“Azərbaycan müharibə qanunlarını bütün ölkədə tətbiq etməyə hazırlaşmır”
26.09.2014 [09:38]
“Bir qrup təxribatçı son vaxtlar mətbuatda, internet resurslarında, sosial şəbəkələrdə Azərbaycanın milli təhlükəsizliyinə zərər vuran şayiələr, əsası olmayan, rəsmi qurumlarla dəqiqləşdirilməmiş informasiyalar yayır, hərbi hissələrin yerləşdiyi əraziləri nişan verir, sirr xarakterli məlumatları ictimailəşdirir. Prezident İlham Əliyevin 24 sentyabr Sərəncamı bunun qarşısını almağa xidmət edir”. Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov “Media forum” saytına belə deyib.
Millət vəkili hesab edir ki, mətbuatda və sosial şəbəkələrdə yayılan hərbi xarakterli məlumatlardan Azərbaycanın düşmənləri, xüsusən də Ermənistan yararlanır: “Mətbuatda və sosial şəbəkələrdə yayılan belə informasiyalara müxtəlif şərhlər verilir. Bu şərhləri yazanların əksəriyyəti Azərbaycanda və xaricdə yaşayan ermənilərdir. Onlar müxtəlif adlar altında gizlənib təxribatçı şərhlər yazırlar”.
S.Novruzovun sözlərinə görə, ermənilərlə təmas xətti zonalarında könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması mexanizmi məlumdur: “Müdafiə Nazirliyi patrul xidmətinə cəlb olunan şəxslərlə müqavilə imzalayacaq, bunun əsasında fəaliyyət göstəriləcək. Yerli əhali ərazini daha yaxşı tanıyır. Bu da cəbhə xəttini keçmək istəyən təxribat qruplarının qarşısını vaxtında almağa imkan verəcək. Eyni zamanda təmas xəttində yaşayan əhalinin, orada olan dövlət obyektləri və ictimai obyektlərin təhlükəsizliyi məsələsi var. Ermənistan cəbhə boyu ərazilərdə yaşayan dinc sakinlərə hər an ziyan vura bilər. Bundan başqa Azərbaycan vətəndaşları bəzən yolu azır, gedib təmas xəttini keçir, ermənilərə girov düşürlər. Prezident İlham Əliyev bütün bunların qarşısını almaq üçün Sərəncam imzalayıb”.
Millət vəkili hesab edir ki, Prezidentin Sərəncamını Ermənistanla yeni müharibə ehtimalının artması kimi qiymətləndirmək olmaz, amma müharibə ehtimalı oldu-olmadı indiki durum təmas xəttində və cəbhəyanı ərazilərdə təhlükəsizliyin gücləndirilməsini tələb edir: “Amma Azərbaycan müharibə qanunlarını bütün ölkədə tətbiq etməyə hazırlaşmır. Hamı bilməlidir ki, hərbi sirləri yaymaq olmaz. Qoşunların, texnikanın, strateji obyektlərin yerləşdiyi əraziləri ictimaiyyətə açıqlamaq, mətbuata ötürmək olmaz”.
YAP İcra katibinin müavini hesab edir ki, Prezidentin 25 sentyabr Sərəncamı Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdırmayacaq, çünki söhbət hərbi, kəşfiyyat və əks-kəşfiyyat xarakterli, dövlət sirri təşkil edən informasiyaların yayılmasının qarşısını almaqdan gedir: “Dövlətin təhlükəsizliyi hər kəs üçün birinci dərəcəli məsələ olmalıdır”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

