İnformasiya müharibəsinin qalibi
08.11.2025 [20:55]
44 gündə 11 ölkənin 26 KİV-nə verilən müsahibələr
Bu günlərdə 5 illiyini böyük qürur hissi ilə qeyd etdiyimiz şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir. Vətən müharibəsi günlərində dövlətimizin başçısı döyüş planlarını məharətlə idarə etməklə yanaşı, diplomatiya müstəvisində də yüksək fəallıq göstərir, dünya üzrə böyük auditoriyası olan KİV-ə müsahibələr verməklə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı. Sirr deyil ki, indiki dövrdə müharibələr iki cəbhədə aparılır – döyüş meydanlarında tanklarla, qırıcılarla, dronlarla və informasiya cəbhəsində ardıcıl təbliğatla, diplomatların zəkası, strateji baxışları və yanaşmaları ilə. Prezident İlham Əliyev həm Müzəffər Ali Baş Komandan kimi ön xətdə, həm də mahir diplomat kimi informasiya cəbhəsində aparılan müharibələrin qalibi oldu.
Xronikaya nəzər saldıqda görürük ki, dövlətimizin başçısı 44 gün ərzində 11 ölkənin 26 KİV-nə müsahibələr verib. Həmin müsahibələrdə Prezident İlham Əliyev beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanan aydın və prinsipial vizionunu yüksək diplomatik məharətlə ortaya qoyub. “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm …o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb”, - deyə dövlətimizin başçısı bildirib.
Erməni təbliğat maşınının necə işlədiyi hər kəsə bəllidir. Ermənistan necə ki, xarici havadarlarının birbaşa köməyi ilə birinci Qarabağ müharibəsini qazanmışdı, elə həmin qüvvələrin və ayrı-ayrı ölkələrdəki təşkilatlanmış erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı güclü informasiya cəbhəsi açmağa nail olmuşdu. Təzada bir baxın. Bu ölkə təcəvüzkar olduğu halda transmilli mediada ermənilərin yazıq, təhdidlərə məruz qalan obrazı canlandırlırdı. Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipindən çıxış etməsi, ədalətli müharibə aparmaq məcburiyyətində qalması, torpaqlarını azad etməsi isə bir sıra hallarda qınanılırdı. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi günlərində dünyada tanınan nəşrlərə verdiyi müsahibələr ilə vəziyyəti köklü şəkildə dəyişməyə, ölkəmiz ətrafında qurulan informasiya blokadasını tar-mar etməyə nail oldu. Əlbəttə, bunun asan başa gəldiyini düşünmək sadəlövhlük olardı. Bir sıra hallarda nüfuzlu nəşrləri təmsil edən müxbirlərin də erməni yalanlarına uyduqları və yaxud məkrli sifarişlər yerinə yetirdikləri aydın sezilirdi. Bəzən dövlətimizin başçısına tarixi və bu günün reallıqlarını təhrif edən suallar ünvanlanırdı. Ancaq həmin müxbirlərin İlham Əliyevin təhrikedici suallara verdiyi təmkinli cavablar qarşısında susmaqdan və razılaşmaqdan başqa çarələri qalmırdı. Dövlətimizin başçısının həqiqətlərə və diplomatik məharətə söykənən cavabları onlarda Azərbaycan barəsində yaradılan yanlış təsəvvürləri tamam dağıdırdı. Əlbəttə ki, yenə də bəzi qərəzli jurnalistlər istisna olmaqla.
İkinci Qarabağ müharibəsinin elə ilk günlərindən erməni təbliğat maşını bütün gücü ilə işə düşərək yenə də dövriyyəyə feyk məlumatlar buraxmağa başlamışdı. Bu məlumatlarda müharibənin başlamasının məsuliyyətinin Azərbaycanın üzərinə düşdüyü xüsusi vurğulanır, yenə də beynəlxalq ictimaiyyətdən kömək istənilirdi. Prezident İlham Əliyev Vətən müharibəsi günlərində transmilli mediaya verdiyi müsahibələrində bu məqama aydınlıq gətirməklə erməni yalanlarını təkzib etdi. Bəli, müharibə qan-qada, ölüm-itim, dağıntılar deməkdir. Azərbaycan xalqı və dövləti də heç vaxt müharibənin tərəfdarı olmayıb, həmişə çalışıb ki, keçmiş Dağlıq Qarabağ problemi sülh yolu ilə həllini tapsın. Ancaq bu, baş vermədi. Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz qaldı. Ermənistanın və Minsk qrupunun məqsədi keçmiş status-kvonun, yəni Azərbaycan ərazilərinin təxminən 20 faizinin işğal altında qalmasının sonsuzluğadək davam etməsinə nail olmaq idi. Azərbaycan bununla barışa bilərdimi? Əsla! Müharibənin 2020-ci il sentyabrın 27-də başlamasına gəldikdə isə bunun da baiskarı məhz təxribatlara əl atan Ermənistan olmuşdu. Prezident İlham Əliyev müsahibələrində bu xüsusda ətraflı bəhs edərək deyib: “Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik”.
Azərbaycanın ədalətli müharibə apardığı və həmişə də sülh mövqeyindən çıxış etdiyi Prezident İlham Əliyevin Vətən müharibəsi günlərində transmilli mediaya verdiyi müsahibələrdə dönə-dönə vurğulanıb. Azərbaycanın sülhə sadiqliyi beynəlxalq səviyyədə bu gün də təqdir olunnur. Məsələn, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Prezident İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səylərini yüksək qiymətləndirib. Bu barədə Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında danışıb. O bildirib ki, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşub. Azərbaycan Lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş əraziləri geri qaytarmaq idi və “Ona artıq heç nə lazım deyildi”.
ABŞ Prezidentinin xüsusi elçisinin fikrincə, bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz bir qərardır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

