/ / “Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans keçirilib
“Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans keçirilib
03.10.2013 [10:16]
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan konfransa ölkənin aparıcı qəzetlərinin, informasiya agentliklərinin rəhbərləri, televiziya nümayəndələri, həmçinin, hüquqşünaslar və MSK təmsilçiləri qatılıblar.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbirin əhəmiyyətindən bəhs edərək, burada əsas məqsədin jurnalistlərə seçki prosesində öz fəaliyyət istiqamətləri və hüquqlarını bir daha yada salmaq və maarifləndirmə işi aparmaqdan ibarət olduğunu söyləyib. V.Səfərli bildirib ki, prezident seçkilərində jurnalistlərin üzərinə seçkilərdə müşahidə aparmaq və ictimaiyyətə düzgün məlumatlar çatdırmaq kimi məsuliyyətli bir vəzifə düşür. Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə məlumatların ölkə cəmiyyəti və beynəlxalq ictimaiyyətə intensiv şəkildə çatdırılmasında jurnalistlərin rolu əvəzsizdir.
Çıxış edən MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycan o xalqlardandır ki, öz müqəddəratını özü həll edir: “Hakimiyyətin idarə olunmasından danışdıqda, seçkilərin keçirilməsinə xüsusi baxmaq lazımdır. Bu prosesin şəffaf keçirilməsindən danışanda, prosesi KİV-siz təsəvvür etmək mümkün deyil. KİV-lərin bu prosesdə rolu əvəzsizdir. Çünki KİV bu prosesin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında birbaşa rol oynayan institutdur. Ancaq jurnalistlər bu prosesi işıqlandırarkən öz məsuliyyətlərini, davranışlarını, eyni zamanda, hüquqlarını unutmamalıdırlar. Mən inanıram ki, konfransda seçki prosesində jurnalistlərin hüquq və fəaliyyətləri ilə bağlı qeyd edilən məqamlar KİV nümayəndələri tərəfindən diqqətdə saxlanılacaq”.
O qeyd edib ki, Azərbaycan seçkilərin beynəlxalq standartlara uyğun və şəffaf şəkildə keçirilməsi üçün öhdəsinə düşən bütün işləri görür. N.Məmmədov vurğulayıb ki, seçki prosesində KİV-in də iştirakı vacib məsələdir, çünki seçkilərin şəffaf keçirilməsində jurnalistlərin də üzərinə müəyyən vəzifələr düşür.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə jurnalistlərin seçkilərdə iştirakının aktual olduğunu qeyd edərək seçki prosesinin KİV-də işıqlandırılması ilə bağlı monitorinq keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, seçki günü Mətbuat Şurası özünün “qaynar xətti”ni yaradacaq və ölkənin bütün regionlarından jurnalistlər, qarşılaşdıqları problemlərlə bağlı həmin “qaynar xətt”ə zəng edə biləcəklər. Ə.Amaşov bildirib ki, seçkilərlə bağlı mətbuatda gedən yazıları, seçkilər-polis-jurnalist münasibətlərini müşahidə etmək üçün monitorinq qrupu yaradılıb. Mətbuat Şurasının sədri əlavə edib ki, bu günə qədər Mətbuat Şurasına jurnalistlər tərəfindən prezidentliyə namizədlərlə bağlı ictimaiyyətdə “qara piar”ın aparılması ilə bağlı hər hansı bir şikayət daxil olmayıb.
MSK üzvü Azər Tağıyev isə “Jurnalistlər tərəfindən seçki prosesində müşahidə aparılmasının hüquqi əsasları” ilə bağlı məruzəsində bildirib ki, seçki prosesi zamanı səlahiyyətli orqanlar jurnalistləri maraqlandıran məsələlərə dərhal münasibət bildirməlidir. Jurnalist müşahidə zamanı qanun pozuntusu aşkar edərsə, Komissiyaya məlumat vermək hüququna malikdir: “Müşahidəçilər kimi jurnalistlərin də yardımı bizim üçün vacibdir. Müşahidəçilərin hüquqları seçki qanunvericiliyində daha genişdir. Ona görə də, jurnalistlər tərəfindən seçki prosesində qanun pozuntusu aşkar edilərsə, onlara bu qanun pozuntuları ilə bağlı səlahiyyətli orqanlara müraciət etməyə də icazə verilir. Qanun pozuntusu varsa, ona dərhal münasibət bildirilir. Jurnalist bu qanun pozuntusu barədə müşahidəçiyə də məlumat verə bilər. Qanunların hər birində məlumatı alma qaydaları, bunun müddəti müəyyən edilib. Amma seçki prosesində KİV nümayəndəsi məlumatı dərhal almaq hüququna malikdir”.
Hüquqşünas Aydın Kərimov isə “Demokratik cəmiyyətdə KİV-lərin seçki müşahidəçiliyinin əhəmiyyəti” mövzusunda çıxış edib. O, jurnalistlərin seçki prosesində əsas müşahidəçilərdən olduğunu xatırladıb. Bu prosesi hüquqi nöqteyi-nəzərdən birbaşa izləmək və informasiya yaymağın məhz jurnalistlərin imkanları daxilində olduğunu vurğulayıb.
Daha sonra konfrans çərçivəsində mövzu ilə bağlı müzakirələr aparılıb. KİVDF-nin maliyyə yardımı ilə həyata keçirilən “Jurnalistlərin seçki müşahidəçiliyi vərdişlərinin artırılmasına yardım” layihəsi çərçivəsində nəşr olunan “Seçki prosesində fəaliyyət göstərən jurnalistlər üçün bələdçi” kitabçasının əhəmiyyətindən də geniş bəhs olunub. Konfrans diskussiyalarla davam etdirilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37

