/ / Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial problemləri öz həllini tapacaqdır
Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial problemləri öz həllini tapacaqdır
26.12.2013 [10:04]
Prezident İlham Əliyev: Biz gələn ildən Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə də başlamalıyıq
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Həyata keçirilən rasional iqtisadi strategiyanın qanunauyğun nəticəsi kimi, milli inkişafın Azərbaycan modeli formalaşdırılıb və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən strateji nəticələr əldə edilib, makroiqtisadi sabitlik qorunub saxlanıb.
Sirr deyil ki, bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən, həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış etməkdədir. Neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, həmçinin, konservativ xarici borclanma strategiyası, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizin iqtisadiyyatın davamlı tərəqqisini təmin edib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunun başlıca göstəricisidir ki, güclü iqtisadiyyata malik olan inkişaf etmiş dövlətlərin əksəriyyətinin ciddi itkilərə məruz qaldığı bir dövrdə - beynəlxalq böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub-saxlamağı bacarmışdır. Bu inkişaf cari ildə də davam edib və əldə edilən göstəricilər həyata keçirilən iqtisadi kursun səmərəliliyini əks etdirir. Cari ilin 9 ayı ərzində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul (ÜDM) 5,4 faiz və iqtisadiyyatımızın qeyri-neft sektoru ötən dövr ərzində 11 faiz həcmində artıb.
Vurğulamaq gərəkdir ki, cari il ərzində bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin həyata keçirilməsinə nail olunub. Başqa sözlə, proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. Ən əsası, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr uğurla yerinə yetirilir.
Ümumiyyətlə, görülən işlərin miqyası və səviyyəsinə nəzər saldıqda belə bir nəticəyə gəlmək olur ki, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması başlıca məqsəd kimi müəyyənləşdirilmişdir.
Xüsusilə qeyd etmək lazımdır ki, cari ildə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə Prezident İlham Əliyevin verdiyi əlavə tapşırıq və göstərişlərə əməl edərək nəzərdə tutulmuş bütün işlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi qarşıya qoyulmuş məqsədlərin gerçəkliyə çevrilməsini şərtləndirib.
Göründüyü kimi, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı operativ və effektiv surətdə həyata keçirilən tədbirlərin fonunda uğurla davam edir. Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması naminə görülən işlər mövcud problemlərin tam olaraq həllini mümkün edir. Yuxarıda nəzər saldığımız istiqamətlərdə görülən işlər və əldə edilən nəticələr digər sahələrin də paralel inkişafını təmin etmiş olur. Onu da qeyd etmək lazımdır ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair görüləcək strateji tədbirlər uzunmüddətli perspektivə əsaslanır. Başqa sözlə, sosial-iqtisadi inkişafın sürətləndirilməsi naminə görülən tədbirlər qarşıdakı illərdə də davam etdiriləcək. Bu istiqamətdə Dövlət Proqramının üçüncü mərhələsinə başlanılması nəzərdə tutulur ki, bu proqramda müəyyən olunacaq prioritet və hədəflər bütün sosial problemlərin qısa zaman kəsiyində həllini mümkün edəcək.
Yeri gəlmişkən, dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bütün bu məsələlər öz əksini tapıb. Prezident İlham Əliyev çıxışı zamanı qarşıda duran məqsəd və hədəflərə toxunaraq qeyd edib: “Biz gələn ildən Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə də başlamalıyıq. Hesab edirəm ki, üçüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmayan məsələlər və Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial problemləri öz həllini tapacaqdır.
Gələn ilin əvvəlində üçüncü Dövlət Proqramı qəbul edilməlidir. Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat və Sənaye Nazirliyi, aidiyyəti qurumlar bu istiqamətdə fəal işləyirlər. Proqramın, demək olar ki, böyük hissəsi hazırdır. Bu gün burada Bakının bütün rayonlarının rəhbər işçiləri, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər. Xahiş edirəm ki, hər bir qəsəbədən əlavə konkret təkliflər verilsin. Bilirəm ki, bu təkliflər verilibdir. Siz daha yaxşı bilirsiniz ki, insanları hansı məsələlər narahat edir. Elə etməliyik ki, 2014-2016-cı illər üzrə Dövlət Proqramı bütün məsələləri özündə ehtiva etsin, bir dənə də olsun məsələ diqqətdən kənarda qalmasın”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

