Üçrəngli bayrağımız dövlətimizin sarsılmazlığının və yenilməzliyinin rəmzidir
09.11.2013 [12:53]
Binəqədi rayonunda 9 noyabr-Dövlət Bayrağı Günü və 12 noyabr-Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib
Noyabrın 8-də Binəqədi rayon İcra Hakimiyyətində 9 noyabr-Dövlət Bayrağı Günü və 12 noyabr-Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsinin önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Binəqədi rayon İcra Hakimiyyətində davam edən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanda üçrəngli dövlət bayrağının keçdiyi tarixi yol haqqında məlumat verib. Qeyd olunub ki, üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. İkinci dəfə isə 1990-cı il noyabrın 17-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında bərpa edilərək, Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunub. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Ali Soveti qarşısında qaldırdığı üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət 1991-ci il fevral ayının 5-də təmin olunub.
“Üçrəngli bayrağımız millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzidir” deyən X.İsgəndərov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bayrağımızın beynəlxalq arenada şərəflə dalğalandığını xüsusi vurğulayıb. 2010-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayraqlarından birinin Azərbaycanda dalğalanmasından bəhs edən İcra Hakimiyyətinin başçısı deyib ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı və qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi Dövlət Bayrağı Günü kimi təsis edilib.
Çıxışında, həmçinin, qarşıdan 12 noyabr-Konstitusiya Gününün gəldiyini deyən İcra Hakimiyyətinin başçısı Konstitusiyanın qəbulunun hər bir xalqın tarixində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Natiq 1995-ci il noyabrın 12-də Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə referenduma çıxarılan Konstitusiyamızın dövlətin fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etdiyini vurğulayıb.
Tədbirdə, eyni zamanda, professor Anar İsgəndərov Azərbaycan bayrağı, Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayev isə Azərbaycan Konstitusiyası haqqında məruzələrlə çıxış ediblər.
Tədbir bədii proqramla davam etdirilib.
Yeri gəlmişkən, əlamətdar günlər münasibətilə rayonda digər silsilə tədbirlər də keçirilib. Belə ki, 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə gənclərin və Binəqədi sakinlərinin iştirakı ilə Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında fləşmob keçirilib, Azadlıq prospektində yeni üzlənmiş binalarda lazer effektləri ilə bayramla əlaqədar animasiyalar verilib, rayon ərazisindəki evlərinin pəncərəsindən bayraqlar, rayon ərazisində 5 əsas görünən yerlərdə Bayraq Günü və Konstitusiya Günü ilə bağlı böyük miqyaslı bannerlər asılıb, həmçinin, Binəqədi RİH başçısı Aparatının bir qrup əməkdaşlarının, gənc fəalların, rayonda fərqlənən müəllim və şagirdlərin Dövlət Bayraq Meydanına ekskursiyası təşkil edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15

