/ / “Dəyirmi masa”da “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” mövzusunda maraqlı müzakirələr aparılıb
“Dəyirmi masa”da “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” mövzusunda maraqlı müzakirələr aparılıb
02.11.2013 [11:03]
Noyabrın 1-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Four Season” otelində “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da kvant hesablamaları, materiyanın tədqiqində nailiyyətlər, yaşıl enerji mövzularında müzakirələr aparılıb. “Dəyirmi masa”da Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Almaniya, Belçika, İsrail, Böyük Britaniya və Yaponiyadan alimlər, Nobel mükafatı laureatları iştirak ediblər.
Çıxışında Forumun əhəmiyyətindən danışan AMEA prezidenti Akif Əlizadə Bakıda keçirilən III Beynəlxalq Humanitar Forumunun dünyanın müxtəlif ölkələrindən olan alimlər, ictimai-siyasi xadimlər və ziyalıların müzakirə aparmaları üçün önəmli platforma olduğunu vurğulayıb. “Dəyirmi masa”nın mövzusundan danışan AMEA-nın prezidenti bildirib ki, gələcəyi qurmaq üçün kompyuter texnologiyalarının təkmilləşdirilməsi zərurəti bu gün prioritet məsələdir. Alim deyib ki, yeni texnologiyaların inkişafı kvant fizikası kimi elmin nailiyyətlərindən çox asılıdır. “Fizika və biologiya, fizika və tibb elmlərinin təmasında aparılan müasir araşdırmalar həmişə yeni nailiyyətlərin əldə edilməsinə gətirib çıxarır”, - deyə A.Əlizadə bildirib.
“Dəyirmi masa”nın “Kvant hesablamaları” adlı işçi bölməsində Cənubi Koreyadan Yayevan Kim, Rusiyadan Sergey Aldoşin, Belçikadan Yoris Van der Yuxt, Almaniyadan Ənvər Nəhmədov, Yaponiyadan Naotaka təqdimatlarla çıxış ediblər. Bölmənin iclasında kvant hesablamaları və kvant informasiyası üzrə elmi tədqiqat və texnologiyaları, paramaqnit nitrosil dəmir komplekslərinin qarışıq elektron səviyyələri və onların tətbiq perspektivləri və digər elmi problemlər müzakirə olunub.
Digər işçi bölmə “Materiyanın tədqiqində nailiyyətlər” mövzusuna həsr olunub. ABŞ-dan Fizika üzrə Nobel mükafatçısı David Qross, İsveçrədən Tadeuş Kurtika, Azərbaycandan Mais Süleymanov, İsraildən Kimya üzrə Nobel mükafatçısı Dan Şextman və digərləri məruzələr ediblər. Alimlər materiyanın tədqiqi problemləri, zərrəcik fizikası üzrə təcrübələrdə beynəlxalq əməkdaşlığın rolu, materialşünaslıq üzrə elmi tədqiqatlarda və texnologiyalarda müasir problemlərlə bağlı fikirlərini bölüşüblər. Tədqiqatçılar qeyd ediblər ki, müasir inkişaf tempi yeni materialların hazırlanmasını, artıq məlum maddələrin isə yeni funksiyalarının üzə çıxarılmasını vacib edir. İştirakçıların sözlərinə görə, daha davamlı materiallar aviasiya, tibb, avtomobil istehsalı sahələrində istifadə oluna bilər. Məhz yeni materialların üzə çıxarılması aviasiyada qəzaların sayını dəfələrlə aşağı salıb.
“Yaşıl enerji” işçi bölməsi “dəyirmi masa”nın maraq doğuran mövzusu olub. Bölmənin iclasında ABŞ-dan Kimya üzrə Nobel mükafatçısı Rudolf Markus, tədqiqatçı alimlər Su-Huai Vei, Almaniyadan Lutz Mez, Türkiyədən Kamal Öksüz, Böyük Britaniyadan Yorq Fridrix məruzələrini təqdim ediblər. Alimlər bildiriblər ki, artıq aydın şəkildə özünü büruzə verən iqlim dəyişikliyi daha zərərsiz enerji mənbələrindən istifadə etməyi şərtləndirir. Tədqiqatçılar günəş enerjisinin saxlanması üçün yeni materialların, xüsusən də nanomaterialların istifadəsindən danışıblar. Bundan əlavə, iştirakçılar yaşıl enerji texnologiyaları və kollektiv enerji təhlükəsizliyi, Avropada yaşıl enerji sisteminə keçid məsələlərini müzakirə ediblər.
Sonda III Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

