Lazım gəldikdə hücuma keçməyi bacaran Azərbaycan mediası
23.07.2025 [12:23]
Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində azad Xankəndidə keçirillən III Şuşa Qlobal Media Forumu üçün “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunun seçilməsi heç də təsadüfi deyil. Yaşadığımız Dördüncü sənaye inqilabı dövrü sürətli transformasiyaları zərurətə çevirib. 150 illik milli mətbuatımız da bu transformasiyalardan kənarda qala bilməz. Milli mətbuatımızın fəaliyyəti ölkəmizin sürətli inkişafına adekvatlıq təşkil etməlidir.
İlk milli mətbuat qaranquşu
Forumda sualları cavablandıran Prezident İlham Əliyev mediamızın doğrudan böyük inkişaf yolu keçdiyinə xüsusi vurğu edib. Mediamız bugünkü yüksək səviyyəyə çatanadək bir sıra mərhələlərdən keçib. İlk mətbuat qaranquşumuz olan “Əkinçi” qəzeti 1875-ci ilin iyulunda mürəkkəb ictimai-siyasi şəraitdə işıq üzü görüb. Çox doğru olaraq “Əkinçi”nin nəşrə başlaması həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı kimi dəyərləndirlir. Azərbaycan dilində bu nəşrin işıq üzü görməsi, sözün əsl mənasında, böyük bir hadisə idi. O dövrdə azərbaycanlılar digər xalqlarla müqayisədə təhsildə, maarifçilik ideyalarında geri qalırdılar. Bu da milli ruhlu təəssübkeş ziyalılarımızı ciddi narahat edirdi və onlar boşluğu doldurmaq üçün yollar axtarırdılar. XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Bu qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun başlatdığı bu maarifçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər.
1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Bütün maneələrə baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz mütərəqqi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bildilər. Fəaliyyəti dayandırılan “Əkinçi”dən sonra isə “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və digər nəşrlər araya-ərsəyə gəldilər.
Milli mətbuatımızın müasir inkişaf mərhələsinin əsası Heydər Əliyev tərəfindən qoyulub
Bu gün özünəməxsus cəhətləri ilə fərqlənən milli mətbuatımızın müasir inkişaf mərhələsinin əsası isə böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirir, onu, sadəcə, informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi. Xatırladaq ki, Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda Azərbaycan dilli mətbuatın inkişafını həmişə diqqət mərkəzində saxlamışdı. Məhz Onun qayğısı sayəsində 1969-1982-ci illərdə Azərbaycanda yüksək peşəkarlığa malik jurnalistlər pleyadası formalaşmışdı. Heydər Əliyev həmin dövrdə vaxtaşırı respublikamızda nəşr olunan qəzet və jurnalların kollektivləri ilə görüşür, jurnalistlərə öz tövsiyələrini verir, onları Azərbaycan dilinin incəliklərini qorumağa, zəngin mədəniyyətimizi təbliğ etməyə çağırırdı. Bəhs olunan illərdə respublika rəhbərliyinin KİV təmsilçilərinə qayğısı da çoxşaxəli idi.
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə milli mətbuatımıza qayğı siyasətini yeni səviyyədə davam etdirib. Prezident Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. Digər çoxsaylı faktları da sadalamaq mümkündür. Mətbuat təmsilçiləri də Ulu Öndərin hərtərəfli diqqət və qayğına cavab olaraq Onu “Jurnalistlərin dostu” seçiblər.
Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması media sektorunda fundamental dəyişikliklərə zəmin yaratdı. Bu qurumun təsis olunması milli mətbuatın inkişafını sürətləndirmək, media resurslarının səmərəli idarə olunmasını təmin etmək və peşəkar jurnalistikaya dəstək vermək baxımından böyük önəm daşıyır.
Aktual mövzuların müzakirə platforması
Artıq ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumu aktual mövzuların müzakirəsi üçün əlverişli mühit yaradır. Forum çərçivəsində təşkil edilən panel iclasları, diskussiyalar və əməkdaşlıq imkanları media peşəkarlarının biliklərini artırmaqla yanaşı, beynəlxalq tərəfdaşlığın qurulmasına da zəmin yaradır. Azərbaycanın dövlət media siyasətinin əsas prioritetlərindən biri olan informasiya şəffaflığı və milli maraqların qorunması bu tədbirlər vasitəsilə daha aydın görünür.
Forumun nüfuzu ildən-ilə artır. Dünya mediasının bu platformaya artan marağı və fəal iştirakı Azərbaycanın informasiya məkanında sabit və prinsipial mövqeyinin göstəricisidir.
Dövlətimizin başçısı İlham Əliyev hər il Forumun açılış mərasimində şəxsən iştirak edir və dünyanın tanınmış media nümayəndələrinin, jurnalistlərin suallarını çox geniş şəkildə cavablandırır. Bu cavablar Prezidentin medianın cəmiyyətdəki rolu, məsuliyyəti ilə bağlı prinsipial və aydın baxışlarını əks etdirir. Bu dəfəki Forumda dövlətimizin başçısı Azərbaycan mediasının dövlət maraqlarını qorumağa qadir olmasından xüsusi məmnunluğunu ifadə edib. Həqiqətən də milli mətbuatımız Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar qazanıb. Etiraf edək ki, bir sıra hallarda transmilli mediada ölkəmizə qarşı əsassız hücumlar edilir, ölkəmizin reallıqları məqsədli şəkildə təhrif olunur, bizə qarşı “qara piar” kampaniyaları aparılır. Forumda da vurğulandığı kimi, yaxşı haldır ki, mediamız belə hallara qarşı həssas yanaşma sərgiləyir, hətta lazım gəldikdə hücuma keçməyi də bacarır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

