Xaçmazda görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə muzeyi açılıb
26.12.2013 [10:00]
Dekabrın 25-də Xaçmazda görkəmli dövlət xadimi, vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş Əziz Əliyevin xatirə muzeyinin açılış mərasimi olub.
AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi şəxsləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Muzeyin açılış mərasimində çıxış edən Dağıstan Xalq Məclisinin sədr müavini Seyfullah İsakov bildirib ki, Əziz Əliyev özünün çoxşaxəli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxışında iki respublika arasında mövcud dostluq-qardaşlıq əlaqələrindən danışıb, bu münasibətlərin formalaşmasında Əziz Əliyevin rolunu xüsusi qeyd edib. Bildirilib ki, çətin bir dövrdə Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən uğurla gələn Əziz Əliyev bu dostluğun daha da möhkəmlənməsində əhəmiyyətli addımlar atıb. Qeyd olunub ki, Əziz Əliyevin muzeyinin açılışında qonşu respublikanın yüksək vəzifəli şəxslərinin iştirakı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında səmimi dostluq münasibətlərini bir daha nümayiş etdirir.
Çıxışlardan sonra muzeyin rəmzi açılışını bildirən lent kəsilib. Mərasim iştirakçılarının diqqətinə çatdırılıb ki, Nəriman Nərimanov prospektində yerləşən muzeyin tikintisinə 5 ay əvvəl başlanıb. Zal və iki otaqdan ibarət olan muzeydə görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 100-ə yaxın foto və rəsmi sənədlər nümayiş etdirilir. Muzey binasının qarşısında isə Əziz Əliyevin büstü qoyulub.
Mərasim iştirakçıları muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıblar.
Sonra xatirə şəkli çəkdirilib.
Açılış mərasimindən sonra qonaqlar Xalqlar dostluğu, Tarix-diyarşünaslıq və Şəxsiyyətlər muzeylərində olub, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və Dağıstanın tanınmış dövlət xadimi Səid Qurbanovun Xaçmazda ucaldılmış abidələrini ziyarət ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

