Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib
05.03.2014 [09:48]
Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib.
Əvvəlcə deputatlar cari məsələləri müzakirə ediblər. Dünya ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən deputatlar bildiriblər ki, martın 3-də ABŞ-ın daha bir ştatının - İndiananın Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş müzakirələr aparılıb və bu qətliamın soyqırımı kimi tanınması barədə qətnamə qəbul edilib. Beləliklə, ABŞ-ın Xocalı faciəsini soyqırımı kimi tanıyan ştatlarının sayı 15-ə çatıb. Bu da təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, digər dövlət orqanlarının, eləcə də Milli Məclisin bu istiqamətdə fəaliyyətinin, xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərin nəticəsidir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu yaxınlarda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Türkiyədə təşkil olunmuş anma mərasimlərində iştirak etdiyini, “Xocalıya ədalət” kampaniyası çərçivəsində digər ölkələrdə olduğu kimi, burada da genişmiqyaslı tədbirlərin həyata keçirildiyini söyləyib.
Öz növbəsində, spiker Oqtay Əsədov bildirib ki, dünyanın bir çox ölkələrində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma tədbirləri keçirilib. Milli Məclisin 20-dən çox deputatı bu tədbirlərdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrinə ezam olunub.
İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilib.
Məruzə ilə çıxış edən ombudsman Elmira Süleymanova ötən il ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının vəziyyətinin öyrənilməsi və təhlili, müsbət nəticələrlə yanaşı, çatışmazlıqların da aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti barədə məlumat verib. Məruzədə müvəkkilin vətəndaşların mülki və siyasi, iqtisadi və sosial hüquqlarının, habelə əhalinin müxtəlif qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, onların problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələr, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirlər, ictimaiyyətlə, kütləvi informasiya vasitələri ilə əlaqələr, beynəlxalq əməkdaşlıq məsələləri və s. öz əksini tapıb. Bildirilib ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili hər il olduğu kimi, ötən il də dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar, habelə beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq əsasında fəaliyyət göstərib. Ötən il ərzində daxil olmuş müraciətlər üzrə əhatəli iş aparılıb, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq tədbirlər görülüb. Fəaliyyəti dövründə müvəkkilin ünvanına ümumilikdə 101 min 540, ötən il isə 13 min 670 müraciət daxil olub. 2013-cü ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında, o cümlədən regional mərkəzlərdə ümumilikdə 2969 şəxs, eləcə də 525 şəxs təkrar olaraq qəbul edilib. Qeyd olunan müraciətlərin 75,8 faizi şikayətlərdən, 24,2 faizi isə ərizələrdən ibarətdir.
2013-cü ildə müvəkkilin ünvanına sosial təminat hüququ ilə bağlı daxil olmuş 1118, o cümlədən pensiya təminatı ilə bağlı 234, ünvanlı dövlət sosial yardımı ilə əlaqədar 542 müraciətin araşdırılması və təmini istiqamətində tədbirlər görülüb, bir çox hallarda bu sahədə aşkar edilmiş nöqsanlar aradan qaldırılıb, pozulmuş hüquqlar bərpa edilib.
Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatlar verilib. Həmin bəyanatlar BMT-nin baş katibinə, beynəlxalq qurumlara, xarici ölkələrin ombudsmanlarına, habelə Azərbaycandakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarına ünvanlanıb.
Sonra məruzə ətrafında çıxış edən deputatlar hesabatı yüksək qiymətləndiriblər.
Milli Məclis sədrinin müavini Bahar Muradova məruzədə müvəqqəti saxlama yerlərində xidmət edən polis əməkdaşları sırasına qadınların cəlb olunması ilə bağlı verilən tövsiyəni dəstəkləyərək bu məsələnin həmin sistemdə gender bərabərliyinin təmini işinə töhfə olacağını deyib. Deputatlar Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində qanunların qəbul olunmasının, ölkəmizin müvafiq beynəlxalq konvensiyalara qoşulmasının respublikamızda insan haqlarının bəşəri dəyərlər səviyyəsinə qaldırılmasına şərait yaratdığını bildiriblər. Bu sahədə uğurlu islahatların həyata keçirildiyi diqqətə çatdırılıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz evlərindən didərgin düşərək hüquqları pozulmuş qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası istiqamətində görülən işlərin daha da genişləndirilməsinin, ümumiyyətlə insan haqları sahəsində maarifləndirmə tədbirlərinin artırılmasının vacibliyi qeyd edilib.
Müzakirələrdən sonra hesabat məruzəsi təsdiqlənib.
Sonra gündəlikdə duran məsələlərə baxılıb.
Milli Məclisin deputatları iclasda “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxıblar. Bildirilib ki, bu Saziş iki ölkə arasında beynəlxalq avtomobil əlaqələrinin daha da təkmilləşməsinə xidmət edəcək.
Sonra Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə edilib. Ticarət Gəmiçiliyi Məcəlləsində təklif edilmiş dəyişikliklərə əsasən 6-1.1.2 maddəsində “Azərbaycan Respublikasının Bayrağı” sözləri “Azərbaycan Respublikasının Dövlət Bayrağı” sözləri ilə əvəz olunur. Vurğulanıb ki, İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə inzibati xəta haqqında protokolun inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilməsində yeni qaydaların müəyyən edilməsi, yol hərəkətinin təhlükəsizliyinə nəzarəti həyata keçirən subyektlərin sui-istifadə hallarına yol vermələrinin qarşısını almaq məqsədilə edilib.
Deputatlar, həmçinin “Akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanun layihəsini ikinci oxunuşda fəsillərlə təsdiqləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

