Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Bir insanın faciəsindən siyasi şou düzəltmək istəyənlər böyük səhvə yol verirlər

Əli Əhmədov: Bir insanın faciəsindən siyasi şou düzəltmək istəyənlər böyük səhvə yol verirlər

30.12.2013 [09:21]

“Bir insanın faciəsindən siyasi şou düzəltmək istəyənlər böyük səhvə yol verirlər”. Bunu Trend-ə dünən II qrup Qarabağ əlili Zaur Həsənovun dəfn mərasimində iştirak edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, bu nə siyasi əxlaq çərçivəsinə, nə də insani əxlaq çərçivəsinə sığır. Buna görə də, əlbəttə, bunu pisləmək lazımdır: “Biz çox təəssüf edirik ki, belə bir faciə baş verib. Başsağlığı veririk, Allahdan səbr diləyirik. Eyni zamanda, biz hamımız birlikdə çalışmalıyıq ki, bundan kimlərsə özlərinin çirkin məqsədləri üçün istifadə etməsinlər. Biz Qarabağ qaziləri ilə görüşdük, onlar Prezidentin ətrafındadırlar, Prezidenti, hökuməti, dövləti müdafiə edirlər və güman edirəm ki, onlar bir insanın faciəsindən kimlərinsə öz siyasi və çirkin məqsədləri üçün istifadə etməsinə imkan verməzlər”.

Paylaş:
Baxılıb: 976 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31