Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hesablama Palatasının sədri İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin ölkə üzrə meneceri Reto Veyermanla görüşüb

Hesablama Palatasının sədri İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin ölkə üzrə meneceri Reto Veyermanla görüşüb

07.02.2014 [09:09]

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) ölkə üzrə meneceri Reto Veyermanla görüşüb.
Palatadan AzərTAc-a bildiriblər ki, R.Veyerman İsveçrə hökuməti tərəfindən maliyyələşdirilən layihələrlə maraqlanıb.
V.Gülməmmədov qonaqlara İsveçrə Konfederasiyası Hökumətinin qrantı hesabına maliyyələşdirilən və Dünya Bankının idarəçiliyi ilə həyata keçirilən “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” Layihəsi (CAPSAP) çərçivəsində “Hesablama Palatasının 2012-2014-cü illər üzrə strateji inkişaf planının həyata keçirilməsində palataya kömək göstərmək üçün Məsləhətçi Xidmətləri” komponentinin dörd fəaliyyət istiqaməti ilə bağlı məlumat verib. Palata sədri layihənin mövcud şəraitin təhlili və boşluqların müəyyən edilməsi ilə bağlı birinci mərhələsinin başa çatdığını, səmərəlilik və maliyyə auditləri ilə bağlı sınaq layihələrinə başlandığını diqqətə çatdırıb.
V.Gülməmmədov, eyni zamanda, yaxın gələcəkdə həyata keçiriləcək tədbirlərin gözlənilən nəticələrinin palatanın inkişafına əhəmiyyətli töhfə verəcəyinə inamını ifadə edib.
Qonaqlar Hesablama Palatasının gələcək inkişaf istiqamətləri ilə maraqlanıb, qurumun potensialının gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin dövlət büdcəsinin icrasında effektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində palatanın rolunun daha da möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.

Paylaş:
Baxılıb: 1073 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30