“Xüsusi təxribatçı qruplar aksiyada qarşıdurma yaradıb, bunu iqtidarın üstünə atmaq istəyir”
26.10.2013 [12:31]
“Müxalifətin oktyabrın 27-nə təyin etdiyi mitinq sərbəst toplaşma azadlığının tələblərinə uyğun keçirilməlidir. Bizim də səbrimizin həddi-hüdudu var”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, qanuna görə, dövlət, hökumət əleyhinə müxtəlif çağırışlar, şəxsiyyətin ünvanına olan təhqiramiz, şər və böhtan xarakterli ifadələr işlədilməsi qəti qadağandır: “Mitinqdə kimsə buna yol verəcəksə, qanunun tələbi ilə cavab verməli olacaq. Bununla bağlı onlara rəsmi xəbərdarlıq da ediləcək. Çünki bu ifadələrdən hər hansının işlədilməsinin məsuliyyəti mitinq təşkilatçılarının üzərinə düşəcək”.
Millət vəkili “Milli şura” üzvlərinə qanunun aliliyi barədə mətbuat vasitəsi ilə xəbərdarlıq çatdırmaq istədiklərini bəyan edib: “Onlar qanunun aliliyinə bu dəfə də hörmətsizlik etməyi düşünürlərsə, bizim də səbrimizin tükəndiyini bilsinlər”.
S.Novruzov mitinqdə təxribat planlaşdırıldığı barədə ciddi məlumat aldıqlarını da bildirib: “Bizdə olan dəqiq məlumata görə, müxalifətçilər mitinqlərə gətirmək üçün xüsusi təxribatçı qrup hazırlayıblar. Məqsədləri mitinqdə qarşıdurma yaradıb, bunun məsuliyyətini iqtidarın üstünə atmaqdır”.
Onun sözlərinə görə, bu məlumat artıq müvafiq orqanlarda da var: “Onların xüsusi təxribatçı qruplar tərəfindən aksiyada qarşıdurma yaradıb, bunu iqtidarın üstünə atacaqlarını biz də, müvafiq orqanlar da artıq bilirik. Mətbuat vasitəsilə onlara çatdırırıq ki, artıq məsələdən xəbərdarıq. Baş verəcək istənilən qanunsuz əməllərə görə məsuliyyət aksiya təşkilatçılarının üzərinə düşür”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02

