Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İnsan hüquqlarının qorunması və vətəndaş cəmiyyəti

İnsan hüquqlarının qorunması və vətəndaş cəmiyyəti

20.11.2013 [09:13]

Prezident İlham Əliyev: Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsi olmuşdur.
Demokratik inkişaf təməl strateji məqsəd kimi...
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən yeni keyfiyyətdə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi, həmçinin, digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirdi. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirdi və vətəndaş cəmiyyəti quruculuğu prosesində mühüm nailiyyətlər əldə etdi.
Elə bütün bunların məntiqi nəticəsidir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları ölkəmizdə baş tutan bütün seçkilərdən sonra Azərbaycanın demokratiya yoluna sadiq qaldığını və demokratikləşmə prosesini sürətləndirdiyini bəyan etməkdədirlər.
Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısıdır
Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin timsalında müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.
Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ümummilli lider Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan hüquqları günü elan olunub. Sərəncama görə, hər il iyunun 18-i Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunmalıdır.
Nəticə etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirir. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Azərbaycan demokratik transformasiyanı uğurla başa çatdırıb
Qeyd etmək lazımdır ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasını şərtləndirən mühüm məsələlərdən biri də demokratik transformasiya prosesidir. Ulu öndər Heydər Əliyevin sistematik surətdə başlatdığı demokratik transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən dövrün və şəraitin çağırışlarına, qanunauyğunluqlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr yerinə yetirilib. Prezident İlham Əliyev bəhs edilən strateji vəzifələri məhz bu cür dəyərləndirib: “Vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmlənməsi, hüquqi dövlətin formalaşması heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur”.
İqtisadi və siyasi islahatlar vətəndaş cəmiyyətinin zəruri strateji komponentləri qismində
Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdə vətəndaş cəmiyyət quruculuğunun uğurluluğunu təmin edən ən mühüm strateji komponentlərdən biri siyasi və iqtisadi islahatlardır. Ümumiyyətlə, milli iqtisadi strategiyanın rasional və praqmatik surətdə reallaşdırılması, sosial rifahın yüksək səviyyədə təmin edilməsi, bunun müqabilində siyasi və iqtisadi islahatların paralel şəkildə həyata keçirilməsi kimi faktorlar demokratikləşmə strategiyasının effektivliyinin təmin olunmasına fundamental töhfələr bəxş etdi. Məhz bu amilə xüsusi önəm verən Prezident İlham Əliyev bildirmişdi: “Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış ölkələrdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, orada sahibkarlıq inkişaf edibdir və azad sahibkarlıq böyük uğurlar qazanıbdır, - o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi xalqın maddi rifahının yaxşılaşması demokratik cəmiyyətin qurulması və formalaşdırılması üçün başlıca şərtdir...”.
Siyasi-hüquqi islahatlar, ictimai-siyasi institutlaşma prosesi və vətəndaş cəmiyyəti quruculuğu
Bundan başqa, siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən siyasi-hüquqi islahatlar da hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması işinə fundamental töhfələr bəxş etdi. Belə ki, bu sıraya ictimai-siyasi institutlaşma tendensiyasının əsasının qoyulmasını, təsisatların leqal və legitim fəaliyyətinə əlverişli şəraitin yaradılmasını, hakimiyyətin hər üç müstəqil qolunun suveren və leqal substratlarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması yönündə hüquqi mexanizmlərin təkmilləşdirilməsini, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibətlər sisteminin formalaşdırılmasını və s. aid etmək olar.
Beləliklə, bütün bunlar mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilən vətəndaş cəmiyyətinin də formalaşdırılması üçün xüsusi önəm kəsb edən təməl strateji substratlar oldu. Məhz bütün bu tədbirlər və nailiyyətlərin fonunda vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyətdə üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən mexanizm kimi çıxış etdi. Odur ki, məhz bu cür funksionallığın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə olan subyektlər qarşılıqlı surətdə bir-birilərinin sosiallaşmasına təsir etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını da şərtləndirdilər.
Məhz bütün bu nailiyyətlərin önəminə toxunan Prezident İlham Əliyev qeyd etmişdir: “Biz müasir dövlət qururuq. Dövlət quruculuğu Azərbaycanda, əslində, 1993-cü ildən sonra başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuşdur, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli addımlar atılmışdır, islahatlar aparılmışdır. Bu gün bu islahatlar davam etdirilir. İstər siyasi sahədə, istərsə də iqtisadi sahədə islahatların davam etdirilməsi hər bir cəmiyyət üçün inkişafa gedən yoldur. Azərbaycan dövləti müasirliyə, inkişafa sadiq olduğunu islahatların davam etdirilməsində nümayiş etdirir... Ancaq əldə edilmiş uğurlar, sadəcə, bizim üçün gələcək addımların atılması üzrə bir stimul olmalıdır. Həyat yerində durmur, ölkə qarşısında yeni vəzifələr çıxır, yeni çağırışlarla üzləşirik və biz hazır olmalıyıq. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü siyasi sistem olmalıdır... Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesi uğurla gedir, xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir, əks təqdirdə biz bu inkişafa nail ola bilməzdik”.
Bütün bunların fonunda bir daha belə bir nəticəyə gəlmək olur ki, Ulu öndər Heydər Əliyevin milli mental xüsusiyyətlərə və dəyərlərə müvafiq surətdə başlatdığı demokratik transformasiyanın milli modelinin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə yeni keyfiyyətdə davam etdirilməsi siyasi sistemin təməl struktur elementlərinin təkmilləşməsinə təkan verməklə yanaşı, hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunmasını, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsini da şərtləndirmiş oldu.
Nurlan QƏLƏNDƏROV
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 1079 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31