Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Azərbaycanda dərman satışı ilə bağlı süni bahalaşma hallarının qarşısı alınacaq

Əli Əhmədov: Azərbaycanda dərman satışı ilə bağlı süni bahalaşma hallarının qarşısı alınacaq

07.05.2014 [10:05]

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı Səhiyyə Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi təkliflər paketinə münasibət bildirib. APA-nın xəbərinə görə, Əli Əhmədov bunun çox aktual məsələ olduğunu deyib.
O, təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Ə. Əhmədovun sözlərinə görə, bu, bəzi dərman satışı ilə məşğul olanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir.
Bu cür neqativ halları aradan qaldırmağa çalışdıqlarını bildirən Baş nazirinin müavini bildirib ki, qeyd olunan sənəd yaxın vaxtlarda təsdiq olunacaq: “Amma bu, sadə məsələ deyil. Dərmanlar real qiymətindən baha satılmamalıdır. Dərman satışı ilə bağlı süni bahalaşma hallarının qarşısı alınacaq”.

Paylaş:
Baxılıb: 869 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31