Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Böyük Britaniyanın Azərbaycandakı səfiri Qəbələyə səfər edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Qəbələyə səfər edib

29.08.2014 [09:19]

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq tanışlıq məqsədilə avqustun 28-də Qəbələ rayonuna səfər edib.
AzərTAc xəbər verir ki, rayon İcra Hakimiyyətində keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən söz açılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonağa Qəbələnin iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, füsunkar təbiətin qoynunda yerləşən bu gözəl məkan irimiqyaslı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Qəbələdə keçirilən mühüm əhəmiyyətli tədbirlər burada inkişaf tempinin artmasında müstəsna rol oynayır. Rayonda yaradılan istehsal müəssisələri və açılan yeni iş yerləri əhalinin məşğulluğunun subyekti və Qəbələnin inkişaf dinamikasının tərkib hissəsi kimi diqqətə çatdırılıb.
Səfirə məlumat verilib ki, bu gün Qəbələdə turizm infrastrukturu mühüm sahələrdən biri hesab olunur. Turizm infrastrukturunda yaradılan şəraitin nəticəsində buraya istirahət etmək üçün gələn turistlərin sayı ildən-ilə artır.
Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan səfir İrfan Siddiq Qəbələ rayonuna gəlişinin tanışlıq məqsədi daşıdığını bildirib. Qəbələ rayonunun geniş potensial imkanlara malik olması barədə çox eşitdiyini və bu gün isə bütün bunların canlı şahidi olduğunu diqqətə çatdıran diplomat görülən işləri yüksək qiymətləndirib.
Görüşdə tərəflər arasında bir sıra sahələrə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 694 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31