/ / Azərbaycan Tibb Universitetində “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kampaniyası çərçivəsində tədbir keçirilib
Azərbaycan Tibb Universitetində “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kampaniyası çərçivəsində tədbir keçirilib
30.11.2013 [10:56]
Noyabrın 29-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kampaniyası çərçivəsində tədbir keçirilib.
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkil etdiyi tədbirdə universitetin müəllim və tələbələri, Respublika QİÇS ilə Mübarizə Mərkəzinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən RAGB-nin tibb üzrə əlaqələndiricisi Samir Əliyev dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olan QİÇS-in kəşfi və tədqiqi tarixindən danışıb.
ATU-nun elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev deyib ki, Azərbaycan bu il ilk dəfə olaraq Avropa regionunda noyabrın 22-dən 29-dək keçirilən “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi”nə qoşulub. Bununla bağlı Azərbaycanın bir neçə regionunda, o cümlədən Bakı şəhərindəki ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin iştirakı ilə belə aksiyalar keçirilir. Məqsəd dünyada geniş yayılan bu təhlükəli xəstəliklə mübarizə üzrə səylərin gücləndirilməsidir.
Respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Azərbaycanda İİV/QİÇS ilə bağlı epidiomoloji vəziyyət və bu xəstəliklərə qarşı görülən mübarizə tədbirləri barədə ətraflı məlumat verib.
Azərbaycanda İİV-ə yoluxanların sayının aşağı səviyyədə olduğunu qeyd edən E.Alməmmədova deyib ki, ölkəmizdə qadınlarla müqayisədə kişilər arasında İİV-ə yoluxma faizi üstünlük təşkil edir. Bu göstərici kişilərdə 80, qadınlarda isə 20 faizdir. Gənclər arasında da İİV-ə yoluxma faktları qeydə alınır. İİV-ə yoluxanların 35 faizi 40-49 yaşlı insanlardır.
Ölkəmizdə İİV-ə yoluxanların 30,3 faizinin məhbuslar təşkil etdiyini diqqətə çatdıran E.Alməmmədova deyib ki, bu virusa yoluxmanın qarşısının alınması yolu vaxtında testdən keçməkdir. 1 dekabr - Dünya QİÇS ilə Mübarizə Günü ilə bağlı tədbirlər planı müəyyənləşdirilib. Sərnişin nəqliyyatı ilə yanaşı, ticarət və digər ictimai iaşə mərkəzlərində də İİV ilə bağlı müayinələrə başlanılıb.
Digər çıxış edənlər də İİV/QİÇS-in təkcə tibbi problem deyil, həm də ciddi sosial-iqtisadi və hüquqi problem olduğunu bildiriblər, bu xəstəliklərlə mübarizədə əhalinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.
Nəzərə çatdırılıb ki, bu problemin həlli yolunda Səhiyyə Nazirliyi əhali arasında vaxtaşırı maarifləndirmə tədbirlərini və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
Tədbirdə Rusiyanın “Krasnaya lentoçka” sosial informasiya kampaniyasının QİÇS ilə bağlı hazırladığı film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45

