“ADA” Universiteti rektorunun iştirakı ilə onlayn forum keçirilib
15.02.2014 [11:08]
Fevralın 14-də Azərbaycanda ilk dəfə olaraq “ADA” Universiteti rektorunun iştirakı ilə onlayn forum keçirilib.
“ADA” Universitetinin kommunikasiya departamentindən AzərTAc-a bildiriblər ki, xarici işlər nazirinin müavini, rektor Hafiz Paşayev sosial mediada gənclərin suallarını cavablandırıb.
“ADA” Universiteti, tələbələr üçün təklif edilən bakalavr və magistr proqramları, bu ali məktəbin strukturu, beynəlxalq əlaqələri, tədris proqramları və digər məsələlərlə bağlı sualları cavablandıran rektor, eyni zamanda, təhsil islahatlarını və “ADA” Universitetinin regionun inkişafı üçün lazım olan gənc liderlər nəslinin yetişməsində rolunu qeyd edib.
Hafiz Paşayev bildirib ki, forumun əsas məqsədi gəncləri maraqlandıran suallarla yaxından tanış olmaq, onların tələb və təkliflərini dəyərləndirməkdir.
Sonda rektor bütün forum iştirakçılarına fəal iştiraka və suallara görə təşəkkür edib.
Qeyd edək ki, “ADA” Universiteti ötən il oktyabrın 1-dən 2014-2015-ci akademik il üçün diplomatiya və beynəlxalq münasibətlər, ictimai siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbuluna başlayıb. Sənədlər aprelin 15-dək qəbul ediləcək.
Bununla yanaşı, “ADA” Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə qiyabi “Ekzekyutiv MBA” proqramına da sənəd qəbulu başlayıb. Maastrixt Menecment Məktəbi ilə birgə tədris edilən bu proqrama sənədlər aprelin 1-dək təqdim edilməlidir.
“ADA” Universiteti bu ildən beynəlxalq MBA proqramına da başlayıb. Biznesin idarə edilməsi üzrə bu magistratura proqramında təhsil 18 ay ərzində, işləyənlər üçün uyğun qrafikdə aparılacaq. Sənədlərin qəbulu artıq başlayıb və mayın 1-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Sosial
23 Sentyabr 12:33
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25

