İstedadlı rəssam Aida Mahmudovanın Bakıda “Daxili sakitlik” adlı fərdi sərgisi açılıb
21.09.2013 [10:12]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib
“Kiçik QalArt” sərgi salonunda istedadlı rəssam Aida Mahmudovanın “Daxili sakitlik” adlı fərdi sərgisi açılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.
“Daxili Sakitlik” sərgisi insan yaddaşı və həsrətin təbiəti haqqında düşüncələrdir. Gənc rəssam öz yaradıcılığında hansısa müəyyən məkana bağlılıqdan daha çox həmin məkanla əlaqəli xatirələri qabardan Vətən həsrəti mövzusunu araşdırır. Əsərlərin müəllifi yaddaşla itirilmiş zəmanənin qəlpələri arasında incə rabitəni aşkar edir. Onun əsərlərində təsvir olunan tarix həyat anlarından, bir-biri ilə əlaqəli olmayan, yalnız fərdi emosional iztirablar və fövqəladə qavrama vasitəsilə duyulan fraqmentlərdən ibarətdir. Rəssamın baxışlarına əsasən həyatın nəhəng şəkilində fərdə məxsus olan ünsürlər sezilir, onun ərsəyə gətirdiyi əsərlər yaddaşın təkamül yolunu izləyir, xatirələrin canlandırılmasının tayı-bərabəri olmayan təcrübəni tamaşaçılara anladır.
Tanınmış ictimai-siyasi xadimlərin, incəsənət təmsilçilərinin iştirak etdikləri mərasimi açan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov rəssam Aida Mahmudovanın yaradıcılıq axtarışlarını yüksək qiymətləndirib.
Bildirib ki, bu sərgidə iştirak etmək olduqca xoşdur: “Mən Aida Mahmudovanın yaradıcılığını ilk sərgilərindən izləməyə başlamışam. Bu gün təqdim etdiyi sərgi A.Mahmudovanın qısa müddətdə püxtələşməsindən, özünəməxsus yaradıcılıq axtarışlarından xəbər verir”.
Aida Mahmudovanın əsl rəssam həyatı yaşadığını söyləyən F.Xəlilov onun yaratdıqlarının daxildən gəlməsini böyük sənət uğuru kimi dəyərləndirib. Bu, əsl sənətkarlara xas olan bir cəhətdir: “Əgər sən daxildən gələn, ürəyinə yol tapan mövzuları fırçanın dili ilə tamaşaçıya çatdıra bilirsənsə, onda sənin yaradıcılığın əbədiyaşardır, ölməzdir”.
F.Xəlilov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yaradıcı gənclərə, o cümlədən rəssamlara göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri istedadlı rəssam Aida Mahmudovaya yeni yaradıcılıq uğurları arzulayıb.
Sərginin adının insanda xoş duyğular yaratdığını söyləyən Xalq Rəssamı Fuad Salayev deyib ki, bu sərgi insana daxili bir sakitlik gətirir. Bunun özündə də bir harmoniya var. Sərgi və burada nümayiş olunan rəsmlər bir daha göstərir ki, hər şey vəhdətdədir, bir-birini tamamlayır.
Fuad Salayev bildirib ki, burada nümayiş olunan Bakının və Abşeronun köhnə vaxtları gənc rəssamın müasir sənət baxışları ilə elə yüksək səviyyədə təqdim edilir ki, insan bundan zövq almaya bilmir: “Çox şadam ki, bu qalereyada, köhnə Bakıda gözəl bir sərgi ilə tanış oldum”.
Gənc rəssama uğurlar arzulayan F.Salayev deyib ki, o, bundan sonra da sənətsevərləri yeni əsərləri ilə sevindirəcək.
Rəssam Aida Mahmudova çıxış edərək tədbirə gələn qonaqlara, ona bu işdə yardımçı olanlara minnətdarlığını bildirib.
Sonra qonaqlar “Daxili sakitlik” adlı sərgi ilə tanış olublar.
Gənc rəssamın işlərində əsas yer solğun çalarlara məxsusdur. Onun ərsəyə gətirdiyi əsərlərdə köhnə Bakıda və Abşeron yarımadasında yerləşən real və təsəvvür edilən yerlər sanki xəfif pərdəyə bürünüb. Vahid kompozisiya məhz keçmiş həyatın unudulmuş anları hesabına formalaşır.
İstedadlı fırça ustası yaratdığı əsərlər vasitəsilə qeybə çəkilən xatirələri həyata qaytarmağa çalışır. Onun vizual düşüncələri bizi fəza və zaman cəngəlliklərinə qərq edir. Belə bədii retrospeksiyalar Aida Mahmudovanın doğma diyarı olan Azərbaycana xasdır, lakin onun xaricdə yaşadığı təcrübə sayəsində bu üslub yeni formada səslənir.
Yüksək texnologiyaların inkişafı və ümumbəşəri urbanizasiya, habelə kütləvi qloballaşma və miqrasiya dövründə fəaliyyət göstərən rəssam bizim nəzərimizə çatdırmaq istəyir ki, Vətən həsrəti anlayışı artıq xəritədə göstərilən ayrıca məkana və ya kontekstə şamil oluna bilməz, bu hiss qoxuların, səslərin və hissiyyatların, keçmişin qəlpələrini təmsil etdiyi cismani iztirabların bütöv mücəssəməsini təşkil etməkdədir.
Qonaqlar sərgidəki əsərlərlə böyük maraqla tanış olublar.
Sərgi oktyabrın 21-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11

