Üçüncü qüvvələr regiondan çıxmalıdır
26.04.2025 [10:51]
EUMA-nın Cənubi Qafqazda fəaliyyətinə son qoyulmalıdır
Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verib. Bu mövqe imzalanan sənədlərdə, diplomatik danışıqlarda və parlamentlərarası münasibətlərdə ardıcıl şəkildə əksini tapıb. Lakin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsindən sonra Avropa İttifaqı institutlarının bəzi Qərb dairələrinin təsiri altına düşərək Azərbaycanın əleyhinə yönəlmiş hibrid təhdid alətinə çevrilməsi narahatlıq doğurur.
Milli Məclisin komissiyası ciddi faktlar təqdim edib
Bu məsələ Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının aprelin 24-də “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirdiyi ictimai müzakirələrdə də diqqət mərkəzində olub. Komissiyanın qənaətinə görə, Azərbaycana qarşı həyata keçirilən hibrid hücumlarda istifadə olunan əsas alətlərdən biri Avropa Parlamenti və Fransa kimi Avropa İttifaqına üzv ölkələrin parlamentlərində aparılan anti-Azərbaycan məzmunlu müzakirələr, dinləmələr, hazırlanan və ya qəbul edilən qətnamələrdirsə, digər mühüm vasitə isə Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” (EUMA) vasitəsilə yönəldilən həmlələrdir. Komissiyasının sədri, deputat Ramid Namazov deyib ki, Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında EUMA-nın statusu ilə bağlı 2023-cü il dekabrın 8-də imzalanan razılaşma sənədinin 5-ci və 6-cı maddələrində missiyaya, onun əməkdaşlarına verilən imtiyazlardan və immunitetlərdən söz açılır. Məlum olur ki, missiyaya aid obyektlərdən tutmuş sənədlərə kimi hər bir şey toxunulmaz hesab edilir. Ermənistanın hüquq-mühafizə və ya xüsusi xidmət orqanlarının onlara qarşı hər hansı bir hərəkəti qadağan olunur. Sənədin 4-cü maddəsinin 6-cı bəndində göstərilir ki, EUMA personalı etibarlı milli, beynəlxalq sürücülük və ya pilot vəsiqəsi olduğu təqdirdə, bu ölkənin daxilində nəqliyyat vasitəsi sürə və hava nəqliyyatı vasitəsini idarə edə bilər.
EUMA erməni pilotlara təlim keçir?
7-ci bəndə görə isə EUMA və personalı istifadələrində olan nəqliyyat vasitələri, avadanlıqlar və ləvazimatlar ilə Ermənistan ərazisində, o cümlədən onun hava məkanında sərbəst və məhdudiyyətsiz hərəkət edə bilirlər. 8-ci bəndə gəlincə, EUMA personalına öz fəaliyyətləri ilə bağlı heç bir rüsum, vergi və ya digər ödənişlər etmədən yollardan, körpülərdən və hava limanlarından istifadə etmək hüququ verilir. Razılaşmadan belə anlaşılır ki, EUMA personalı Ermənistan ərazisində təyyarə və ya helikopteri (bunlar hərbi məqsədlər üçün də ola bilər) istədikləri vaxt maneəsiz idarə etmək səlahiyyətinə malikdir. Prinsip etibarilə bu, EUMA-ya erməni pilotlara həm təlim keçməyə, həm də özlərinin hərbi əməliyyatlarda iştirakına imkan verir.
R.Namazov bildirib ki, razılaşmaya əsasən, missiyanın əməkdaşları heç bir halda həbs oluna və ya saxlanıla bilməz, Ermənistanın cinayət yurisdiksiyasından bütün hallarda toxunulmazlığa malikdirlər. Eyni zamanda, onlar fəaliyyətləri ilə bağlı dedikləri və ya yazdıqları fikirlərə görə mülki və inzibati məsuliyyətdən azad olunurlar, şahid qismində ifadə vermək məcburiyyətində deyillər. Ermənistan ərazisində onlar barəsində cinayət hüquqi və intizam tədbirlərini yalnız vətəndaşı olduqları ölkənin müvafiq qurumları həyata keçirə bilər. Sənədin 11-ci maddəsində göstərilir ki, Ermənistan rəsmiləri EUMA və personalı ilə tam əməkdaşlıq etməli, onları dəstəkləməlidirlər. Onlara istənildiyi və ya zəruri hallarda lazım olan obyektlərə, ərazilərə və rəsmi nəqliyyat vasitələrinə, habelə sənədlərə, materiallara və məlumatlara effektiv girişi təmin etməlidirlər. On üçüncü maddəyə görə isə vəfat etmiş EUMA əməkdaşının ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə onun meyitinin göndərən ölkənin razılığı, EUMA və ya həmin ölkənin nümayəndəsinin iştirakı olmadan yarılması qadağandır. “Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının qənaətinə görə, Missiya və əməkdaşlarına bu cür imtiyaz və immunitetin verilməsi onlara Ermənistan daxilində kəşfiyyat və casus fəaliyyəti ilə rahat məşğul olmaları üçün əlavə şərait yaradır. Bu toxunulmazlıq hüququ EUMA əməkdaşına məsuliyyətə cəlb olunmadan ölkəni tərk etmək imkanı verir”, - deyə Ramid Namazov əlavə edib.
Aİ missiyasının hərbi-kəşfiyyat qrupu olduğu ifşa edildi
Beləliklə, parlament komissiyasının araşdırmaları göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyasi - EUMA, “sülh və etimad quruculuğu” adı altında faktiki olaraq bölgədə kəşfiyyat xarakterli fəaliyyətlər həyata keçirir. Missiyanın sərhədin Ermənistan tərəfində müşahidəçi funksiyasını aşaraq, hərbi infrastruktur və istehkamların qurulmasında iştirak etdiyi, həmçinin “müşahidəçilərin” Azərbaycan ərazilərinə yönəlik casusluq fəaliyyəti apardığına dair kifayət qədər əsaslı sübutlar mövcuddur. Fransa tərəfindən Ermənistana hücum silahlarının verilməsi və ölkənin gələcəkdə beynəlxalq hərbi əməliyyatlara, o cümlədən Avropa İttifaqı tərəfindən aparılacaq missiyalara hazırlanması, Cənubi Qafqazda və ümumilikdə regionda yeni münaqişələrin başlama ehtimalını artırır. Komissiya belə qənaətə gəlir ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistan xarici təsirləri və üçüncü qüvvələrin müdaxiləsini dayandırmalı, konstruktiv və səmimi yanaşma sərgiləməlidir. Bütün bu faktlar Azəbaycanın Aİ missiyası ilə bağlı haqlı narahatlığını bir daha təsdiqləyir. Ona görə də, bu missiyanın fəaliyyətinə son qoyulmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35

