Diaspora Ermənistanı xilas edə biləcəkmi?
31.01.2014 [10:28]
Siyasi ekspert Mustafa Qurbanlının “www.1news.az” saytında “Diaspora Ermənistanı xilas edə biləcəkmi?” başlıqlı məqaləsi dərc olunub. Mövzunun aktuallığını nəzərə alaraq, həmin müsahibəni oxucularımıza təqdim edirik:
Heç kimə sirr deyil ki, bütün qitələrə səpələnmiş və sayı təqribən 5 milyon nəfərə çatan erməni diasporu, özünün təşkilatlanması, eləcə də lobbiçilik fəaliyyətinin effektivliyi, təsir dairəsi və maliyyə imkanları baxımından planetin ən güclü diaspor şəbəkələrindən biridir. Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, məhz erməni diasporunun güclü maliyyə dəstəyi sayəsində ölkə ayaq üstə dayana bildi, onun beynəlxalq arenada tanınmasına, maraqlarının qorunmasına diaspora tərəfindən böyük dəstək verildi. Baxmayaraq ki, həmin dövrdə Ermənistan qonşu dövlətin-Azərbaycan torpaqlarının 20 faizini artıq işğal etmişdi, ardınca Xocalıda dinc əhaliyə qarşı soyqırımı aktı törədilmişdi, ermənilərin törətdiyi vəhşiliklərinin ucbatından 1 milyondan artıq insan öz ata-baba torpaqlarından didərgin düşmüşdülər, öz isti ocaqlarını tərk etmişdilər. Məhz həmin diasporun aktiv dəstəyi sayəsində ermənilər dünya ictimaiyyətinə məzlum, qonşu dövlətlər tərəfindən daim təcavüzə məruz qalan yazıq bir xalq kimi təqdim olunurdu.
O illərdə erməni diasporunun Azərbaycana qarşı aktiv fəaliyyətinin bariz nümunəsi olaraq 1992-ci ildə ABŞ Konqresində qəbul olunan “Azadlığa dəstək aktı”na “907-ci düzəliş”i xüsusilə qeyd etmək lazım gəlir. Belə ki, sözügedən akt Konqresdə, əslində, ABŞ hökuməti tərəfindən postsovet respublikalarına iqtisadi dəstək göstərmək məqsədilə qəbul olunmuşdu. Məhz erməni lobbisinin güclü təzyiqi ilə bu akta Azərbaycana iqtisadi yardımı qadağan edən “907-ci düzəliş” daxil edildi. Halbuki, o illərdə, digər postsovet respublikalarından fərqli olaraq, Azərbaycanın həmin yardıma daha böyük ehtiyacı var idi.
Ermənistanın beynəlxalq arenada maraqları təmin olunduqca diaspor üzvləri nəinki xarici dövlətlərdən bu ölkəyə iqtisadi yatırımlar, hətta birbaşa maliyyə yardımları göstərilməsi üçün böyük səylər sərf etdilər. Nəticədə, artıq 90-cı illərin əvvələrində 14 ən böyük erməni diaspor təşkilatı yeni yaranan erməni dövlətində humanitar və infrastruktur layihələri həyata keçirmək adı altında 900 milyon ABŞ dollarından çox maliyyə yardımı toplaya bilmişdi.
Doğrudur, o vaxtlar diasporun əsas ideyası və arzusu Ermənistanı güclü bir dövlətə çevirmək idi. Amma, görünən odur ki, bugünkü Ermənistan aparıcı erməni diaspor təşkilatlarının utopik arzularına heç də uyğun gəlmir. Hakimiyyəti uzun illərdən bəri zəbt etmiş “Qarabağ klanı”nın ələbaxımlığı və qeyri-konstruktiv daxili və xarici siyasət yürütməsi bü gün Ermənistanı dalana dirəyib.
Bir vaxtlar çökmüş Ermənistan iqtisadiyyatının əsas dayağını təşkil edən investorlar- dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməni diaspor təşkilatlarının üzvləri, indi tez-tez mövcud hakimiyyətdən narazılığını ifadə edir, ölkədə korrupsiyalaşmış məhkəmə sistemi və bürokratik idarəetmə mexanizminin mövcud olmasından şikayətlənirlər. Odur ki, müflis olmaqdan qorxan erməni investorların son illərdə ölkəni tərk etməsi daha da intensivləşib. Görünən odur ki, artıq erməni investorlar Ermənistandakı korrupsiyalaşmış rejimin ömrünün uzadılmasına xidmət edən investisiya yatırımlarından imtina etməyə başlayıblar və mövcud hakimiyyəti dəstəkləmirlər.
Yeri gəlmişkən qeyd edək ki, bu gün təkcə erməni diasporunun üzvü olan investorlar deyil, eyni zamanda, hakimiyyətin özbaşınalığından bezən və Ermənistanda yaşamağın perspektivliyinə şübhə ilə yanaşan sadə vətəndaşlar da ölkəni həmişəlik tərk edirlər.
BMT-nin ekspertlərinin hesablamalarına görə, miqrasiya, doğum səviyyəsinin aşağı düşməsi və ölkə əhalisinin getdikcə daha da yaşlanması 12-17 ildən sonra Ermənistan əhalisinin sayının təqribən 1,5-2 milyon nəfərədək azalmasına səbəb olacaq. Ermənistan Sosioloqlar Assosiasiyasının prezidenti Gevorq Poqasyanın sözlərinə görə, bü gün artıq miqrasiya deyil, əhali artımı məsələsi ölkə qarşısında duran ən vacib problemdir. Əgər 2012-ci ilin yanvar-mart aylarında Ermənistanı 25 min nəfər tərk etmişdisə, ötən ilin müvafiq dövründə ölkədən həmişəlik gedənlərin sayı 35500 nəfərə çatıb. Doğrudur, bir vaxtlar erməni diasporu “tarixi torpaqlara” qayıdış ideyasını var gücü ilə təbliğ edirdi. Amma zaman göstərdi ki, Ermənistan hakimiyyətinin siyasi səriştəsizliyi, ölkədə yaradılan qeyri-münbit şərait həmin ideyanın uğur qazanmaması ilə nəticələndi.
Fransada yaşayan məşhur erməni diaspor üzvü Şarl Aznavur “Nouvelles d’Armenie” qəzetinə müsahibəsində köks ötürərək deyib ki, “ötən hər gün Ermənistan daha da boşalır və ölkənin boş çəlləyə çevriləcəyi gün çox da uzaqda deyil”.
Əlbəttə, “Qarabağ klanı”nın ölkədə yürütdüyü belə uğursuz daxili və xarici siyasət nəticə etibarı ilə diaspor üzvləri ilə korrupsioner hakimiyyət arasında ciddi fikir ayrılığına səbəb olub. Bunun da səbəbləri var. Görünən odur ki, son 10 ildə erməni diasporunun topladığı və ölkə iqtisadiyyatına yatırılan investisiyalar öz həqiqi məqsədinə çatmayıb və korrupsiyalaşmış hakimiyyət tərəfindən mənimsənilib. Ermənistan hakimiyyətinin son 10 ildə nümayiş etdirdiyi ələbaxımlılıq və qeyri-konstruktiv siyasət ölkəni asılı vəziyyətə salıb və onu başqa ölkənin forpostuna çevirib. Belə bir vəziyyətdə, heç də təəccüblü deyil ki, erməni diasporu ürəkdən istəsə belə, Serj Sərkisyanın başçılıq etdiyi “Qarabağ klanı”nın ölkədə yürütdüyü aqressiv siyasət nəticəsində Ermənistanı iqtisadi, siyasi və mənəvi-psixoloji baxımdan dirəndiyi dalandan çıxara bilməyəcək. Yaranmış vəziyyətdə ermənilərin tanınmış şair və yazıçı Andranik Çarukyanın sözlərini xatırlamaları məsləhətdir: “Biz kimik, necə adamlarıq? Kimlərdir bizim liderlərimiz? Şəfqət əvəzinə nifrət. Sağlam məntiq əvəzinə kor-koranə duyğu və fanatizm...”.
Və nəhayət, artıq ermənilərin heç də parlaq olmayan öz gələcəkləri üçün nəticə çıxarmalarının vaxtı çatıb. Necə deyərlər, heç olmamaqdansa, gec olması daha yaxşıdır...
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

