/ / AVCİYA “Freedom House” təşkilatının rəhbərinin Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə bağlı qərəzli mövqeyinə dair bəyanat verib
AVCİYA “Freedom House” təşkilatının rəhbərinin Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə bağlı qərəzli mövqeyinə dair bəyanat verib
15.10.2013 [09:31]
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti Devid Kremerin Azərbaycan Respublikasında 9 oktyabr 2013-cü ildə keçirilmiş Prezident seçkiləri ilə bağlı qərəzli mövqeyinə dair bəyanat verib.
Trend-in Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına istinadən verdiyi məlumata görə, AVCİYA Prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsi, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə bu ilin əvvəlindən başlayaraq ölkə üzrə geniş fəaliyyət proqramı həyata keçirib. Seçki öncəsi respublikadakı ictimai-siyasi mühit təhlil edilmiş, 12 qəzetin monitorinqi aparılaraq 6 bülleten nəşr edilmişdir. Assosiasiya seçki günü 118 DSK-nın 4813 məntəqəsində seçkiləri müşahidə etmiş, bu işin təşkili prosesində regionlarda 95 seminar keçirilmiş, 5 min tirajla “Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilmişdir. 2013-cü il sentyabrın 15-də “Aralıq hesabat” ictimaiyyətə təqdim edilib.
AVCİYA Seçki Qərargahının üzvləri seçki ərəfəsi Avropa Şurası və ATƏT- in Bakı ofisi ilə əməkdaşlıq edib, Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq müşahidə missiyaları ilə Bakıda və regionlarda 6 görüş keçirib, geniş fikir mübadilələri aparıblar. Prezident seçkisindən bir gün əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun dəvətilə beynəlxalq müşahidə missiyası ilə görüşdə iştirak edən AVCİYA nümayəndəsi həmin qurumun aralıq hesabatlarında yer almış əsassız iddiaları faktlarla təkzib edib. Təşviqat kampaniyasının Fransada 22 gün, İspaniyada 15 gün və digər Avropa ölkələrinin əksəriyyətində də bu cür olduğu halda Azərbaycanda seçki təşviqat kampaniyasının 23 gün olmasının tənqid edilməsi heç bir məntiqə uyğun gəlmir.
Prezident seçkilərindən dərhal sonra dünyanın aparıcı dövlət başçılarının seçkilərdə qazandığı parlaq qələbə münasibətilə Azərbaycan Respublikası Prezidentini təbrik etdiyi bir vaxtda, təəssüf ki, “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti D.Kremer ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun açıqladığı qərəzli yanaşmaya oxşar, heç bir sağlam məntiqə uyğun olmayan mövqe ortaya qoymuşdur. Onun Avropa İttifaqından Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi, viza rejiminin sadələşdirilməsinə dair danışıqları dayandırmağı tələb etməsi isə beynəlxalq hüquq normalarının kobud surətdə pozulması kimi qiymətləndirməlidir. Bütün bunlar “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının Azərbaycan hakimiyyətinə qarşı qərəzli mövqe tutmaqda davam etdiyini göstərir.
AVCİYA Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun olaraq, şəffaf və ədalətli keçdiyini, seçki mühitinin əvvəlki illərlə müqayisədə daha stabil, konstruktiv, demokratik olduğunu bəyan edir və “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti D.Kremerin seçkilərlə bağlı qərəzli mövqeyini kəskin şəkildə pisləyir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

