/ / Pino Arlakki: Biz həqiqəti dedik və Azərbaycan haqqında yanlış təsəvvürləri dəstəkləməkdən imtina etdik
Pino Arlakki: Biz həqiqəti dedik və Azərbaycan haqqında yanlış təsəvvürləri dəstəkləməkdən imtina etdik
26.10.2013 [12:27]
Avropa Parlamentinin Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri:
DTİHB-nin tərkibinə siyasi məsuliyyəti olmayan ekspertləri yığırlar
Avropa Parlamentinin Azərbaycanda keçirilmiş prezident seçkilərində müşahidə aparan missiyasının rəhbəri Pino Arlakkinin APA-ya müsahibəsi:
- Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair Avropa Parlamentində aparılan müzakirələrdə iştirak etmisinizmi və bir sıra deputatların tənqidi mövqelərini, qəbul olunan qətnaməni necə qiymətləndirirsiniz?
- Əvvəla, mən Avropa Qonşuluq Siyasəti barədə qətnaməyə edilmiş və Azərbaycandakı prezident seçkilərinin tənqid olunduğu əlavələrə elə də böyük əhəmiyyət verməzdim. Ona görə ki, bu məsələdə məhz bizim müşahidə missiyamızın nəticələri nəzərə alınır, biz isə bəyan etmişik ki, seçki azad və ədalətli keçirilib. İkincisi, çox pisdir ki, Avropa Parlamentindəki bəzi qruplar, məsələn, bu əlavələrin təşəbbüskarı olan “Yaşıllar” bu cür neqativ kökləniblər və bütün parlamentə münasibətdə belə qərəzlidirlər. Məlum qətnamə bu prosesə çox da əhəmiyyət verməyən auditoriyanın dəstəyi ilə qəbul olunub. Parlamentdə çoxluq təşkil edən Sosialistlər qrupu bitərəf qalıb. Ona görə, mən demək istəməzdim ki, bu qətnamə bizim bəyan etdiklərimizə ziddir. Qətnamədə bizim qiymətləndirməmizin yanlış olduğu deyilmir, sadəcə, qeyd edilir ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatı etibarlıdır.
- Söylədiyinizə görə, tənqidi mövqe tutanlar müəyyən qrup parlamentarlar olub. Sizcə, onların niyyəti nədir?
- Parlamentdə və ondan kənarda bir çox insan gözləyirdi ki, biz Azərbaycanı sıfır səviyyədə demokratiyanın olduğu və qanunlara hörmət göstərilməyən avtoritar ölkə obrazında təsvir etmək ideyasına dəstək verəcəyik. Bizim qiymətləndirməmiz bu obrazla tam ziddiyyət təşkil etdiyi üçün bu qruplar məyus oldular və bizə zərbə vurmağa çalışdılar. Çünki biz həqiqəti dedik və Azərbaycan haqqında yanlış təsəvvürləri dəstəkləməkdən imtina etdik.
- Bəs siz Avropa Parlamenti, AŞPA və ATƏT DTİHB-nin müşahidə missiyalarının qiymətləndirmələrinin bu qədər fərqlənməsini necə izah edə bilərsiniz?
- Çox sadə. Seçkilərdə 3 fərqli assambleya - Avropa Şurası, ATƏT və Avropa Parlamentindən 66 parlamentar müşahidə apardı. Biz hamımız sərbəst müşahidə apardıq və bizdə seçkilər barədə müsbət fikir formalaşdı. DTİHB-nin tərkibinə isə siyasi məsuliyyəti olmayan, seçilməmiş, belə deyək, ekspertləri yığırlar. Onları manipulə etmək asandır. Bizim qiymətimiz məsuliyyət hissi ilə verilib. Biz parlamentar olaraq seçkiləri daha yaxşı bilirik, nəinki növbəti dəfə iş almaq barədə düşünən ekspertlər.
- Müşahidə barədə Bakıda ilkin rəyinizi təqdim edərkən bildirdiniz ki, missiyanın yekun hesabatı da olacaq. Bu hesabat nə vaxt açıqlanacaq?
- Biz artıq qısa hesabat hazırlamışıq və bir müddət sonra ətraflı hesabat açıqlayacağıq. Sənəd Xarici işlər üzrə komitədə müzakirədən sonra hazır olacaq. Düşünürəm ki, bu, yaxın iki həftə ərzində baş verəcək. Biz artıq ilkin müzakirə aparmışıq və mən missiyanın apardığı müşahidənin nəticələrini təqdim etmişəm. Komitə daxilində hansısa xüsusi etirazlar olmadı. Xarici işlər komitəsinin üzvlərinin əksəriyyəti seçkiləri izləmiş təcrübəli siyasətçilərdən ibarətdir və onlar öz həmkarlarının işinə hörmətlə yanaşır.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

