/ / Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda “dəyirmi masa” keçirilib
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda “dəyirmi masa” keçirilib
02.11.2013 [10:47]
Noyabrın 1-də “Hilton-Baku” otelində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”ya Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Böyük Britaniyanın Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Uorvik Universitetinin fəxri professoru, lord Robert Skidelski və Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Anatoli Raxanski (Ukrayna) rəhbərlik ediblər.
Tədbiri açan professor Şəmsəddin Hacıyev bildirib ki, artıq üçüncü dəfədir keçirilən Forum dünya miqyasında mühüm əhəmiyyət kəsb edir. Forum humanitar sferanın ən aktual məsələləri üzrə beynəlxalq müzakirə platformasına çevrilib. Hər üç forumun təşkilində dünyanın siyasi elitasının görkəmli nümayəndələri, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər iştirak edirlər. Diqqəti cəlb edən digər xüsusiyyət Forumun yüksək təşkilatçılığıdır. Vurğulayıb ki, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu öz möhtəşəmliyi ilə fərqlənir.
Professor Şəmsəddin Hacıyev əhəmiyyətinə və iştirakçılarının tərkibinə görə fərqlənən bu “dəyirmi masa” çərçivəsində müzakirə edilməsi nəzərdə tutulan mövzular haqqında məlumat verib. Bildirib ki, iqtisadi məsələlər ictimai inkişafın bünövrəsində durur və iqtisadi inkişafa nail olmadan humanitar sferada hər hansı irəliləyiş mümkün deyildir. Həmçinin bu iki sahə arasında qarşılıqlı dialektik əlaqə vardır. Bu baxımdan, “dəyirmi masa”da müzakirə ediləcək məsələlər böyük əhəmiyyət daşıyır.
Böyük Britaniyanın Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Uorvik Universitetinin fəxri professoru, lord Robert Skidelski dünyada iqtisadi inkişafın rifah termini ilə eyniləşdirildiyini, lakin bunun səhv fikir olduğunu diqqətə çatdırıb. “İnsanlar yüksək inkişaf etməyən cəmiyyətlərdə də xoşbəxt ola bilirlər”, - deyən professor artırılmış gəlirin rifahla mütənasib olmadığı fikrini irəli sürüb. Həmçinin əhalinin say artımı da rifah yaradan amil deyildir. Hər bir cəmiyyətin öz rifah modeli olduğunu deyən britaniyalı alim, bunun səbəbini fərqli aspektlərdən izah edib.
Avropa Şurası Parlament Assambleyasının Ukraynadan olan fəxri üzvü Anatoli Raxanski artıq üçüncü dəfədir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu çox yüksək qiymətləndirib və müzakirə edilən məsələlərin müvafiq problemlərin həllinə öz töhfəsini verəcəyini qeyd edib.
“Dəyirmi masa”nın birinci bölmə iclası “İqtisadi inkişafın dayanıqlılığı problemi: humanitar aspektin prioritetliyi” mövzusuna həsr olunub. İclasa Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov moderatorluq edib.
Bölmədə ABŞ-dan olan professor, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Finn Kidland “Avropa və ABŞ-ı nə düşündürür?”, Almaniya Bundestaqının deputatı xanım Helqa Daub “İqtisadi inkişafın humanitar aspektləri”, professor, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin rektoru İqor Maksimtsev “İntellektual resurslar Rusiyanın dayanıqlı inkişafının hərəkətverici amili kimi”, Ukrayna Prezidentinin müşaviri Yuri Boqutski “İqtisadi inkişafın humanitar aspektləri”, Belçika Senatının fəxri spikeri xanım Anne-Marie Lizin “İki əlaqəli göstərici: iqtisadi inkişaf və ölkədə qadın və kişilər üçün bərabər potensialın formalaşdırılması”, Litvanın Peruca Universitetinin professoru Saule Auqaytite “İqtisadi inkişafın dayanıqlılıq aspekti”, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, professor Əvəz Bayramov “Qlobal iqtisadi inkişafın müasir paradiqması”, İtaliyanın Neapol şəhərinin meri Luidci de Magistris “İqtisadi inkişafın dayanıqlılıq probleminin humanitar aspektləri: Neapol modeli” mövzularında çıxışlar ediblər.
“Dəyirmi masa”nın ikinci bölmə iclası “Qlobal iqtisadi sistemin humanitar problemləri”nə həsr edilib. İkinci bölmənin iclasına Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin rektoru, professor Viktor Qrişin moderatorluq edib.
Bu bölmədə “Dünya iqtisadiyyatında yoxsulluq və qeyri-bərabərlik”, “Siyasi iqtisadın müasir humanitar problemləri”, “İqtisadi proseslərin humanistləşdirilməsinin Belarus modeli”, “Həmrəylik və xoşbəxtlik axtarışında”, “Humanizm və dayanıqlı inkişaf”, “Dünya böhranı şəraitində sosial-iqtisadi siyasət: Azərbaycan təcrübəsi və nailiyyətlər”, “Korporativ sosial məsuliyyət münaqişə regionlarında biznes fəaliyyətinə kömək edə bilərmi?”, “Hüquq və iqtisadiyyat: bəzi aktual məsələlər” mövzularında çıxışlar edilib.
“Dəyirmi masa”nın üçüncü bölmə iclası “Qlobal iqtisadi inkişafın yeni mərhələsi: problemlər və perspektivlər” mövzusuna həsr edilib. Bölmə iclasına professor Şəmsəddin Hacıyev moderatorluq edib.
Bu bölmədə “Dayanıqlı iqtisadi inkişaf üçün zəruri olan səmərəli idarəçilik”, “Strategiya 2020: innovativ inkişaf modeli - yeni sosial siyasət”, “İnnovasiya, məhsuldarlığın artımı və davamlı iqtisadi inkişafın növbəti hüdudları”, “Azərbaycan iqtisadiyyatının 2020-ci il hədəfləri: sosial yönümlüyün perspektivləri”, “Miqrantların daha yaxşı gələcəyi üçün Meksikada yeni fəaliyyətlər”, “Məcburi köçkün problemi: iqtisadi inkişafda yeni sosial maneə”, “Tarix və təbiət”, “Təminat və xeyriyyəçilik: mənəviyyatın inkişafına dəstək sahəsində Ukrayna ənənəsi” mövzularında çıxışlar edilib və müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

