Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb
17.05.2014 [11:04]
Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması, həmçinin, dünya birliyinə fəal inteqrasiya ölkəmizin əsas hədəflərindən biridir
Məlum olduğu kimi, mayın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında bu təşkilata sədrlik Azərbaycana keçib. 14 may tarixindən başlayan sədrlik müddəti altı ay davam edəcək. Bununla da, BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən sonra Azərbaycan diplomatiyasının tarixinə daha bir uğurlu səhifə yazılıb.
Qeyd edək ki, 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan ilk dəfə bu qurumun Nazirlər Komitəsinə sədrlik edəcək. “AzərTAc”ın məlumatına görə, artıq Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi müddət üçün prioritetləri də məlumdur. Ölkəmiz Avropa Şurasının təməl prinsipləri olan insan hüquqlarına, qanunun aliliyinə və demokratiyaya güclü dəstək verəcək, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa, cəmiyyətlərin həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə ciddi diqqət yetirəcək, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcək, təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verəcək, siyasi islahatların həyata keçirilməsi hədəfini yekdilliklə və güclü şəkildə dəstəkləyəcəkdir. Avropa Şurasının yaradılmasının 65-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu təşkilatın Nazirlər Komitəsinə sədrliyi üzərinə götürən Azərbaycanın müəyyənləşdirdiyi hədəflərə tam şəkildə nail olacağına heç bir şübhə yoxdur. Hər halda ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü kimi uğurlu təcrübəsi bunu deməyə tam əsas verir.
AZƏRBAYCAN AVROPA ŞURASININ ETİBARLI TƏRƏFDAŞIDIR
Məlum olduğu kimi, Avropa Şurası və onun əsas qurumu olan Parlament Assambleyası ilə münasibətlər Azərbaycanın xarici siyasi əlaqələrində, eləcə də, beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsinin genişləndirilməsində önəmli yer tutur. Bu sahədə uğurların əldə edilməsi isə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz Ümummilli liderimiz Avropa Şurası və onun Parlament Assambleyası ilə münasibətlərin dərinləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb. Daha dəqiq desək, AŞPA-dan olan nümayəndələrlə çoxsaylı görüşlərində Azərbaycanla qurum arasında əlaqələrin inkişaf səviyyəsini müzakirə edən Ulu öndər ölkəmizin təşkilatda iştirak perspektivlərini yüksək qiymətləndirib.
Xatırladaq ki, Azərbaycan Parlamentinin 1992-ci ildə quruma müraciətindən sonra tərəflər arasında keçirilən görüşlərin, qarşılıqlı səfərlərin nəticəsi olaraq 1996-cı ildə AŞPA Bürosu ölkəmizə “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi haqqında qərar qəbul edib. Bundan sonra Azərbaycandan olan nümayəndələrin AŞPA-nın keçirdiyi tədbirlərdə iştirakı intensiv xarakter alıb.
Ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsindən sonra 2001-ci ilin aprelində keçirilən AŞPA-nın plenar sessiyasında Azərbaycan nümayəndə heyəti tamhüquqlu üzv kimi iştirak edib. Məlumat üçün bildirək ki, AŞPA-dakı nümayəndə heyətimiz 6 nəfər əsas və eyni sayda əvəzedici üzvdən ibarətdir. Təşkilatın sessiyalarında iştirak edən nümayəndə heyətimiz Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə müdafiəsini təmin etmək yönündə fəaliyyət göstərir.
Yeri gəlmişkən, Azərbaycan-Avropa Şurası münasibətlərinin inkişafında Prezident İlham Əliyevin 2002-2003-cü illərdə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-nın sədr müavini kimi fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onun AŞPA-nın sessiyalarındakı çıxışları, AŞ-ın rəhbər şəxsləri ilə keçirdiyi görüşlər qurumun ölkəmizə müsbət münasibətinin formalaşmasında mühüm rol oynayıb.
DEMOKRATİK, HÜQUQİ DÖVLƏT QURUCULUĞU İSTİQAMƏTİNDƏ ARDICIL SİYASƏT...
Bildiyimiz kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Ölkəmiz demokratik inkişaf yoluna Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
Xatırladaq ki, müstəqilliyin ilk illərində bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda yüksək nailiyyətlər əldə edib. İlk növbədə, 1995-ci ildə referendumla qəbul edilən Konstitusiyamızda təsbit olunan vətəndaşların geniş spektrli hüquq və azadlıqları Azərbaycanın inamlı mövqeyini ortaya qoydu. Eyni zamanda, demokratik əsasda keçirilən seçkilərlə vətəndaşlar ölkənin idarə olunmasında iştirak edən real qüvvəyə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada demokratiya quruculuğu yetkin mərhələyə daxil olub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasının, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər davam etdirilir. Korrupsiyaya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir.
Xatırladaq ki, bir müddət əvvəl dövlət başçısı Praqada keçirilən “Şərq Tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitin plenar iclasındakı çıxışında bu barədə demişdi: “Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır”.
Demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkədə uğurla irəliləyir. Bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin artan dəstəyini hiss edir.
Bu gün şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Dövlət başçısının da söylədiyi kimi demokratiya inkişaf etdirilib, əsas azadlıqlar, o cümlədən toplaşmaq azadlığı, media azadlığı, azad internet təmin edilib.
Əlbəttə ki, insan haqları sahəsində islahatların həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinə, xüsusən də beynəlxalq təşkilatlarla münasibətlərinə böyük təsir göstərib. Demokratik inkişaf və güclü iqtisadiyyat Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında başlıca amilə çevrilib. Ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyə başlaması da bunu təsdiq edir.
Digər tərəfdən, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi uğurlu fəaliyyəti də ölkəmizin müsbət imicinin möhkəmlənməsinə təsir göstərir. Bu dövrdə Azərbaycan qurumda aktiv fəaliyyətini davam etdirib, beynəlxalq sülh və təhlükəsizliyin qorunması naminə öz töhfələrini verib və BMT TŞ-nin gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayaraq, daim qətiyyətli mövqeyini ortaya qoyub. Bütövlükdə, ötən müddətdə Azərbaycan BMT TŞ-nin üzvü kimi, səmərəli fəaliyyət göstərib, quruma ayrı-ayrı vaxtlarda bir ay davam edən iki sədrlik müddətində vəzifəsinin öhdəsindən uğurla gəlib.
QƏRBƏ İNTEQRASİYANIN UĞURLU NÜMUNƏSİ
Bu gün demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xəttini davam etdirən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla irəliləyir. İqtisadi sahədə liberallaşma, genişmiqyaslı özəlləşdirmə tədbirləri, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla sürdürülməsi nəticəsində Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub. Həmçinin, qeyd olunduğu kimi, ölkədə ölüm hökmünün, mətbuat üzərində senzuranın ləğv edilməsi, ənənə halını alan əfv fərmanları ilə hər il minlərlə məhbusa amnistiya elan edilməsi, korrupsiya və rüşvətxorluqla mübarizə, qanunun aliliyinin təmin edilməsi, sənədləşdirmə, qeydiyyat, vergi ödəmələri kimi proseslərin sadələşdirilməsi və digər çoxsaylı humanist qərarlar Azərbaycanın həqiqətən hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir. Hüquq və azadlıqların təminatı vətəndaş cəmiyyəti quruculuğunun fundamental şərtlərindəndir. Söz və vicdan azadlığının mövcud olduğu cəmiyyətdə KİV-lər azad fəaliyyət göstərir, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının yaranması və inkişafı mümkün olur. İldən-ilə vətəndaş cəmiyyəti institutlarının sayı, funksionallığı artır, ictimai həyatdakı rolu möhkəmlənir. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulub. Müasir Qərb təcrübəsindən yararlanan Azərbaycanda uğurlu məhkəmə-hüquq islahatları aparılıb, demokratiya prinsiplərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb. Buna paralel olaraq, qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarının qorunması təmin olunur.
Demokratiyanın inkişafında Qərb təcrübəsindən faydalanan Azərbaycan bir sıra məsələlərdə həm də əksər ölkələrə nümunə ola bilər. Məlum olduğu kimi, ən müxtəlif dinlərin, konfessiyaların nümayəndələri ölkəmizdə sərbəst yaşayırlar. Hazırda, bir çox ölkələrdə, hətta inkişaf etmiş demokratik dövlətlərdə belə, mədəniyyətlərin toqquşması yaşanır. Azərbaycan isə fərqli mədəniyyətlərin qovuşduğu bir məkandır. Ölkəmizdə mövcud olan tolerantlıq, dözümlülük mühiti müxtəlif mədəniyyətlər arasında inteqrasiya və paralel inkişafa səbəb olur. Harmoniyalı çoxmədəniyyətliliyin özü də bir mədəniyyətdir və bu baxımdan, Azərbaycanda multikulturalizm mədəniyyəti mövcuddur.
Beləliklə, Azərbaycan həm xarici siyasət istiqamətlərinə, həm də daxili sosial, siyasi, iqtisadi inkişafın xüsusiyyətlərinə görə Qərbin görmək istədiyi standartlara sahib olan bir ölkədir. Bu səbəbdən, təsadüfi deyil ki, Qərb dövlətləri və təşkilatları Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf yolunu dəstəkləyirlər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

