Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri: Azərbaycanda seçkilər azad, şəffaf və ədalətli keçirilib

ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri: Azərbaycanda seçkilər azad, şəffaf və ədalətli keçirilib

11.10.2013 [10:25]

Mişel Vuazen: Bu seçki prosesində Avropa Şurası və ATƏT-in standartlarına yaxınlaşma istiqamətində əhəmiyyətli irəliləyişə imza atılıb
Məlum olduğu kimi, dünən ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen, ATƏT-in Parlament Assambleyası müşahidə missiyasının rəhbəri Doris Barnett və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Tana de Zuluetanın iştirakı ilə Bakıda keçirilən mətbuat konfransında ATƏT PA-nın və ATƏT/DTİHB-in oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı müşahidələrinə əsaslanan ilkin rəyi açıqlanıb. Mişel Vuazen deyib ki, müşahidə missiyasının səlahiyyətlərinin qanunla müəyyən olunmuş çərçivələri var və bunlardan biri ölkənin suverenliyinə hörmət etməkdir. Bu səbəbdən də müşahidəçilər ölkənin daxili işlərinə qarışa bilməz. O, həmçinin, deyib ki, 9 məntəqədə seçkiləri müşahidə edib və bu məntəqələrin heç birində qanun pozuntusuna rast gəlməyib. Daha sonra jurnalistlərin suallarını cavablandıran M.Vuazen bildirib ki, Azərbaycanda bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən “exit-poll” keçirilib və onların hamısı demək olar ki, eyni nəticəni göstərib: “Seçkinin nəticələri təkzibedilməz bir qalibin olduğunu göstərir. Bunu “exit-poll”arın da əksəriyyəti təsdiq edib”.
M.Vuazen qeyd edib ki, xüsusi ixtisaslaşmış müşahidə missiyalarının rəyi də seçki kampaniyasının demokratiya istiqamətində irəliləyiş olduğuna şübhə doğurmadığını göstərir: “Bu, istər namizədlərin sayı, istər onlara televiziya debatlarında bərabər təşviqat kampaniyasında iştirak imkanı yaratmaq, istər nəzərəçarpacaq dərəcədə seçici fəallığı (72 faiz), istərsə də seçkilərin yaxşı təşkil edilməsi və MSK-nın şəffaf fəaliyyətində özünü göstərib”.
İndiyə qədər Azərbaycanda dörd seçkidə müşahidəçi kimi iştirak etdiyini deyən M.Vuazen bu seçki prosesində Avropa Şurası və ATƏT-in standartlarına yaxınlaşma istiqamətində əhəmiyyətli irəliləyişə imza atıldığını vurğulayıb: “Hesab edirəm ki, seçkilər azad, şəffaf və ədalətli keçirilib. Mən seçkilərlə bağlı Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyinə tamamilə qatılıram”.
M.Vuazen bu qənaətinin ATƏT/DTİHB-nin hesabatında əksini tapmadığını deyib: “Hesab edirəm ki, ATƏT/DTİHB-nin hesabatında AŞ PA və Avropa Parlamentinin, eyni zamanda ATƏT-in qısamüddətli missiyasının müşahidəçilərinin qeyd etdikləri pozitiv aspektlər əksini tapmayıb”.
Bəzi müxalifət təmsilçilərinin Azərbaycanda seçki kampaniyasının 23 gün davam etməsinə və bəzi namizədlərin təbliğat kampaniyasının zəif olmasına münasibəti barədə suallarına cavabında M.Vuazen deyib ki, kampaniyanın müddəti ilə bağlı bir çox ölkələrdə də bənzər təcrübə mövcuddur: “O cümlədən, mənim ölkəm olan Fransada seçki kampaniyası cəmi 21 gün davam edir. Kampaniyaların keyfiyyətinə gəlincə, Fransada da, namizədlərin bəziləri öz kampaniyalarını daha yaxşı qura bilir, seçkilərə daha yaxşı hazırlaşırlar, bəzilərinin isə təbliğat kampaniyası zəif təşkil olunur”.
Hülya

Paylaş:
Baxılıb: 967 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31