/ / Bakıda “Rus icması - 20 il yeni Azərbaycanın xalqlar ailəsində” mövzusunda respublika konfransı keçirilib
Bakıda “Rus icması - 20 il yeni Azərbaycanın xalqlar ailəsində” mövzusunda respublika konfransı keçirilib
27.12.2013 [09:31]
Dekabrın 26-da “Park İnn” otelində Azərbaycanda Rus icmasının yaranmasının 20 illiyinə həsr olunmuş “Rus icması - 20 il yeni Azərbaycanın xalqlar ailəsində” mövzusunda respublika konfransı keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı, Rusiyalı Həmvətənlər Beynəlxalq Şurası idarə heyətinin üzvü Mixail Zabelin iştirakçıları salamlayıb, onları yubiley münasibətilə təbrik edib. Bildirilib ki, Rus icması 1993-cü il mayın 5-də yaranıb və hazırda Cənubi Qafqazda ən çox üzvü olan rus icmasıdır. Sonra icmanın sədri qonaqları təqdim edib.
M.Zabelin xatırladıb ki, bu gün kədərli gündür, Xankəndinin erməni işğalçıları tərəfindən zəbt olunduğu gündür. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə digərləri ilə yanaşı, rus cavanları da vuruşub və şəhid olublar. Onların bir çoxu Milli Qəhrəman adına layiq görülüb.
İştirakçılar Vətənin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rus icmasının üzvlərini yubiley münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin həmvətənlərini yubiley münasibətilə təbrik edərək bildirib ki, bu gün Azərbaycanı ölkənin sosial həyatında vacib rol oynayan Rus icması olmadan təsəvvür etmək mümkün deyildir. Yaxın vaxtlarda Biryulevoda baş vermiş hadisələrə toxunan V.Doroxin vurğulayıb ki, bu hadisələrin Azərbaycanın rus əhalisinə qətiyyən təsir etməyəcəyinə qəti əminik, çünki Prezident İlham Əliyev ölkədə sabitliyin qarantıdır.
Rus pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının başçısı Aleksandr İşein bildirib ki, Azərbaycan ruslar üçün Vətəndir, uğrunda canlarından keçməyə hazır olduqları ölkədir. O xatırladıb ki, yaxın vaxtlarda keçirilmiş Arxiyereylər Məclisində Patriarx Kiril Azərbaycanda ruslara və pravoslav kilsəsinə göstərilən xüsusi dəstəkdən danışıb. Onlar üçün burada hər cür şərait yaradılıb.
Moskva Hökumətinin nümayəndəsi Yelena Kirsanova təmsil etdiyi qurumun müraciətini oxuyub.
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı direktoru Eldar Hacıyev Rus icmasının sədri Mixail Zabelinə ÜAK-ın “Millətlərarası münasibətlərin möhkəmlənməsinə görə” medalını təqdim edib.
Milli Məclisin deputatı Elmira Axundova, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Ravil Zaripov və digər çıxış edənlər Rus icmasının əhəmiyyətli işindən danışıblar. Qeyd olunub ki, Rus icması müharibə və əmək veteranlarına maddi yardım göstərir, müalicəyə ehtiyacı olanları Moskvanın klinikalarına, uşaqları Rusiyanın tarixi yerlərinə turist gəzintilərinə göndərir, “Drujba” idman-sağlamlıq xeyriyyə düşərgəsində uşaqların yay istirahətini təşkil edir, yaşlı insanları lazımı dərmanlarla, tibbi cihazlarla, əlil arabaları ilə təmin edir. Rus icmasının nəzdindəki Rus Mədəniyyət Mərkəzində əhəmiyyətli iş aparılır, respublikanın məktəblərində rus dili və Rusiyanın tarixi üzrə olimpiadalar, müsabiqələr, hər il “Rodniki duşi” adlı rus mahnı festivalları keçirilir.
İcmanın fəaliyyəti praktiki olaraq respublikanın bütün rayonlarını əhatə edir. Onun Bakıda 12 rayon təşkilatı və Azərbaycanda 48 rayon və şəhər şöbələri var. İcma tarixi Vətəni olan Rusiya ilə dostluq əlaqələrinin inkişafına öz töhfəsini verir.
Daha sonra Rus icması fəallarının mükafatlandırılması mərasimi olub. M.Zabelin onlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edib.
Bakı və Azərbaycan rus pravoslav kilsəsinin yepiskopu Aleksandr İşein “Dolq i çest” medalı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, deputat Azay Quliyev, Bakının Qaradağ və Nərimanov rayonlarının icra başçıları, “İnterfaks-Azərbaycan” informasiya agentliyinin direktoru Aleksandr İvanov, Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri Həsən Quliyev, Rus icmasının Gəncə şəhər şöbəsinin sədri Valeri Kozin və başqaları Moskva Həmvətənlər Evinin fəxri fərmanları ilə təltif olunublar.
Yubiley münasibətilə Rus icmasının iyirmiillik fəaliyyətindən, 120 minlik rus diasporunun durumundan bəhs edən “Rus icması - 20 il Azərbaycanın xalqlar ailəsində” adlı jurnal hazırlanıb.
Sonda konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət qəbul ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

