Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin növbəti iclası keçirilib
26.12.2013 [09:56]
Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
Azərbaycanda birincili sümük şişlərinin müalicəsində yeni texnologiyaların tətbiq edildiyini bildirən A.Əlizadə iclasda “Birincili sümük şişlərinin müalicəsinə baxışı dəyişən yeni texnologiyaların kliniki praktikaya tətbiqi” mövzusunda təqdim olunacaq məruzənin əhəmiyyətindən danışıb.
Mövzu ilə bağlı çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov bildirib ki, sümük şişləri diaqnostika və müalicə baxımından kliniki onkologiyanın mühüm və çətin sahələrindəndir. İnsanlarda daha çox uşaq, yeniyetmə və gənc yaşlarında təsadüf edilən bədxassəli sümük şişləri aqressiv gedişi və erkən metastaz verməsinə görə fərqlənir. Sümük şişlərinin müalicəsi prioritet məsələ kimi daim mütəxəssislərin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycanda aparılan tədqiqatlar olduqca böyük əhəmiyyət kəsb edir.
Sonra akademik Ə.Əmiraslanovun və tibb üzrə elmlər doktoru Abuzər Qazıyevin “Birincili sümük şişlərinin müalicəsinə baxışı dəyişən yeni texnologiyaların kliniki praktikaya tətbiqi” mövzusunda məruzələri dinlənilib. Sümük şişlərinin müalicəsindən bəhs edən A.Qazıyev deyib ki, müalicə cərrahi, şüa, kimyəvi terapiya, kombinə edilib və müxtəlif kompleks metodlarla aparılır. Yaxın keçmişədək bədxassəli sümük şişlərinin müalicəsinin nəticələri qeyri-qənaətbəxş olub, xəstələrin 5 illik yaşama göstəricisi 12-18 faiz təşkil edib.
Diqqətə çatdırılıb ki, son 40 ilə yaxın müddətdə akademik Əhliman Əmiraslanovun elmi rəhbərliyi və iştirakı ilə sümük sarkomalarının müalicəsi istiqamətində aparılan elmi-tədqiqat işləri bu xəstəliklərin müalicəsinə baxışı kökündən dəyişib. Osteogen sarkomanın yeni kompleks müalicə texnologiyası işlənib hazırlanıb, bu istiqamətdə əldə edilmiş uğurlar bir sıra xarici və yerli mütəxəssislər tərəfindən sümük onkologiyasında inqilabi dəyişiklik kimi xarakterizə edilib. Yüzlərlə sümük şişi olan xəstədə endoprotezləşdirilmə əməliyyatları aparılıb.
Məruzə AMEA-nın rəyasət heyəti tərəfindən bəyənilib, aparılan elmi tədqiqatların daha da genişləndirilməsi, respublikada bu istiqamətdə yüksək ixtisaslı kadrların hazırlanması tövsiyə edilib.
İclasda akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevin “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı üzrə AMEA-nın Fəaliyyət Planının icrası haqqında” hesabatı dinlənilib.
R.Əliquliyev AMEA-da “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində görülmüş işlərdən ətraflı söhbət açıb. Natiq bu sahədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rolunu xüsusilə vurğulayıb.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində akademiyada həyata keçirilmiş işlərdən söhbət açıb, AMEA-nın son bir ildə bu sahədə fəaliyyətini yüksək qiymətləndirib.
Nazir Əli Abbasov müxtəlif dövlət qurumları və elmi müəssisələrlə birgə İKT-nin inkişafına təkan verəcək konfransların, seminarların keçirilməsinin əhəmiyyətini xüsusilə vurğulayıb.
Tədbirdə AMEA-nın İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi təsdiq olunub.
Şura bu il noyabrın 6-da yaradılıb. Əsasnaməyə görə, qurum innovasiya sahəsində yerli və beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək, innovativ layihələrin elmi ekspertizasını keçirmək, elmi-texniki nailiyyətlərin tətbiqində iştirakçı olmaq və digər vəzifələr daşıyır.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23

