Yeni Azərbaycan Partiyasının tarixi V Qurultayı
20.06.2013 [00:35]
Ümumxalq iradəsinin ifadəçisi olan Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə keçid etməklə Azərbaycan cəmiyyətini modern mərhələyə daşıyacaq
7 iyun tarixində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayı, həmçinin, qurultay çərçivəsində qəbul edilən qərarlar Azərbaycan siyasi tarixində mühüm hadisə kimi səciyyələndirilməlidir. Bu qurultay öz növbəsində bir neçə gerçəkliyi növbəti dəfə aşkara çıxardı və Azərbaycan xalqının YAP-ın ətrafında sıx birləşməsinin real səbəblərini əks etdirdi.
Əvvəla, növbəti dəfə bəlli oldu ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə ötən müddət ərzində böyük inkişaf yolu keçmişdir. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən YAP, sözün əsl mənasında, ümumxalq partiyası kimi çıxış etməkdədir. İkincisi, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edəcək avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir. Üçüncüsü, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan cəmiyyətinin alternativsiz seçimi olan Prezident İlham Əliyevin üstün nüfuzuna söykənən YAP siyasi sistemin mütəmadi inkişafına özünəməxsus töhfələr verir.
YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur
Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Bu gün ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP, həmçinin, geniş beynəlxalq əlaqələrə malikdir. Azərbaycan gənclərinin partiya sıralarına axını isə bu siyasi təşkilatın perspektivdə daha böyük nailiyyətlər qazanacağına əminliyi artırır.
YAP-ın yenilikçi qüvvə olmasını şərtləndirən digər vacib amil isə partiya sıralarına Azərbaycanın sağlam, intellektual gənclər ordusunun axınıdır. Təsadüfi deyil ki, bu gün partiyamızın 600 min nəfərə yaxın üzvünün təxminən 40 faizini gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası, xüsusilə də, partiyamızın Sədri, Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir və bu amil Azərbaycan gəncliyinin hərtərəfli inkişafının təminatçısı kimi çıxış edir. Qeyd etdik ki, YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz bu yanaşmanın doğruluğunu isbat edən başlıca göstəricilər qismində partiyanın müxtəlif zaman kəsiklərində keçirdiyi qurultayların nəticələri və bütün ümummilli seçkilərdə əldə etdiyi parlaq qələbələrdir. YAP-ın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu da seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. 2003-cü və 2008-ci il prezident seçkiləri buna sübutdur.
Bu dövrdə partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin-referendumun keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi.
YAP bu uğurları və qələbələri 2004-cü və 2009-cu illərdə keçirilmiş bələdiyyə seçkilərində də təkrarlayıb. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005-ci ildə III çağırış Milli Məclisə seçkilərdə 64 deputat mandatı qazanmaqla partiyamız öz rəqiblərini xeyli geridə qoydu. Məlumdur ki, 2010-cu il noyabrın 7-də Azərbaycanda IV çağırış Milli Məclisə seçkilər keçirildi. Bu seçkilərdə mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP əhəmiyyətli qələbə qazanaraq 70-dən çox deputat mandatı əldə etdi. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir.
Yeni Azərbaycan Partiyasi siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur
Beləliklə, sadalananlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP-ın siyasi sistemdəki mövqeyini və fəaliyyətinin əsaslarını statik və dinamik detallar əsasında analitik tədqiqatların obyektinə çevirdikdə məlum olur ki, sözügedən siyasi institut təmsil etdiyi qrupların ali mənafeyini və dövlətçilik maraqlarını özünün Məramnamə və Nizamnaməsində əks etdirən, həmçinin, bunları praktik müstəvidə yüksək səviyyədə reallaşdıran ümumxalq partiyasıdır. “Ümumxalq partiyası” ifadəsini YAP-ın timsalında təsadüfən işlətmədik. Çünki konkret faktlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə siyasi sistemin dinamikliyinə və onun elementlərinin təkmilləşməsinə xüsusi təkan verən elit institutdur. Söylədiyimiz tezisi daha da aydınlaşdırmaq üçün YAP-ın fəaliyyət substratlarının əsasında aşağıdakı siyasi ümumiləşdirmələri aparmaq lazımdır:
- Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisatdır: Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 600 mindən çox olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir;
- Yeni Azərbaycan Partiyası siyasi sistemdəki yerinə və fəaliyyət mexanizminə görə rəqabət partiyası (başqa sözlə, səfərbəredici partiya) kimi səciyyələndirilir. Belə ki, YAP öz fəaliyyəti ilə rəqiblərini aktiv siyasi mübarizəyə və rəqabətə cəlb edən, sosial konsensusu və siyasi sistemin rəqabətlilik qabiliyyətini təmin edən təsisatdır. Qısacası, Yeni Azərbaycan Partiyası siyasi plüralizmin yüksək səviyyədə təmin olunmasına və sistemin komponentlərinin tərəqqisinə xüsusi təkan və töhfələr verməkdədir;
- Yeni Azərbaycan Partiyası ideoloji xarakteristikasına görə islahatçı, praqmatik və mütərəqqi siyasi institutdur. Partiyanın fundamental ideoloji prinsipləri azərbaycançılıq, güclü və müstəqil dövlətçilik, yüksək rifah, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, milli həmrəylik, sosial ədalət, sağlam rəqabətə əsaslanan siyasi mübarizə kimi təməl dəyərləri özündə ehtiva edir. Bu da nəticə etibarilə sözügedən siyasi institutun siyasi palitrada mövqeyini möhkəmləndirməyə və fəaliyyət sahəsini daha da genişləndirməyə imkan verir;
- Yeni Azərbaycan Partiyası daxili təşkilati strukturuna görə antreprener (açıq) sistemə malikdir. Belə ki, təşkilati strukturuna görə YAP mərkəzləşdirilmiş partiya intizamının yüksək səviyyədə təmin olunduğu, cəmiyyətin bütün qruplarının, əhalinin ən müxtəlif təbəqələrinin maraqlarının ifadə olunduğu siyasi təsisatdır. Digər tərəfdən, sözügedən kriteriyaya görə, partiya müxtəlif sahələrə yararlı, yüksək səviyyəli kadr potensialı hazırlayan daxili fəaliyyət mexanizminə malikdir. Dolayısıyla, bütün bu xüsusiyyətlərin fonunda Yeni Azərbaycan Partiyası nəzəri-konseptual, proqram-siyasi və aktual-praktik səviyyədə üzvlərinin-təmsil etdiyi qrupların ali maraqlarını yüksək səviyyədə ifadə və təmin etməkdədir;
- Yeni Azərbaycan Partiyası siyasi sistemdəki mövqeyinə müvafiq olaraq leqal və demokratik ictimai-siyasi təsisatdır. Belə ki, partiyanın qatıldığı ümummilli və lokal səciyyəli bütün seçkilərdə rəqibləri ilə sağlam mübarizə aparması faktı sübut edir ki, sözügedən siyasi təsisat legitim fəaliyyət mexanizminə və substratlarına malikdir.
Beləliklə, yuxarıda sadalanan fundamental faktlar və reallıqlar YAP-ın ictimai-siyasi mövqeyini və nüfuzunu gücləndirməkdədir. Sadalananları ümumiləşdirsək, yekun olaraq qeyd edə bilərik ki, xalqın yüksək inamı, etimadı və dəstəyi ilə 20 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası daşıdığı dəyərlərə və səmərəli fəaliyyət mexanizminə görə vətəndaşların siyasi iştirakçılıq və sosiallaşma səviyyəsini artıran, siyasi subyektlərarası inteqrasiya prosesinə xüsusi təkan və töhfə verən, müsbət və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayan aparıcı, avanqard sosial-siyasi təsisatdır.
YAP-ın V Qurultayında bütün bu məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır: “Bizim Partiyamız 20 ildir ki, iqtidardadır. Bir həftədən sonra biz Qurtuluş Gününü qeyd edəcəyik. Qurtuluş Günü müasir Azərbaycan tarixində bir dönüş nöqtəsi idi. Bu 20 il ərzində Partiyamız bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanmışdır. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları Partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər”.
Nəticə etibarilə qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyası siyasi palitranın ən güclü və nüfuzlu ictimai-siyasi təşkilatı olmaq etibarilə vətəndaşların alternativsiz seçimi kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Görülən bütün bu işlər, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır”.
V Qurultayda qəbul edilən qərarlar YAP-ın daha da gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edəcək
Qeyd etmək lazımdır ki, Azərbaycan siyasi tarixinin mühüm əlamətdar hadisəsi olan Yeni Azərbaycan Partiyasının V Qurultayı çərçivəsində qəbul edilən qərarlar və edilən seçimlər partiyanın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edəcək.
Belə ki, partiyanın strukturlarına yeni seçimlərin edilməsi təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla yanaşı, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verəcək.
Xüsusilə vurğulamaq gərəkdir ki, Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətin qorunması sahəsində çoxşaxəli və genişmiqyaslı fəaliyyət göstərən ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın, idmanın inkişafına verdiyi töhfələrə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə Azərbaycan cəmiyyətinin hər bir üzvü tərəfindən təqdir olunan Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini seçilməsi əlamətdar hadisə kimi səciyyələndirilməlidir.
Sirr deyil ki, Mehriban xanım Əliyeva həm də millət vəkili kimi təqdirəlayiq fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə ölkənin siyasi həyatında aktiv iştirak edir. Bu isə Mehriban xanım Əliyevanın milli maraqlar nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edən ictimai-siyasi proseslərin dinamikasına və müasir müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməsini göstərir.
Beləliklə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti həm müstəqil Azərbaycanın tərəqqisi üçün xüsusi əhəmiyyət daşıyır, həm də dünyada gözəl örnək kimi çıxış edir. Danılmaz həqiqətdir ki, dünya təcrübəsində birinci xanımın ictimai, siyasi həyatda, humanitar sahələrdə bu qədər aktiv olması, beynəlxalq miqyasda ölkənin layiqli təmsilçisinə çevrilməsi hallarına az rast gəlmək olar. Bütün bunlar onu göstərir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin müavini seçilməsi partiya və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi istiqamətində mötəbər hadisədir.
YAP öz fəaliyyəti ilə Azərbaycanı müstəqillik ideyaları əsasında parlaq gələcəyə aparan
avanqard qüvvədir
Bir məqama xüsusi diqqət yetirmək gərəkdir ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə Azərbaycanı müstəqillik ideyaları əsasında parlaq gələcəyə aparan avanqard qüvvədir. Yeni Azərbaycan Partiyasının Sədri, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın və hər bir vətəndaşımızın perspektivə optimist əsaslarla irəliləməsini şərtləndirib. Daxili və xarici siyasətin milli maraqlara əsaslanması və tərəqqiyə xidmət etməsi pozitiv ictimai rəy formalaşdırmaqla yanaşı, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin siyasətinin xalqımızın və dövlətimizin alternativsiz seçimi olduğunu sübuta yetirir.
Qurultaydakı çıxışı zamanı bu məsələyə xüsusi diqqət yetirən dövlətimizin başçısı qeyd edib ki, artıq biz “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq: “Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq.
Son on il ərzində Azərbaycanda bütün başqa istiqamətlər üzrə də böyük nailiyyətlər əldə edilmişdir. Bütün bu nailiyyətlərin təməlində Heydər Əliyev siyasətidir, Onun qoyduğu yoldur, Yeni Azərbaycan Partiyasının ölkəmizin aparıcı siyasi qüvvəsi kimi fəallığıdır. İstər sosial məsələlərin həllində, xarici siyasətlə, iqtisadi islahatlarla, daxili siyasətlə bağlı bütün istiqamətlər üzrə böyük inkişaf vardır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır”.
Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan xalqının alternativsiz lideridir
Yeni Azərbaycan Partiyasının V Qurultayı çərçivəsində bir sıra tarixi qərarlar qəbul edilib ki, bu qərarlardan biri də cari ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlıdır. Əlbəttə ki, bu seçim təsadüfi xarakter daşımır və Azərbaycan xalqının ali iradəsinə söykənməklə Prezident İlham Əliyevin uğurlu fəaliyyətinə verilən adekvat qiymətdir.
Sirr deyil ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində Prezident İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində alternativsiz namizəd olduğunu ifadə edirlər.
2013-cü ilin prezident seçkilərində partiyanın Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərar layihəsini təqdim edən YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqının mütləq əksəriyyətinin seçkiqabağı ovqatı bütünlüklə cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənib: “İlham Əliyevin Şəxsində xalqımız Azərbaycanın müasir gücünün və qüdrətinin həlledici ifadəsini görməkdədir. Xalq İlham Əliyevi müasir inkişafın arxitektoru sayır. İnsanlarımız tək bu günümüzü deyil, eyni zamanda, Azərbaycanın gələcəyini Prezident İlham Əliyevin adı ilə bağlayır, Ona güvənir və etibar edir. Onu da vurğulamaq tamamilə yerinə düşər ki, İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi hər şeydən əvvəl vətəndaşlarımızın daxili inamına əsaslanır, xalqın özünə layiqli rəhbər seçmək haqqını ifadə edir və bu səbəbdən yüksək ictimai dəyərə və gücə malikdir”.
Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Prezident İlham Əliyevin liderliyi dövründə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Təxminən, son on il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.
Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.
Beləliklə, təsadüfi deyil ki, Azərbaycan xalqı cənab İlham Əliyevi 2013-cü ildən sonra da özünün Prezidenti kimi görür. Ölkənin 2020-ci il üçün müəyyənləşdirilən İnkişaf Konsepsiyasında qarşıya qoyulan məqsədlər və onların həyata keçirilməsi üçün hazırda mövcud olan möhkəm təməllər doğru seçimin nədən ibarət olmasına şübhə yeri qoymur.
Beləliklə, bütün bu sadalananlar onu göstərir ki, Yeni Azərbaycan Partiyası dünya miqyaslı siyasətçi, xarizmatik lider İlham Əliyevin timsalında və xalqın ali iradəsinin əsasında növbəti möhtəşəm qələbələrə doğru irəliləyir.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

