdən əhəmiyyətli və təqdirəlayiqdir. Əvvəla, bu, onun dövlətini sevən, Azərbaycanın və xalqımızın gələcəyini düşünən ziyalı kimi yüksək vətəndaşlıq mövqeyindən irəli gəlir, eyni zamanda ölkəmizin siyasi gerçəkliklərinin düzgün təhlil olunması anlamını ifadə edir. Maqsud İbrahimbəyov Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin seçimini dəstəkləmək, ümumi ictimai rəyi bölüşməklə əsl Azərbaycan ziyalısına xas olan müsbət keyfiyyətlərin daşıyıcısı olaraq, dövlətimizin gələcəyi ilə bağlı həssaslığını, obyektiv gerçəkliklərə söykənən real mövqeyini ortaya qoyur. Cəmiyyətin ziyalılardan gözlədiyi də elə budur. İnsanlar sözünə etibar etdikləri, inandıqları ziyalılardan taleyüklü məqamlarda, seçim anlarında onları doğru yola yönləndirəcək, yol göstərəcək söz və mövqeyini ifadə etməsini gözləyir. Azərbaycan Milli Sülh Komitəsinin qəbul etdiyi bu qərar həm də ictimai gözləntilərə cavab verir.
Çox təəssüf ki, Maqsud İbrahimbəyovdan fərqli olaraq, Azərbaycan dövlətinin imkanlarından bəhrələnən, xalqımızın etimadından sui-istifadə edərək dövlətimizə qarşı fəaliyyət göstərən, lakin özünü “ziyalı” kimi qələmə verən ziyanlı antimilli ünsürlər də mövcuddur. Onlardan biri də ermənipərəst kinossenarist Rüstəm İbrahimbəyovdur. 70 il “qınına çəkilərək” bütün ictimai proseslərdən kənarda qalan, sadəcə öz biznesini idarə edən R.İbrahimbəyov son bir neçə ildə “fəallıq” nümayiş etdirir. Xarici dövlətlərdəki ermənipərəst dairələrlə sövdələşməyə gedərək Azərbaycanın milli maraqlarına qarşı mübarizə aparan, dövlətin qanunlarını heçə sayan, vergidən yayınma faktlarına görə hüquq mühafizə orqanları qarşısında hesabat vermək cəsarətindən məhrum olan, ermənilərin Bakıdan köçməsini gözyaşları ilə xatırlayan, azərbaycanlıları barbar, vəhşi adlandıran, donuz əti yeməsi ilə öyünən və azərbaycanlı əxlaqi dəyərlərindən imtina edən birisinin bu gün özünü Azərbaycan ziyalısı adlandırması ən azı xalqımıza qarşı hömətsizlikdir. Onun seçkiyə münasibəti, ölkəmizdə xaos yaratmaq, sabitliyi təhdid etmək çağırışları da hansı “vətəndaşlıq mövqeyi” ilə yükləndiyini ortaya qoyur.
Beləliklə, sadə bir paralel iki xarakter arasındakı fərqi də aşkar surətdə üzə çıxarır. Əslində, hadisələrə münasibətdə ortaya qoyulan bu seçimlər həm də insanların dünyagörüşü, onun milli təəssübkeşliyi, vətəndaşlıq mövqeyinin nədən ibarət olması kimi məsələlərə də aydınlıq gətirir. Xalq yazıçısı Maqsud İbrahimbəyov ölkənin gələcəyini düşünüb, firəvanlığa, inkişafa yönəlmiş siyasi kursu dəstəklədiyi halda, Rüstəm İbrahimbəyov ermənipərəst dairələrdən aldığı 5-10 manat qarşılığında Azərbaycan dövlətçiliyinə və xalqımızın tarixi dəyərlərinə qarşı təbliğat aparmaqla məşğuldur. Hər halda əlavə şərhə ehtiyac yoxdur.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

