Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi Bakı Dövlət Universiteti ilə əlaqələr qurmaqda maraqlıdır

Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi Bakı Dövlət Universiteti ilə əlaqələr qurmaqda maraqlıdır

19.03.2014 [09:59]

Martın 18-də Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) Bakı proqram əlaqələndirmə ofisinin (TİKA) əməkdaşları - əlaqələndirici Mustafa Haşim Polat və onun müavini İsmail Gürlek ilə görüşüb.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildiriblər ki, görüşdə akademik A.Məhərrəmov BDU-nun yaranma tarixi və inkişaf mərhələləri barədə məlumat verib, təhsil müəssisəsində qazanılan uğurlardan danışıb.
BDU-nun beynəlxalq əlaqələrinin inkişaf etdiyini deyən rektor Türkiyə universitetləri ilə də uğurlu əlaqələr qurulduğunu diqqətə çatdırıb.
Əlaqələndirici Mustafa Haşim Polat bildirib ki, TİKA yüzdən artıq ölkə, o cümlədən universitetlər ilə müxtəlif sahələrdə əməkdaşlıq edir, təhsil müəssisələrinin maddi-texniki bazalarının daha da möhkəmləndirilməsi üçün layihələr həyata keçirir.
Qonaq bu sahədə Bakı Dövlət Universiteti ilə də əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib.
Görüşdə Avropa Şurasının müvafiq proqramı çərçivəsində Bakı Dövlət Universitetində telestudiyanın yaradılması, jurnalistika fakültəsində radiostudiyanın maddi-texniki bazasının yeniləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Akademik A.Məhərrəmov nəzərdə tutulan layihə nəticəsində universitetin teleradio studiyasında texniki imkanların daha da inkişaf etdiriləcəyini, jurnalistika fakültəsinin tələbələrinin təcrübə imkanlarının genişlənəcəyini nəzərə alaraq müvafiq məsələləri rəğbətlə qarşılayıb, studiyanın müasir standartlara cavab verməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün təhsil müəssisəsinin də maliyyə yardımı ayırmağa hazır olduğunu bildirib.
Sonra layihənin gerçəkləşdirilməsi ilə bağlı müəyyən qərarlar qəbul edilib.

Paylaş:
Baxılıb: 979 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30