Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır
22.08.2013 [12:13]
Prezident İlham Əliyev: Bütün bölgələrdə, bütün rayonlarda çox ciddi inkişaf gedir, canlanma, çox gözəl əhval-ruhiyyə vardır. Quruculuq-abadlıq işləri üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır
Hazırda Azərbaycan dünyada sürətli inkişaf tempinə malik olan ölkələrdən biridir. Ölkənin artan ümumi iqtisadi göstəriciləri arasında qeyri-neft sektorunun payı artmaqda davam edir. Məhz neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son 2 ildə qeyri-enerji sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların milli maraqlarla uzlaşdırılmasına nail olmasındadır. Ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub.
Məlum olduğu kimi, Prezident kimi fəaliyyətə başladığı vaxtdan regionların inkişafı dövlət başçısının Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bir sözlə, regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir. Bütövlükdə, demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 10 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik tam modernləşən dövlətə çevrilib.
İyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bir daha bəyan edib ki, regional inkişaf üzrə ikinci dövlət proqramı bu il başa çatır: “Bu gün artıq demək olar ki, bu proqram da artıqlaması ilə icra edilir. Elə etməliyik ki, ilin sonuna qədər bu proqram tam icra edilsin. Bu proqramların qəbul edilməsi nəticəsində hesab edirəm ki, biz böyük nailiyyətlərə imza atdıq. Bütün görüləcək işlər bu proqramlarda çox dəqiq qaydada göstərilmişdir. Əlbəttə ki, ölkəmizin inkişafı ilə bağlı çox konkret planlarımız vardır. Mən bu planlar haqqında vaxtaşırı öz fikirlərimi bildirirəm. Ancaq bütün bu planları, görüləcək bütün işləri vahid proqramda əks etdirmək, əlbəttə ki, bizim işimizi asanlaşdırdı və eyni zamanda, proqramın icrasına nəzarəti gücləndirdi. Ona görə hesab edirəm ki, bu ilin sonuna qədər bu proqram tam şəkildə icra edilməlidir”.
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında da həlledici dönüş yaradıb.
Regionların inkişafı isə bütövlükdə respublikanın ümumi inkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Məqsəd isə Azərbaycanı inkişaf edən ölkələrdən birinə çevirməkdədir. Gələcəkdə də Azərbaycanda uğurlu, dayanıqlı inkişafı təmin etmək üçün yeni proqramların hazırlanması və mövcud problemlərin həlli əsas hədəfdir. Statistik göstəricilərə görə, 2013-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 5 faiz, yaxud müqayisəli qiymətlərlə 1,3 milyard manat artaraq 27,2 milyard manata çatıb. ÜDM-nin 63,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 48,6 faizi sənayedə, 10,9 faizi inşaat kompleksində, 4,4 faizi kənd təsərrüfatında yaradılıb. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 10,9 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb. Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 16,9 milyard manatlıq sənaye məhsulu istehsal edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,9 faiz artdığı halda, neft sektorunda 0,3 faiz azalıb.
Vurğulamaq yerinə düşər ki, dövlət başçısı ötən illərdə bütün rayonlara səfər edərək görülən işlərlə yaxından tanış olub, müxtəlif infrastruktur və sosial obyektlərin açılışında iştirak edib. Dövlət başçısı regionların sosial-iqtisadi inkişafına aid iki Dövlət Proqramını həyata keçirmək üçün regionlara 9 il yarımda 284 dəfə səfər edib, 860-dan artıq əsas tədbirdə iştirak edib. 560-dan artıq respublika əhəmiyyətli sənaye müəssisəsinin, obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən Prezidentimiz İlham Əliyev Özü iştirak edib. Məhz dövlət başçısının sistemli və davamlı xarakter alan bu səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir.
Qeyd olunan iclasda çıxışı zamanı dövlət başçısı bildirib ki, regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır: “Regionlara Mənim mütəmadi səfərlərim imkan verir ki, vəziyyətlə yerində tanış olum və müvafiq göstərişlər verim. Deyə bilərəm ki, bütün bölgələrdə, bütün rayonlarda çox ciddi inkişaf gedir, canlanma, çox gözəl əhval-ruhiyyə vardır. Quruculuq-abadlıq işləri üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır”.
Əlavə edək ki, cari ilin iyul və avqust ayının əvvəllərində dövlət başçısı Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, işsizliyin səviyyəsinin azaldılması Dövlət Proqramında əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Heç şübhəsiz, regionların sosial-iqtisadi inkişafının göstəriciləri sırasında ən mühümü yoxsulluğun azalmasıdır. Çünki yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Beləliklə, regionların sosial-iqtisadi inkişafını əsaslandıran dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrdə işsizlik demək olar ki, aradan qaldırılır. Bütövlükdə bu ilin əvvəlində işsizliyin səviyyəsi beş faizdən bir qədər çox idi. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxdığını nəzərə alsaq, 5 faiz səviyyəsində işsizliyin müşahidə olunması istənilən ölkə üçün arzu olunan rəqəmdir.
SEVINC
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

