/ / Bakıda “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir
Bakıda “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir
29.06.2013 [10:01]
İyunun 28-də Bakıda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının on illiyinə həsr olunmuş “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, tədbirdə respublikanın kitabxana işi sahəsində görkəmli mütəxəssisləri və bu işlə əlaqəli bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, on xarici ölkədən - Türkiyə, Belarus, Gürcüstan, Litva, Macarıstan, Moldova, Rumıniya, Rusiya və Ukraynadan nümayəndələr iştirak edirlər.
Qonaqların əksəriyyəti ali dövlət icra və qanunvericilik orqanlarının kitabxana-biblioqrafik və sənəd informasiya təminatı ilə məşğul olan qurumlarının mütəxəssisləridir.
Əvvəlcə tədbir iştirakçıları Prezident Kitabxanasının incəsənət ədəbiyyatı zalında “Əsirlikdə olan mədəni abidələrimiz” mövzusunda fotosərginin və internet zalında “Azərbaycan motivləri” adlı rəsm sərgisinin açılışında iştirak ediblər.
Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov konfransın məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, konfransın məqsədi kitabxananın 2008-ci ildə qeyd edilmiş beşillik yubileyində olduğu kimi, onillik yubileyində də qazanılmış nailiyyətləri ümumiləşdirmək, mütəxəssislərin və alimlərin iştirakı ilə müzakirələr aparmaq, həmkarların təcrübəsini öyrənmək və tətbiq etməkdir. Konfransda dünyanın bir sıra ölkələrində ali dövlət qurumlarının sənədlərlə və biblioqrafik informasiya ilə təmin edilməsinin aktual məsələləri müzakirə olunacaq.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini Oqtay Şahbazov bildirib ki, Prezident Kitabxanası 2003-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunub. Həmin vaxtdan etibarən İşlər İdarəsi dövlətimizin başçısının göstərişləri əsasında Kitabxananın müasir mədəniyyət ocağı və informasiya mərkəzi kimi formalaşması üçün nəzərdə tutulan işlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsini təmin edib.
O.Şahbazov vurğulayıb ki, Prezident İlham Əliyev 2006-cı ildə Kitabxanada olub, onun fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti Kitabxanadan həm də alim və tədqiqatçıların, geniş oxucu kütləsinin istifadə etmələri üçün imkan yaradılmasını tapşırıb. Bütün bunlar dövlətimizin başçısının mədəniyyətin vacib sahəsi kimi kitabxana işinə göstərdiyi xüsusi diqqət və qayğının parlaq nümunəsidir.
Konfransda Prezident Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya “Prezident Kitabxanası - 10 il” mövzusunda təqdimatla çıxış edib.
Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova təmsil etdiyi qurum adından Prezident Kitabxanasının kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.
Sonra Prezident Kitabxanasının məsləhətçisi Tuncay Hüseynzadə kitabxananın saytının yenilənmiş variantını təqdim edib. Saytın üstünlüklərindən danışan T.Hüseynzadə yeni internet resursunun bu gündən istifadəçilərin ixtiyarına verildiyini bildirib.
Rusiyanın Boris Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşininin konfrans iştirakçılarına videomüraciəti səsləndirilib.
Tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun “Milli Kitabxana cəmiyyətin informasiya tələbatının ödənilməsinin əsas mərkəzi kimi”, Rusiyanın Boris Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabkonun “Prezident Kitabxanası və Rusiyanın informasiya landşaftı: inkişaf istiqamətləri”, Belarus Respublikası Prezident Kitabxanası direktorunun müavini Lyudmila Naumovanın “Sənəd-informasiya təminatı sahəsində Belarus Prezident Kitabxanasının iş təcrübəsi”, Türkiyə Böyük Millət Məclisi (TBMM) kitabxana və arxiv xidmətinin rəhbəri Mehmet Toprakın “TBMM-də sənəd və biblioqrafik informasiya xidmətinin aspektləri”, Bakı Dövlət Universitetinin kitabxanaçılıq kafedrasının müdiri, professor Abuzər Xələfovun “Prezident Kitabxanasının yaranması tarixindən” və digər mövzularda məruzələr dinlənilib.
Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Beynəlxalq konfrans iyunun 29-da Prezident və Parlament kitabxanaları rəhbərlərinin müşavirəsi ilə işini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12

