Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə XİN: Vaşinqtonda atılan addım regional sülh baxımından son dərəcə mühümdür

Türkiyə XİN: Vaşinqtonda atılan addım regional sülh baxımından son dərəcə mühümdür

09.08.2025 [09:01]

Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi və bu çərçivədə avqustun 8-də Vaşinqtonda ifadə edilən iradəni məmnunluqla qarşılayırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

Beynəlxalq münaqişə və böhranların getdikcə artdığı bir dövrdə atılan bu addımı regional sülh və sabitliyin təmin olunması baxımından son dərəcə mühüm bir hadisə kimi dəyərləndirən Türkiyə XİN ABŞ Administrasiyasının prosesə verdiyi töhfələri yüksək qiymətləndirib.

“Cənubi Qafqazın sülh və rifaha çatması istiqamətində tarixi bir fürsət əldə olunub. Türkiyə olaraq, bu fürsətin reallaşdırılması üçün göstərilən səylərə töhfə verməyə davam edəcək və Can Azərbaycanın fədakarlıqla davam etdirdiyi səyləri dəstəkləyəcəyik” - deyə açıqlamada bildirilib.

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30