Qazaxıstan dövlət müstəqilliyinin 22-ci ildönümünü qeyd edir
11.12.2013 [09:14]
Hazırda Qazaxıstan 120-dən artıq ölkə ilə diplomatik münasibətlər qurub, 40-dan artıq çoxtərəfli və 700-dən çox ikitərəfli müqavilələrin iştirakçısıdır
16 dekabr tarixi hər bir qazaxıstanlı üçün əlamətdar və qürurverici bir gündür. Çünki 22 il əvvəl, 1991-ci ilin məhz həmin günündə ölkənin Ali Soveti “Qazaxıstan Respublikasının dövlət müstəqilliyi haqqında” Qanun qəbul edib. SSRİ-nin dağılmasından sonra, Qazaxıstan Sovet Sosialist Respublikası, postsovet məkanında dövlət müstəqilliyini elan edən sonuncu ölkə oldu.
Müstəqillik əldə etməsindən ötən illər ərzində Qazaxıstan Respublikasında mühüm dövlət quruculuğu işləri görülüb. Qazaxıstan ölkə iqtisadiyyatına cəlb olunan xarici investisiyaların həcminə görə, MDB, eləcə də Şərqi Avropa dövlətləri arasında lider ölkələrdən birinə çevrilib. Bundan əlavə, ölkədə ciddi sosial və pensiya islahatları aparılıb. Ərazisində nüvə silahları sınaqlarının keçirilməsindən könüllü şəkildə imtina edən Qazaxıstan, həmçinin, özünü nüvə silahlarından azad ölkə elan edib.
Hazırda 120-dən artıq ölkə Qazaxıstan Respublikasının dövlət müstəqilliyini tanıyır və onunla diplomatik münasibətlər qurub. Bu gün Qazaxıstan BMT-nin tamhüquqlu və aktiv üzvü olmaqla bərabər, bütün digər mühüm beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir. Qazaxıstan hazırda 40-dan artıq çoxtərəfli və 700-dən çox ikitərəfli müqaviləyə qoşulub və onları uğurla icra etməkdədir.
Prezident Nursultan Nazarbayevin təsdiq etdiyi “Qazaxıstan-2030” Strategiyasının uğurlu icrası nəticəsində hazırda bu ölkə dünyanın 50 inkişaf etmiş dövlətləri sırasında yer alır. Cari ilin əvvəlindən isə, əsas məqsədi dünyanın 30 ən inkişaf etmiş ölkələri sırasına daxil olmağı hədəfləyən, uzunmüddətli “Qazaxıstan-2050” milli Strategiyasının icrasına başlanılıb. Dünya iqtisadiyyatında böhranın təzahürlərinin hələ də davam etməsinə baxmayaraq, ötən il Qazaxıstanda ÜDM-in həcmi 7,5 faiz artıb. Ölkədə adambaşına düşən ÜDM-in həcmi 12,5 min ABŞ dolları təşkil edib. Halbuki, 1994-cü ildə bu rəqəm cəmi 700 ABŞ dolları idi. Hazırda Qazaxıstan cəmiyyəti polietnik və polikonfessiyalı bir cəmiyyətə çevrilib. Bu gün artıq müasir dünyada Qazaxıstan Respublikasına Mərkəzi Asiyada söz sahibi olan güclü bir Avrasiya dövləti kimi baxılır. Bu, hər şeydən əvvəl, Qazaxıstanın xarici siyasətində regionun qlobal problemlərinin həllində nümayiş etdirdiyi aktiv və məsuliyyətli mövqeyindən irəli gəlir.
Hazırda dünyada iqtisadi böhranın təzahürlərinin hələ də tam şəkildə aradan qaldırılmamasına baxmayaraq, Qazaxıstan Prezidentinin göstərişinə uyğun olaraq, stabilləşmə tədbirlərinin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatının böhrana qarşı dayanıqlılığını təmin etmək, eləcə də ölkənin maliyyə sistemində fövqəladə vəziyyətləri önləyən mexanizm yaratmaq mümkün olub. Məhz bunun nəticəsidir ki, ölkənin heç bir bankı böhran vəziyyəti ilə üzləşməyib. Bundan əlavə, Prezident Nursultan Nazarbayevin tapşırığına əsasən, Hökumət tərəfindən ölkənin ərzaq təhlükəsizliyi tam təmin olunub, ölkə vətəndaşlarının zəruri ərzaq məhsulları ilə təmin olunması üçün stabilləşdirmə fondları yaradılıb. Həmin fondlar, zərurət yarandığı hallarda, ölkə əhalisini ən azı üç ay müddətində bütün lazımi ərzaq məhsulları ilə təmin etmək iqtidarındadırlar. Stabilləşdirmə tədbirlərinin əsas elementlərindən biri də ölkədə orta və kiçik sahibkarlığın ikinci dərəcəli banklar vasitəsi ilə dəstəklənməsi, dövlət tərəfindən investisiya infrastrukturlarının formalaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və digər bu kimi vacib məsələlərdir. Maliyyə-iqtisadi institutuların fəaliyyətlərinin koordinasiyası, eləcə də, vaxtında lazımi tədbirlərin görülməsinin nəticəsi olaraq ölkənin iqtisadi inkişafı nəzərdə tutulan proqrama uyğun olaraq davam etməkdədir. Bundan əlavə, istehsal həcminin azalması müşahidə olunan ölkələrdən fərqli olaraq, Qazaxıstanda, ümumiyyətlə, stabil iqtisadi artım tempi davam edir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Qazaxıstanın bütün sahələrinin dinamik inkişaf etməsinə baxmayaraq, qəti şəkildə demək olmaz ki, bu gün ölkədə bütün aktual problemlər öz həllini tapıb. Odur ki, bu istiqamətdə məqsədyönlü işlər davam etdirilir. Hazırda Qazaxıstanda qəbul edilən dövlət poqramlarından hər biri ölkə həyatının bütün sahələrini əhatə edir, konkret problemlərin həlli məqsədilə tərtib olunub və onların həllini nəzərdə tutur. Prezident Nursultan Nazarbayev dəfələrlə öz çıxışında qeyd edib ki, dövlətin möhkəmləndirilməsi üçün qarşıya qoyulan məsələlərin həlli, onun dayanıqlılığı və idarə olunması, ölkədə demokratiyanın inkişafı olmadan mümkün deyildir. Odur ki, 2007-ci ildən başlayaraq, ölkədə Konstitusiya islahatları davam etdirilir. Bu islahatlar özündə geniş kompleks tədbirləri əhatə edir. Bunların sırasında bəzi səlahiyyətlərin ölkə Prezidentindən alınaraq Parlamentə verilməsi, Qazaxıstan Xalqlar Assambleyasının rolunun gücləndirilməsi, Parlamentin aşağı palatasına proporsional sistem üzrə seçkilərin keçirilməsi, Hökumətin tərkibinin Parlamentdə ən çox sayda mandat almış siyasi partiyanın namizədlərindən təşkil olunması (Qazaxıstan parlamenti iki palatadan, yuxarı - Senat və aşağı-Məclisdən ibarətdir. Yuxarı palata vilayətlərdən təyin edilmiş nümayəndələr hesabına formalaşır, aşağı palatada isə yerlər ümumxalq seçkisi nəticəsində müəyyən olunur-S.L.), yerli özünüidarə orqanlarının gücləndirilməsi kimi məsələlər yer alır. Qeyd etmək lazımdır ki, burada unikal ictimai institut olan Qazaxıstan Xalqlar Assambleyasının üzərinə də böyük məsuliyyət düşür. Belə ki, son vaxtlar bu orqanın statusu daha da artıb. İndi Parlament tərəfindən qəbul edilmiş bütün qanunvericilik aktları millətlərarası həmrəylik, tolerantlıq və bərabərhüquqluluq meyarlarının uyğun gəlməsi baxımından yenidən Assambleyada ekspertizadan keçdikdən sonra hüquqi qüvvə almış olur.
Konstitusiya islahatlarının aparılması Qazaxıstanın strateji maraqlarına uyğun olaraq ölkənin gələcək siyasi sisteminin inkişafı məsələlərini müəyyən edir. 2010-cu ildə Qazaxıstanın ATƏT-in fəaliyyətdə olan sədri seçilməsi, ölkənin demokratikləşməsinə obyektiv zəmin yaradır. Bu, ilk növbədə, ölkədə vətəndaş cəmiyyəti və yerli özünüidarəetmə institutlarının aktiv və səmərəli şəkildə inkişafı, eləcə də, hüquq-mühafizə və məhkəmə orqanlarında vaxtaşırı islahatların aparılmasını nəzərdə tutur. Qazaxıstanın balanslaşdırılmış və qabaqlayıcı xarici siyasəti dünyanın əsas “oyunçuları” -Rusiya, Çin, ABŞ və Avropa İttifaqı ilə qarşılıqlı-faydalı əməkdaşlıq üçün də zəmin yaradır. Hazırda Qazaxıstan qlobal, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun hərəkətverici qüvvəsi, eləcə də, Avrasiyada təhlükəsizlik və stabillik zolağının möhkəmləndirilməsində əsas tərəfdaş ölkəyə çevrilməkdədir. Əlbəttə, Qazaxıstanın bu gün Dünya və Ənənəvi dini liderlərin qurultaylarının keçirildiyi bir məkana çevrilməsi heç təsadüfi deyil. Bütün bunlar bir daha təsdiq edir ki, ərazisində yüzdən artıq etnos və müxtəlif dini etiqadlara malik xalqların yaşadığı bir ölkə-Qazaxıstan, öz müstəqilliyini əldə etdikdən sonra, millətlərarası və dini etiqadlar sahəsində, eləcə də, tolerantlığın inkişafı baxımından böyük təcrübə toplaya bilib. Bu, hazırda nəinki Qazaxıstan cəmiyyətində bir normaya çevrilib, eyni zamanda, dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Beləliklə, əminliklə vurğulamaq olar ki, Qazaxıstan elə bir ölkədir ki, burada dövlət öz vətəndaşları üçün məsuliyyət daşıyır. Həmçinin, ölkə vətəndaşları da milli dəyərlərin qorunmasında bütün cəmiyyət qarşısında eyni məsuliyyəti dərk edir. Bu gün Qazaxıstanda hər bir vətəndaş öz həyat şəraitini yaxşılaşdırmaq üçün bütün imkanlara sahibdir. Və dövlət tərəfindən yürüdülən siyasət, ölkənin daha da inkişafına və çiçəklənməsinə, hər bir ölkə vətəndaşının daha da firavan yaşamasına xidmət edir.
Müstəqillik bayramın mübarək, Qazaxıstan!
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

