TDT-nin yeni əməkdaşlıq platforması
11.07.2026 [11:56]
Maliyyə Kəşfiyyatı Orqanlarının III Beynəlxalq Forumunda birgə fəaliyyətin genişləndirilməsinə dair anlaşma əldə edilib
Bakıda Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının III Beynəlxalq Forumu keçirilib. “TDT ölkələrində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin anlaşılması: ortaq çağırışlar, birgə həllər” mövzusuna həsr olunan forum TDT məkanında maliyyə kəşfiyyatı orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və maliyyə cinayətləri ilə mübarizə sahəsində vahid yanaşmaların formalaşdırılması məqsədini daşıyır.
Forumda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, eləcə də üzv ölkələrin maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri və digər yüksək səviyyəli qonaqlar iştirak edib. Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın maliyyə kəşfiyyatı orqanları rəhbərlərinin iştirakı ilə əməkdaşlığın inkişaf perspektivləri, maliyyə cinayətləri ilə mübarizədə qarşıda duran çağırışlar və birgə fəaliyyət istiqamətləri barədə müzakirə aparılıb.
Qeyd edək ki, Maliyyə Kəşfiyyatı Orqanları rəhbərlərinin ilk görüşü ötən il Qırğız Respublikasında keçirilib və sıx əməkdaşlığın təməli qoyulub.
Qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq
Maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri təmsil etdikləri ölkələrin cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə təcrübəsi barədə çıxış ediblər. Azərbaycanın Maliyyə Monitorinqi Xidməti İdarə Heyətinin sədri Zaur Fətizadə Azərbaycanda maliyyə-bank sektorunun modernləşdirilməsi məqsədilə həyata keçirilən ardıcıl islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və bank sisteminin sabitliyinin gücləndirilməsi sahəsində əldə olunan nəticələrə toxunub. Ölkəmizdə ədalətli bazar və sağlam maliyyə münasibətlərinin davamlı inkişafı, müasir tələblərə cavab verən maliyyə sisteminin formalaşmasından bəhs edib. Bildirib ki, əldə edilmiş anlaşmalar TDT ölkələri arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə risklərin qiymətləndirilməsi və maliyyə cinayətləri ilə mübarizədə koordinasiyanın gücləndirilməsində mühüm rol oynayır.
Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Kəşfiyyatı Xidməti sədrinin müavini Bakıtbek Alişerov bildirib ki, TDT-nin Maliyyə Kəşfiyyatı Orqanları rəhbərlərinin görüşü ortaq problemlərin müzakirəsi, o cümlədən çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizəyə birgə yanaşmaların hazırlanması üçün vacib platforma rolunu oynayır. Onun sözlərinə görə, hazırkı şəraitdə heç bir ölkə bu cür təhdidlərlə təkbaşına effektiv şəkildə mübarizə apara bilməz. Məhz bu səbəbdən orqanlar arasında praktik əməkdaşlığın və etimadın gücləndirilməsi həm dövlətlərimizin təhlükəsizliyi, həm də bütün regionun davamlı inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
Maliyyə cinayətlərinə qarşı birgə mübarizə
Digər çıxışlarda qeyd olunub ki, maliyyə cinayətlərinə qarşı mübarizədə türk dövlətləri arasında tərəfdaşlıq və yeni texnologiyaların tətbiqi, mübadiləsi önəm kəsb edir. Belə ki, qabaqcıl texnologiyalar və süni zəka əsasında hazırlanmış Şübhəli Əməliyyatların Monitorinqi Sistemi bu baxımdan rəqəmsal hədəflərə çatmaqda yeni alətlərdən biridir.
TDT ölkələri qlobal çağırışlar müstəvisində makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, monetar siyasətin ötürücülüyünün təkmilləşdirilməsi, həmçinin rəqəmsal transformasiya dövründə maliyyə texnologiyalarının inkişafı istiqamətində fəal müzakirələr aparıb, bank sektorunun bu sahədəki fəaliyyətinə diqqət çəkib. Bu prosesdə mərkəzi bankların rolunun artırılması və qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Əməkdaşlıq platforması yeni təşəbbüsləri təşviq edir
TDT-yə üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının III Beynəlxalq Forumu çərçivəsində əməkdaşlıq platformasının yaradılmasına dair memorandum imzalanıb. Platforma çərçivəsində müntəzəm görüşlərin keçirilməsi, əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, birgə tədqiqat və analitik fəaliyyətin təşviqi, potensialın gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, həmçinin zərurət yarandıqda tematik işçi qruplarının yaradılması nəzərdə tutulur.
Memoranduma əsasən, platformanın fəaliyyəti iştirakçı dövlətlərin milli qanunvericiliyinə və maliyyə imkanlarına uyğun şəkildə həyata keçiriləcək, rəsmi yazışmalar isə platformanın katibliyi və üzv qurumların təyin etdiyi əlaqələndirici şəxslər vasitəsilə aparılacaq. Sənəd, eyni zamanda, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının platformanın fəaliyyətində müşahidəçi qismində iştirak etməsinə, eləcə də müəyyən edilmiş prosedurlar əsasında gələcəkdə platformaya qoşulmasına imkan yaradır.
Əməkdaşlıq platformasının yaradılması “Türk dövlətlərinin Maliyyə Kəşfiyyatı Orqanlarının Beynəlxalq Forumu” çərçivəsində qəbul edilmiş “Şuşa Təşəbbüsü” və onun icrası məqsədilə təsdiq olunmuş “Türk dövlətlərinin Maliyyə Kəşfiyyatı Orqanlarının Effektiv Əməkdaşlığı üzrə İllik Yol Xəritəsi”nin mühüm nəticələrindən biri olub.
Yeni əməkdaşlıq mexanizminin yaradılması Türk Dövlətləri Təşkilatı məkanında maliyyə kəşfiyyatı sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, maliyyə cinayətləri ilə mübarizədə birgə fəaliyyətin genişləndirilməsinə və beynəlxalq standartlara uyğun regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
NARDAR
Xəbər lenti
Hamısına baxSosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10

