“Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik”
23.10.2025 [10:56]
Bu mövzuda elmi-praktik konfrans keçirilib
Oktyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda parlamentin komitə sədrləri və deputatlar, hökumət nümayəndələri, iqtisadi qurumların rəhbərləri, elmi-tədqiqat institutlarının təmsilçiləri və mütəxəssislər iştirak ediblər. Tədbirdə dövlət suverenliyinin iqtisadi dayaqlarının gücləndirilməsi, milli iqtisadi təhlükəsizliyin təmin olunması və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi yolları müzakirə olunur. Çıxış edənlər Azərbaycanın son illərdə iqtisadi sahədə qazandığı nailiyyətlərdən və gələcək hədəflərdən danışıblar.
Son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şanlı Ordumuzun rəşadəti və qəhrəman hərbçilərimizin fədakarlığı sayəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Suverenliyin təmin edilməsi ölkəmizdə yeni reallıqlar yaradıb və bu mərhələdə dövlət suverenliyinin iqtisadi əsaslarının möhkəmləndirilməsi əsas strateji prioritetlərdən birinə çevrilib. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti iqtisadi müstəqilliyi daha da dərinləşdirir və milli maraqlara əsaslanan iqtisadi modelin qurulmasına şərait yaradır. Azərbaycan bu gün iqtisadi quruculuq sahəsində böyük uğurlar qazanmış, postkonflikt dövründə ən mükəmməl və çevik inkişaf modeli təqdim etmiş ölkələrdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz regionda güclü iqtisadi dayaqlara sahib, davamlı və dayanıqlı inkişaf edən dövlətə çevrilib.
A.Əmiraslanov qeyd edib ki, dövlət suverenliyi təkcə ərazi bütövlüyü ilə deyil, həm də daxili və xarici siyasətin müstəqil şəkildə həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın keçdiyi tarixi yol bu baxımdan mühüm nümunədir. Bu gün ölkəmiz qarşısında duran əsas vəzifələrdən biri iqtisadi suverenliyin daha da möhkəmləndirilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması və milli iqtisadiyyatın qlobal çağırışlara uyğun şəkildə inkişaf etdirilməsidir”.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyat? 3,8 dəfə, qeyri-neft sektoru isə 3,7 dəfə artıb: “2003-cü ildə yoxsulluq səviyyəsi 44,7 faiz, işsizlik səviyyəsi 9,2 faiz təşkil etdiyi halda, həyata keçirilmiş təbirlər nəticəsində 2024-cü ildə həm yoxsulluq, həm işsizlik səviyyəsi 5,3 faizə enib.
Son 20 ildə müdafiə xərclərinə 58 milyard manat vəsait yönəldilib
Maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, son illərdə ölkənin maliyyə imkanlarının artması fonunda müdafiə xərclərində də ciddi artım müşahidə olunub. 2005-2025-ci illərdə dövlət büdcəsindən müdafiə xərclərinə 58 milyard manat vəsait yönəldilib. Bu xərclər ordumuzun qüdrətini gücləndirib.
Həmin göstəricilər dövlətimizin təhlükəsizliyə və hərbi potensialın gücləndirilməsinə verdiyi prioritetin bariz ifadəsidir. Ayrılan vəsaitlər Silahlı Qüvvələrin maddi-texniki bazasının müasirləşdirilməsinə, hərbi infrastrukturun qurulmasına və ordu heyətinin sosial təminatının yaxşılaşdırılmasına yönəldilib.
Nazir müavini bildirib ki, maliyyə resurslarının düzgün və strateji istiqamətlər üzrə yönləndirilməsi nəticəsində ölkənin müdafiə sektoru ciddi şəkildə modernləşdirilib. “Bu isə 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsi və ərazi bütövlüyünün bərpa olunmasında mühüm rol oynayıb. Dövlətin iqtisadi suverenliyi yalnız daxili maliyyə sabitliyi ilə deyil, həm də təhlükəsizlik sektorunun dayanıqlılığı ilə ölçülür. Müdafiə xərclərinə ardıcıl və məqsədyönlü şəkildə yatırılan investisiyalar bu istiqamətdə atılmış ən önəmli addımlardan biridir”.
A.Bayramov əlavə edib ki, dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri üzrə siyasət bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək və ölkənin hərbi-siyasi gücünün daha da möhkəmləndirilməsinə töhfə verəcək.
Neft Fondunun investisiya gəlirləri 15 milyard dolları ötüb
Dövlət Neft Fondunun (DNF) icraçı direktorunun müavini Bəhruz Bəhramov qeyd edib ki, son on il ərzində Fondun investisiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər 15 milyard dollardan artıq olub. Hazırda fondun ümumi aktivləri 70 milyard dolları ötüb. Onun sözlərinə görə, ARDNF-nin vəsaitləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 90 faizinə bərabərdir və bu göstərici dövlət borcunun 13 mislini üstələyir. Fondun sabit və davamlı investisiya siyasəti ölkənin maliyyə sabitliyinin qorunmasında mühüm rol oynayır.
B.Bəhramov vurğulayıb ki, 270 milyon ABŞ dolları ilə fəaliyyətə başlayan Dövlət Neft Fondunun aktivləri bu gün 70 milyard ABŞ dollarını keçib və aktivlər ÜDM-in 90 faizindən çoxdur. Bu resurs xarici dövlət borcunu 13 dəfə üstələyir.
Azərbaycan Orta Dəhlizin əsas hərəkətverici qüvvəsinə çevrilib
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, nəqliyyat və logistika sektoru Azərbaycanın milli iqtisadiyyatında strateji əhəmiyyət kəsb edir və ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsində həlledici rola malikdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi regionlararası nəqliyyat əlaqələrinin inkişafında unikal üstünlüklər yaradır. Bu gün Azərbaycan Orta Dəhlizin əsas hərəkətverici qüvvəsinə çevrilib. “Orta Dəhlizin harada başlayıb harada bitməsindən asılı olmayaraq, Azərbaycan onun əsas sütunlarından biridir. Bununla yanaşı, Şimal-Cənub və digər beynəlxalq dəhlizlərə artan maraq ölkəmizin tranzit imkanlarını və beynəlxalq inteqrasiyasını daha da gücləndirir. Nəqliyyat infrastrukturuna yönəlmiş strateji layihələr həm iqtisadi müstəqilliyin dərinləşməsinə, həm də sosial rifahın yaxşılaşmasına xidmət edir. Son illər bu sahədə həyata keçirilən tədbirlər nəticəsində məşğulluq səviyyəsi artıb, orta aylıq əməkhaqqı 13 faizdən çox yüksəlib. Bu da sektorda dayanıqlı inkişafın göstəricisidir”.
Nazir müavini onu da əlavə edib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri yeni nəqliyyat şəbəkələrinin formalaşmasına və iqtisadi suverenliyin daha geniş coğrafiyada tətbiqinə şərait yaradır: “Zəngəzur dəhlizinin yaradılması və ilk növbədə Naxçıvanla birbaşa əlaqələrin qurulması təkcə ölkəmiz üçün deyil, bütün regionun nəqliyyat mənzərəsini dəyişəcək. Bu layihə perspektivdə 15 milyon tonadək yükdaşımaya xidmət göstərə biləcək logistik potensiala malikdir. Hazırda Azərbaycan yalnız tranzit ölkə deyil, eyni zamanda, regional nəqliyyat və logistika siyasətinin formalaşdırılmasında söz sahibi olan bir dövlətdir. Bu mövqe ölkənin iqtisadi suverenliyinin praktik təsdiqidir”.
Nardar Bayramlı
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

