BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisinin ölkəmizə səfəri başa çatıb
24.05.2014 [11:24]
Əli Həsənov: Azərbaycan dövləti Dağlıq Qarabağın bir qarışını da güzəştə getməyəcək
Dünən BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyaninin ölkəmizə səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək bu səfər zamanı bir sıra müzakirələrin aparıldığını bildirib.
Ə.Həsənov qeyd edib ki, Çaloka Beyanı ilə qarşılıqlı etimad məsələsi müzakirə olunub: “Azərbaycanın qarşılıqlı etimad problemi heç zaman olmayıb və olmayacaq. Ermənilərlə 200 il birlikdə yaşamışıq. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapandan sonra əvvəlki qaydada ermənilərlə həmin yerlərdə birgəyaşayış davam edəcək. Əgər qarşılıqlı etimad pozulacaqsa, bu, yalnız ermənilər tərəfindən baş verə bilər. Azərbaycan tərəfindən heç zaman belə hal olmayıb və olmayacaq da”.
Baş nazirin müavini xatırladıb ki, bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri zamanı Laçına gedərkən orada Ermənistan rəhbərliyi tərəfindən amerikalı həmsədrə qarşı hücum təşkil edilib: “Mən nəyə görə deyirəm ki, Ermənistan rəhbərliyi? Çünki bu başqa cür də mümkün deyil. Bu pozuntular həmişə Ermənistan tərəfindən olub və bu gün də var. Bunu da beynəlxalq aləm və dövlətlər gördü”.
Ə.Həsənov xüsusi olaraq qeyd edib ki, Azərbaycan dövləti Dağlıq Qarabağın bir qarışını da güzəştə getməyəcək: “Bu, Azərbaycan Prezidenti, hökuməti və xalqının birmənalı, dönməz mövqeyidir. Ermənilər bunu nə qədər tez başa düşsələr, düz yola, konstruktiv yola gəlsələr, daha yaxşıdır. Hələ ki, itirən onlardır. Bu problem öz həllini tapacaq. Ermənilər son anda görəcəklər ki, uduzan özləridir”.
Onun sözlərinə görə, Azərbaycan heç bir dövlətdən, beynəlxalq təşkilatdan nəsə tələb etmir: “Biz sadəcə, istəyirik ki, bu problemlərlə məşğul olan təşkilat və dövlətlər bu işə obyektiv yanaşsınlar”.
Bununla belə, Baş nazirin müavini bildirib ki, Azərbaycanın yalnız BMT-dən istəyi və tələbi var: “BMT zəhmət çəksin, Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin”.
Məsələyə münasibət bildirən xüsusi məruzəçi Çaloka Beyani isə Azərbaycana səfərindən sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcəyini və bu məsələni, eləcə də, Azərbaycanın mövqeyini birbaşa onlara çatdıracağını açıqlayıb: “Artıq Dağlıq Qarabağ probleminin sülh yollu ilə həllinə nail olmağın vaxtı çatıb. Bu, Dağlıq Qarabağda vəziyyətin daha normal məcrada inkişafına şərait yaradacaq, eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrin icrasına imkan verəcək”.
“İstənilən seçim variantının hər birində məcburi köçkünlərlə məsləhətləşmək, onların fikirlərini öyrənmək çox vacibdir. İstənilən seçim onların təhlükəsiz, ləyaqətli həyat sürməsi üçün imkan yaratmalıdır. Səfər zamanı məcburi köçkünlərdən eşitdiyim əsas ismarıcın mahiyyəti ondan ibarətdir ki, onlar öz torpaqlarına qayıtmaq istəyirlər. Məhz bu səbəbdən hesabatımın əsas mahiyyəti ondan ibarət olacaq ki, bu məsələnin sülh yollu ilə həllinə nail olmağın vaxtı yetişib” - deyə, qeyd edən BMT rəsmisi bildirib ki, məcburi köçkünlər üçün daha davamlı, dayanıqlı həllərin tapılması, sülhün təmin olunmasının mümkünlüyü üçün beynəlxalq ictimaiyyətdən müəyyən səylər tələb edilir: “Bu səylər, eyni zamanda, məcburi köçkünlərin hökumətin həyata keçirdiyi inkişaf siyasətinə inteqrasiyasını, gələcəkdə onların qayıdışından sonra məcburi köçkünlərin cəmiyyətdə aktiv iştirakını təmin etməsini, infrastrukturun bərpası, evlərin tikintisi, azad olunmuş torpaqların yaşayış, kənd təsərrüfatı üçün yararlı olmasını tələb edir. Bildiyim qədər son illər ərzində ölkədə “Böyük qayıdış” planı işlənib hazırlanıb. Mən öz mandatım çərçivəsində bu prosesə təcrübəmlə töhfə vermək, bu məsələdə Azərbaycan hökuməti ilə əməkdaşlıq aparmaq niyyətindəyəm. Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış və sosial şəraiti ilə bağlı atdığı addımları alqışlayıram. Təcrübəmdə gördüyüm ən yaxşı nümunədir. Bu kimi yanaşma məcburi köçkünlərin qayıdışı zamanı da təmin olunmalıdır”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

