Azərbaycanda informasiya məkanı “demokratiyanın beşiyi” sayılan ölkələrdən daha azaddır
17.07.2013 [11:10]
Yaxşı olardı ki, ABŞ səfiri öz ölkəsinin informasiya azadlığı sahəsindəki problemlərdən narahatlığını ifadə edəydi
Sirr deyil ki, Azərbaycanın gücü və nüfuzu artdıqca ölkəmizə qarşı informasiya sahəsində təxribatlar da artır. Azərbaycanla bağlı həqiqətləri təhrif etməsi ilə tanınan, ictimai rəyə manipulyativ təsir göstərməyə çalışan, obyektiv jurnalistika prinsipləri ilə bir araya sığmayan, məsələlərə qərəzli yanaşmanın əsiri olan “Azadlıq” radiosu xüsusən seçkiqabağı, yaxud Azərbaycanla bağlı digər əlamətdar dövrlərdə ictimaiyyətin diqqətini cəlb etmək üçün hökumətə ittihamlar irəli sürür. Radio bu dəfə guya peyk yayımında maneələrlə üzləşdiyini iddia edir. Azərbaycanda informasiya məkanının azadlığına dövlət tərəfindən zəmanətin verilməsinə baxmayaraq, bəziləri bu məsələdə manipulyasiya edərək, süni gündəm yaratmağa çalışır. O cümlədən, Azərbaycanda radikal müxalifət partiyalarının nəzarətində olan qəzetlər xüsusi fəallıq göstərirlər. Onlar arasında “Azadlıq” qəzetinin adını çəkmək olar. Çox təəssüf ki, bəzi hallarda ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri də bu kimi lazımsız diskusiyalara qoşulurlar. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da “Azadlıq” radiosu ilə bağlı heç də obyektiv münasibət sərgiləməyərək əsl həqiqətləri təhrif edib. Belə ki, səfir bildirib ki, “Azadlıq” radiosunun bəzi proqramlarının peyk yayımı çətinliklə üzləşib. O, məsələni Azərbaycan hökuməti ilə müzakirə etdiyini və kömək istədiyini deyib.
Reallığa nəzər salsaq, əminliklə deyə bilərik ki, Azərbaycanda informasiya məkanı əksər qabaqcıl, “demokratiyanın beşiyi” sayılan ölkələrdəkindən də azaddır. Belə olduğu halda, Azərbaycan ictimaiyyətinin nümayəndələri belə bir haqlı sual ünvanlayırlar: Görəsən, cənab R.Morninqstar “Azadlıq” radiosu ilə bağlı məsələyə münasibət bildirməzdən öncə öz ölkəsindəki vəziyyəti göz önünə gətiribmi? Son həftələrdə bütün dünyada müzakirə mövzusu olan ABŞ kəşfiyyat xidmətinin əməkdaşı Edvard Snoudenin bu ölkənin vətəndaşlarının telefon danışıqlarının və internet fəaliyyətinin Milli Təhlükəsizlik Agentliyi tərəfindən illərdir gizli şəkildə dinlənilməsi və izlənilməsini ifşa etməsi çox şeydən xəbər vermirmi? Fəaliyyəti gizli izlənilənlər içərisində jurnalistlər də var. Belə ki, “Associated Press”in əməkdaşlarının telefon danışıqlarının dinlənilməsi də məlum olub.
Heç şübhəsiz, bu gün internet azadlığı ölkələrdəki şəffaflığın, informasiya azadlığının ən mühüm göstəricilərindən biridir. Lakin bu sahədə də ABŞ-ın özündə çox ciddi problemlər mövcuddur. Yaxşı olardı ki, səfir öz ölkəsindəki bəzi müstəqil internet saytlarının fəaliyyətinin dayandırılmasından narahatlığını ifadə edəydi. Sosial şəbəkələrdə isə vəziyyət daha ağırdır. Belə ki, ABŞ-da sosial şəbəkələrdəki qrupların qapadılması, “Facebook”da paylaşdıqları fikirlərinə, hakimiyyəti tənqid etdiklərinə görə insanların həbs olunması, müxtəlif təzyiqlərə məruz qalması halları mövcuddur.
Görəsən, Azərbaycandakı radikal müxalifyönlü mətbuat orqanlarının analoquna ABŞ-da rast gəlmək mümkündürmü?
Yeri gəlmişkən, “Azadlıq” qəzeti R.Morninqstarın fikirləri ilə bağlı xəbəri özünəməxsus tərzdə bəzəməyə çalışıb, “Azadlıq” radiosunun ittihamlarına qoşulub. Ümumiyyətlə, “Azadlıq” qəzetinin mövqeyi, amalı Azərbaycan ictimaiyyətinə çoxdan bəllidir. “Azadlıq” o qəzetdir ki, erməni mətbuatı anti-Azərbaycan təbliğatında onun yazılarını dəyişdirmədən, sadəcə tərcümə edərək yayır. “Azadlıq” qəzeti hansı maraqlara qulluq etdiyini dəfələrlə sübuta yetirib və “Azadlıq” radiosu ilə bağlı informasiya təxribatına qoşulmaqla özünün mənfi imicini daha da gücləndirir.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15

