Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

29.06.2026 [19:58]

Bu il sentyabrın 9-da Asunsyon şəhərində Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Paraqvayın IP informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Paraqvay strateji dialoqu təşviq etmək, ikitərəfli əməkdaşlığı gücləndirmək və qlobal mənzərənin əsas çətinliklərini təhlil etmək məqsədilə siyasi, akademik və iqtisadi sahələrdən aparıcı şəxsləri bir araya gətirəcək I Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumuna ev sahibliyi edəcək.

Forum zamanı iqtisadi inkişaf, beynəlxalq geosiyasi kontekst, daimi siyasi və iqtisadi transformasiyalarla xarakterizə olunan qlobal ssenaridə ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30