Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında olublar

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında olublar

30.08.2013 [09:45]

Avqustun 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və missiyanın üzvləri Mərkəzi Seçki Komissiyasında (MSK) olublar.
MSK-dan AzərTAc-a bildiriblər ki, Komissiyanın sədri Məzahir Pənahov görüşdə müşahidə missiyasını Azərbaycanda görməkdən məmnunluq duyduğunu bildirib və seçkilərin nəticələrinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verdiyini söyləyib.
Tana de Zulueta səmimi qəbula görə təşəkkürünü bildirib və qeyd edib ki, həm seçkiqabağı vəziyyətin, həm də səsvermə gününün müşahidəsini aparacaqlar. O, oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə MSK sədrinin ətraflı məlumat verməsini xahiş edib, Komissiyanın maarifləndirmə proqramı, Azərbaycanda müşahidəçiliyin prinsipləri və digər məsələlər barədə suallar verib.
M.Pənahov seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı Komissiyanın fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 1213 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30