/ / Novruz Məmmədov: Azərbaycan bu gün yüksək intellektual potensiala malik, dünyəvi, çiçəklənən bir ölkədir
Novruz Məmmədov: Azərbaycan bu gün yüksək intellektual potensiala malik, dünyəvi, çiçəklənən bir ölkədir
05.07.2013 [01:45]
Azərbaycan bu gün yüksək intellektual potensiala malik, dünyəvi, çiçəklənən və karbohidrogen ehtiyatları ilə zəngin bir ölkədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən AzərTAc-a bildiriblər ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Londonda keçirilən “Günün siyasi gündəminin formalaşması: Avropa kontekstində Britaniya-Azərbaycan münasibətləri” mövzusunda forumda deyib.
N.Məmmədov qeyd edib ki, Azərbaycan müstəqillik illəri ərzində siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə bir çox nailiyyətlərə imza atıb. Son on ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib, işsizlik 5,2 faizə düşüb. Azərbaycan iqtisadiyyatı Qlobal Rəqabətə Qabiliyyətlilik İndeksinə görə 46-cı yerdədir və hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir.
Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrindən danışan Novruz Məmmədov deyib ki, bu münasibətlər davamlı inkişaf edir. Ötən əsrin sonlarında Azərbaycan ilə bp şirkəti arasında “Əsrin müqaviləsi”nin imzalandığını xatırladan Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, bu gün Britaniyanın onlarla şirkəti Azərbaycanın tikinti, energetika, ticarət, xidmət və digər sektorlarında sərmayəçi və podratçı qismində iştirak edirlər. Bunun ən parlaq nümunəsi energetika sahəsində bp-ARDNŞ əməkdaşlığıdır.
Azərbaycan üçün ən ağır problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması olduğunu deyən Novruz Məmmədov qeyd edib ki, məsələnin həllinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olmasına, digər beynəlxalq təşkilatların və institutların tutduğu ədalətli mövqeyə baxmayaraq, vəziyyət dəyişməmiş və müharibə təhlükəsi hələ də qalmaqdadır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin səyləri münaqişənin nizamlanmasında tərəqqiyə səbəb olmayıb. “Şəxsən mən hesab edirəm ki, proseslərin hazırkı gedişi münaqişənin sülh yolu ilə nizamlanmasına ümidləri azaldır. Həmsədrlərin bəyanatları beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsinə əsaslanmır. Hətta bu məsələ ilə bağlı son vaxtlar verilən bəyanatlar belə müxtəlif beynəlxalq təşkilatların 5-6 il əvvəl qəbul etdikləri müxtəlif sənədlərlə əks olunan məsələlərdən fərqlənir. Bu, müzakirələrin gedişində problemlər yaradır”, - deyə Prezident Administrasiyasının rəsmisi əlavə edib.
Novruz Məmmədov bəzi təşkilatların və hökumət qurumlarının hesabatlarında Azərbaycanda demokratiya və insan haqlarının pozulduğu barədə fikirlərin yer almasına münasibət bildirərək vurğulayıb: “Bununla belə bu hesabatlarda milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulduğu barədə heç nə deyilmir”.
Avropada multikulturalizmin səviyyəsinin aşağı düşdüyü bir vaxtda Azərbaycanda müxtəlif dinlərin təmsilçilərinin sülh və tolerantlıq şəraitində yaşadığını vurğulayan Novruz Məmmədov bildirib ki, Azərbaycan bütün dünya ölkələri, hətta Avropa üçün nümunə ola biləcək ideal və tolerant cəmiyyət qurmağa müvəffəq olub.
N.Məmmədov qeyd edib ki, Azərbaycanda o qədər də əhəmiyyətli olmayan problemlər var. Biz tənqidi normal qəbul edirik. Bununla belə hesab edirik ki, tənqid yanlış və ədalətsiz olmamalıdır. Yalnız ədalətli tənqid müxtəlif təhdid və təhlükələri dəf etməyə imkan verə bilər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

