Azərbaycanda güclü aqrar-sənaye kompleksi yaradılıb
19.08.2014 [09:48]
Prezident İlham Əliyev: İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini də kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilib. Cari il yanvarın 16-da isə dövlət başçısı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, aqrar sektorda müəyyən edilən hədəflər belədir: “Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır”.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı diqqəti son illərdə ölkənin aqrar sektorunda həyata keçirilən islahatlara yönəldib. Dövlət başçısı ölkənin kənd təsərrüfatındakı inkişafdan məmnunluğunu ifadə edərək vurğulayıb: “İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır”.
Azərbaycan aqrar-sənaye kompleksinin geniş inkişaf imkanlarına malik olan ölkədir
Bu məqamda qeyd edək ki, beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaq. Təkcə bu fakt bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir.
Bu mənada Azərbaycanın gələcəyi ilə bağlı nikbinlik ifadə etmək mümkündür. Əvvəla ona görə ki, əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının artması, öz növbəsində, ölkəmizdə kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi: “Elə ölkələr var ki, orada ümumiyyətlə, heyvandarlıqdan, bitkiçilikdən söhbət gedə bilməz. Səhra tipli torpaqlardır. Ancaq xoşbəxtlikdən bizdə belə deyil və Azərbaycanda müxtəlif ərzaq məhsullarını istehsal etmək mümkündür. Doqquz iqlim qurşağımız və güclü maliyyə imkanlarımız vardır. Ona görə biz ərzaq təhlükəsizliyini yüz faiz təmin etməliyik”.
Beləliklə, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini məsələsini daim diqqətdə saxlayan dövlət başçısı, eyni zamanda, kənd təsərrüfatının inkişafı ilə bağlı istiqamətləri də nəzərə çatdırıb: “Biz burada iki istiqamət üzrə getməliyik. Əlbəttə, bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha da çox üstünlük verilməlidir. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması prosesi də başlamışdır. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq”.
Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Təbii ki, dövlət başçısının da qeyd etdiyi kimi, aqrar sektorun inkişafı ölkəmizdə həm yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq, eyni zamanda, ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcək.
Qeyd edək ki, 2004-cü ildən bəri Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən və böyük uğurla yerinə yetirilən iki Dövlət Proqramı çərçivəsində regionlarda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində böyük iş həcmi yerinə yetirilib. Son 10 ildə ölkə üzrə təxminən 1 milyon 300 min yeni iş yerləri yaradılıb ki, onların da xeyli hissəsi məhz yeni yaradılan aqrar-sənaye komplekslərinin payına düşür.
Ölkəmizdə aqrar-sənaye kompleksinin inkişafına güclü dövlət dəstəyi göstərilir
Bir sözlə, yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Aqrar sektorda zəruri infrastrukturun və bazanın təmin olunması, o cümlədən sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, yeni müəssisələrin yaradılması dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Əvvəlki dövrlərdə çox böyük işlər görülmüşdür. İndi biz o illəri xatırlayarkən görürük ki, nə texnika, nə gübrə, nə də yanacaq çatışmazlığı var. Ona görə bütün bu məsələlər tədricən öz həllini tapır. Aqroservislər yaradılır, kreditlər verilir, dövlət tərəfindən dəstək göstərilir”.
Ümumiyyətlə, respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi çoxşaxəlidir. Məsələn, bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur.
Kənd təsərrüfatında çalışanların texnika ilə təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər daha diqqətəlayiqdir. 2014-cü ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 milyon manat dəyərində 504 taxılyığan kombayn, 499 müxtəlif növ traktor, 355 kotan, 44 səpici aqreqat, 42 otbiçən, 30 çiləyici və tozlayıcı maşın, 22 ot dırmıqları, 15 gübrəsəpən maşın və 55 digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.
Respublikamızda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlər görülür. Qeyd edək ki, cari ilin birinci yarısında “Aqrolizinq” ASC tərəfindən 2000 başa yaxın iribuynuzlu cins damazlıq heyvanın və 700 başdan artıq keçinin respublikaya gətirilərək 50 faiz güzəştlə lizinqə verilməsi təmin olunub. Ümumiyyətlə, son illərdə ölkəmizdə iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən müxtəlif ətlik-südlük heyvanların gətirilərək lizinq yolu ilə güzəştli şərtlərlə satılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynayır. Hazırda dövlət vəsaiti hesabına Göygöl süni mayalanma mərkəzinin tamamilə yenidən quraşdırılması işinə başlamaq üçün Fransa və Almaniya mütəxəssisləri ilə aparılan danışıqlar yekunlaşmaq ərəfəsindədir. Şübhə yoxdur ki, dövlət başçısının cari ilin iyun ayında imzaladığı “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı bu sahədə daha böyük canlanmaya səbəb olacaq.
Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir
Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. Təkcə ötən il Şirvanda Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda “Milla” süd məhsulları və dondurma istehsalı zavodlarının tikintisi başa çatdırılıb. Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeni limonad, su, kompot və mürəbbə sexi tikilib.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev yeni yaradılan aqrar-sənaye komplekslərinin bir çoxunun açılışında şəxsən iştirak edib və sahibkarlara dəyərli tövsiyələr verib. Ötən il Ağdaşda dövlət başçısının iştirakı ilə Gilan yem emalı zavodu istifadəyə verilib. Təxminən 8 hektar ərazidə yaradılan zavoda iki fabrik daxildir. Birinci fabrikin istehsal gücü saatda 15 ton preslənmiş yem və 20 ton açıq yemdir. İkinci fabrikdə isə saatda 45 ton preslənmiş yem, açıq halda da 55 ton məhsul istehsal etmək mümkündür. Birnövbəli iş rejimində zavodda, ümumilikdə, 210 min ton yem istehsal olunacaqdır.
Ötən il Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən aqrar-sənaye komplekslərindən biri də “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksidir. Ümumi dəyəri 25 milyon manat olan müəssisə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının həyata keçirilməsinin bəhrəsidir. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 26 hektardır. Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.
Prezident İlham Əliyevin iştirakı ilə ötən il Sumqayıtda istifadəyə verilən “Sağlam qida” aqrar-sənaye kompleksi isə 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarətdir. Kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin, qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir. Kompleksin ümumi dəyəri 28,9 milyon manatdır ki, onun da 10 milyon manatını Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kredit təşkil edir.
Mübariz Abdullayev
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

