Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vaqif Sadıqov: Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın daxili və xarici siyasətində əldə olunan növbəti uğurdur

Vaqif Sadıqov: Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın daxili və xarici siyasətində əldə olunan növbəti uğurdur

06.11.2013 [09:36]

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın daxili və xarici siyasətində əldə olunan növbəti uğurdur.
Bu sözləri Azərbaycanın İtaliyadakı səfiri, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Vaqif Sadıqov AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkan olan Bakı Beynəlxalq Humanitar Forumunun tarixindən danışan səfir bildirib ki, ilk dəfə 2011-ci ildə keçirilmiş Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir. Böyük əhəmiyyətə malik olan və artıq ənənə halı alan Forum üçüncü dəfədir ki, paytaxtımızda yüksək səviyyədə təşkil olunub.
Vaqif Sadıqov bildirib ki, Forumda dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları daxil olmaqla çoxsaylı nümayəndələr iştirak ediblər. Forum ictimai-siyasi, sosial, iqtisadi, dini, elmi və digər sahələrə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaradıb. Bakı artıq həqiqətən də mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib.
Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar göz qabağındadır. Tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir çox ölkələrin nümayəndələri Azərbaycanın sürətli inkişafının şahidi olduqlarını vurğulayıblar. Respublikamızda son illər qazanılan uğurlar başqa ölkələr üçün örnək ola bilər.
Vaqif Sadıqov deyib ki, İtaliyanı təmsil edən nümayəndə heyəti paytaxtımızda keçirilən hər üç Forumda iştirak ediblər. Cari ildə təşkil edilən Forumda İtaliya 40 nəfərdən çox nümayəndə ilə təmsil olunub. Nümayəndə heyəti deputatlar, KİV-lərin təmsilçiləri, alimlər, siyasətçilər və iş adamlarından ibarət olub. İtaliya nümayəndələri Forumun bir sıra bölmə iclaslarında əsasən məruzəçi qismində çıxış ediblər. Forumun işindən razılıqlarını bildirən nümayəndə heyətinin üzvləri tədbirin təşkilini yüksək qiymətləndirib, panellərdə, bölmə iclaslarında səslənən fikirlərin, müxtəlif mövzularda aparılan müzakirələrin nə dərəcədə əhəmiyyətli olduğunu dilə gətiriblər.
Diplomat diqqətə çatdırıb ki, Forum çərçivəsində İtaliyanı təmsil edən nümayəndələr müxtəlif qurumların, təşkilatların, bir sıra təhsil ocaqlarının qonağı olub və görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan-İtaliya münasibətlərinin inkişaf perspektivləri geniş müzakirə olunub.
Bildirilib ki, italiyalı qonaqlar dünyanın ən tolerant ölkələrindən biri olan Azərbaycanda bütün dinlərin nümayəndələrinin dostluq şəraitində dinc yanaşı yaşadığının şahidi olublar. İtaliya nümayəndə heyəti dövlətimiz tərəfindən ölkə ərazisində yaşayan bütün xalqların ənənələrinə xüsusi diqqət yetirilməsi və dini dəyərlərin qorunub saxlanılması üçün hər cür şəraitin yaradılmasını yüksək qiymətləndirib. Bu da Azərbaycanın necə bir tolerant ölkə olmasından xəbər verir.
Vaqif Sadıqov vurğulayıb ki, Azərbaycan həqiqətlərinin yayılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş meydan açan Forumun iştirakçıları Bakının gözəlliyinə valeh olublar. Bu cür tədbirlərin ənənə halı alması və paytaxtımızın artıq çox mötəbər beynəlxalq forumlara ev sahibliyi etməsi Azərbaycanın güclü bir dövlət kimi tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. O deyib: “Əminəm ki, Forum məqsədinə nail ola bilmişdir”.

Paylaş:
Baxılıb: 1056 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31