Zəngəzur dəhlizini kim inşa edəcək?
05.11.2025 [10:16]
Ermənistanın 2026-cı il dövlət büdcəsi layihəsində Yerasx qəsəbəsindən Azərbaycan sərhədinə (Naxçıvan Muxtar Respublikasına - red.) qədər uzanan dəmiryolu xəttinin təmirinə maliyyənin ayrılması nəzərdə tutulmayıb. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan parlament komissiyalarının iclasında nazirliyin büdcə təkliflərini təqdim edərkən bildirib.
O qeyd edib ki, regionda nəqliyyat yollarının mümkün açılması üçün dəmir yolu infrastrukturunun hazırlanmasının maliyyələşdirilməsi nəzərdə tutulmayıb. D.Xudatyanın sözlərinə görə, Meğri regionunda infrastrukturun idarə olunması üzrə ABŞ ilə əməkdaşlığın əlaqələndirilməsinə dair məsələlər baş nazirin müavini Mqer Qriqoryanın aparatının səlahiyyətinə daxildir.
Ermənistandan tez-tez siyasi bəyanatlar eşidilsə də ...
Kommunikasiyaların açılması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun möhkəmlənməsinə, yekun sülh sazişinin daha tez imzalanmasına müsbət təsir göstərəcək çox mühüm amil ola bilər. Bundan ötrü tərəflər cari il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalara sadiqliklərini nümayiş etdirməklə praktiki müstəvidə cəsarətli addımlar atmalı və niyyətlərini konkret qərarlarla, layihələrin icrası ilə təsdiqləməlidirlər. Ermənistan tərəfindən kommunikasiyaların açılması ilə bağlı siyasi bəyanatlar tez-tez eşidilsə də, praktiki müstəvidə hər hansı bir iş görülmür. Ermənistandan gələn bəyanatlardan aydın olur ki, rəsmi İrəvan sözügedən marşrutun yaradılmasına investisiya yönəltmək barədə ümumiyyətlə düşünmür.
Maliyyələşdirilmə məsələsi də Baş nazirin müavini Mqer Qriqoryanın səlahiyyətlərinə aid olan iş deyil. İndiyədək onun verdiyi açıqlamalarda bu barədə heç nə deyilməyib. Vaşinqton razılaşmalarından sonra onun müəyyən çalışmaları barədə məlumatlar yayılıb. Məsələn, 2025-ci il sentyabrın 5-də Mqer Qriqoryanın və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətlərinin iki ölkənin ərazilərinə qarşılıqlı səfərləri baş tutub. Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, tərəflər sərhəd xəttinin müvafiq sahələrinin/seqmentlərinin delimitasiyası və mina təmizlənməsi ilə bağlı məsələləri, həmçinin zəruri infrastrukturun bərpası və tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri kommunikasiya quruculuğu sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə müzakirə ediblər.
Mqer Qriqoryan kimi, Ermənistanın digər rəsmilərinin çalışmalarında da bəhs olunan marşrutun yaradılmasında bu ölkənin öhdəliklərinə hər hansı bir istinad edilmir. Aydın olur ki, Ermənistan tərəfi yeni bağlantının reallaşdırılmasını daha çox ABŞ-ın öhdəliyi kimi qəbul edir. Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə açıqlamasında bildirib ki, Ermənistan və ABŞ arasında “Tramp marşrutu”nun həyata keçirilməsi və müxtəlif texniki məsələlərin yerində həlli üçün zəruri olan şirkətin yaradılması ilə bağlı danışıqlar başlayıb və aktiv mərhələdədir. Lakin bu qərarlar nə olursa olsun, hər şey Ermənistanın ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək.
Göründüyü kimi, Ararat Mirzoyan da Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikasını təkrarlayır və diqqəti ərazi bütövlüyü, suverenlik məsələlərinə yönəltməyə çalışır. İndi tərəflər elə bir mərhələyə yaxınlaşıblar ki, konkret məsələlər həllini tapmalıdır. Axı ərazi bütövlüyü, suverenlik kimi siyasi məsələlər ətrafında Vaşinqtonda Donald Trampın şahidliyi ilə konsensusa gəlinib və bu barədə mövqelər aydındır. Başqa sözlə desək, Azərbaycandan Ermənistana qarşı hər hansı bir təhdid jestləri edilmir. Belə olan halda Baş nazir və digər müxtəlif səviyyələrdə eyni fikirlərin təkrarlanmasına nə ehtiyac var?
Beləliklə, o qənaət hasil olur ki, Ermənistan yeni bağlantının yaradılmasında yalnız siyasi nöqteyi-nəzərdən iştirak etmək və sonradan marşrutun istismarından gəlir götürmək niyyətindədir. Halbuki infrastrukturun yaradılmasına Ermənistan da öz töhfəsini verməlidir.
Vaşinqton razılaşması və Azərbaycanın məsuliyyəti
Regionda kommunikasiyaların blokdan çıxarılması ilə bağlı Azərbaycanın lap əvvəldən ortaya qoyduğu və əsaslandırdığı mövqe Vaşinqton görüşündə də nəzərə alınıb. Zəngəzur dəhlizinin (TRIPP marşrutunun ) önəmi eyni zamanda hazırkı geosiyasi amillərlə şərtlənir. Son illərdə Rusiya-Ukrayna müharibəsi səbəbindən Şimal marşrutlarının funksionallığı əhəmiyyətli dərəcədə azalıb. Belə bir şəraitdə Orta Dəhliz Avrasiyada ən etibarlı və təhlükəsiz marşrut kimi diqqət çəkir. Transxəzər marşrutu ilə Çindən, Mərkəzi Asiya ölkələrindən yükləri Xəzər dənizindən, Azərbaycan və Türkiyə üzərindən keçirməklə Avropa bazarlarına təhlükəsiz və daha qısa müddətdə çatdırmaq mümkündür. Azərbaycanın strateji baxışına görə Zəngəzur dəhlizi (TRIPP marşrutu) Orta Dəhlizin bir qolu kimi inkişaf etdiriləcək. Hazırda Orta Dəhlizin Gürcüstandan keçən seqmenti aktivdir. Zəngəzur dəhlizinin (TRIPP marşrutunun ) yaradılması ilə Avrasiya coğrafiyasında tranzit imkanları genişlənəcək. Bütövlükdə, yeni marşrut optimal regional bağlantını təmin edəcək.
Zəngəzur dəhlizinin (Tramp marşrutunun) yaradılmasına qətiyyətli siyasi iradə göstərən Azərbaycan Vaşinqton razılaşmalarına sadiqliyini nümayiş etdirir. Xəbər verildiyi kimi, ölkəmiz üzərindən Ermənistana tranzit daşımalarına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Artıq Azərbaycanın hava məkanından istifadə edilməklə Ermənistana Qazaxıstan taxılının daşınmasına start verilib. Respublikamız etimad quruculuğunu möhkəmlətmək üçün bu qəbildən olan tədbirlərin miqyasını genişləndirmək niyyətindədir. Eyni zamanda, ölkəmizin ərazisində Zəngəzur dəhlizinin fəaliyyəti üçün zəruri olan infrastrukturun yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Bu sahədə böyük təcrübəsi olan Azərbaycan şirkətləri yeni nəqliyyat bağlantısının Ermənistan seqmentinin inşasında da iştirak edə bilərlər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

